Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İtaliyanın Azərbaycanla qarşılıqlı maraqlara cavab verən əlaqələri digər Avropa ölkələri üçün örnək ola bilər
Bu gün güclü və qətiyyətli dövlət olan Azərbaycanı İtaliya ilə sıx əlaqələr bağlayır. Bu əlaqələr getdikcə daha çox sahələri əhatə edir. Ona görə də Prezident İlham Əliyevin növbəti İtaliya səfəri həm ikitərəfli, həm də beynəlxalq münasibətlər baxımından mühüm əhəmiyyət kəsb etməsi ilə yaddaqalan oldu.
Yeni dönəmdə hər iki dövlət arasındakı iqtisadi münasibətlərin tarixi 32 il əvvələ gedib çıxır. İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. 1997-ci ilin mart ayında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis edib. O zamandan üzü bəri Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. "İşğaldan azad olunmuş ərazilərdə İtaliya şirkətlərinin gördüyü işlər Türkiyə şirkətlərindən sonra ikinci yerdədir". Bu sözləri Prezident İlham Əliyev hələ iki il əvvəl İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibəsində bildirmişdi. Fikirlərini faktlarla əsaslandıran dövlətimizin başçısı o zaman demişdi: "Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə su-elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Şirkətin adı "Ansaldo"dur. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su-elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var".
Qarabağ və Şərqi Zəngəzurun yenidən tikilib qurulmasının Azərbaycan üçün prioritet olduğunu nəzərə alsaq və İtaliyanın da burada fəallığını qeyd etsək, deyə bilərik ki, böyük yeddiliyin üzvü olan bu ölkə ilə uğurla davam edən münasibətlər strateji xarakter daşıyır. Təbii ki, bu münasibətlərin və çoxşaxəli əlaqələrin möhkəmlənməsinə Azərbaycan böyük əhəmiyyət verir. Prezident İlham Əliyevin İtaliyaya növbəti və işgüzar səfəri də bu əlaqələrin gələcək üçün böyük perspektiv vəd etdiyinin təsdiqidir.
Xəbər verildiyi kimi, səfər çərçivəsində İtaliyanın Müəssisələr və "Made in Italy" Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və İtaliya Sənaye Konfederasiyasının ("Confindustria") birgə təşkilatçılığı ilə İtaliya - Azərbaycan "dəyirmi masa"sı keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib. Tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə İtaliya Sənaye Konfederasiyasının (Confindustria), "Mətanət A" şirkəti ilə İtaliyanın Dromont Comec şirkəti, "Improtex Industries" MMC ilə İtaliyanın "Leonardo Electronics" şirkəti, "Saloğlu" şirkəti ilə İtaliyanın "Visionnaire - İPA" və "Biesse S.P.A" şirkətləri arasında anlaşma memorandumları imzalanıb.
Bütün bunlar ona dəlalət edir ki, hər iki dövlətin əlaqələri həm də dostluğa, qarşılıqlı inam və etibara söykənir. Bu da o deməkdir ki, İtaliya Azərbaycanın vacib tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində müşahidə olunan artımlar da bununla əlaqədardır. İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, təkcə ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon dollar olub. Azərbaycan və İtaliya arasında ən böyük ticarət dövriyyəsi isə 2022-ci ildə qeydə alınıb - 18 milyard 122 milyon dollar. Amma bu, Rusiya-Ukrayna müharibəsi fonunda dünya bazarında enerji resurslarının, eləcə də mavi qazın qiymətinin kəskin artması ilə bağlı olub.
Bu gün Xəzər qazını Avropaya nəql etmək üçün inşa edilən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Azərbaycanı İtaliyanın əsas xam neft tədarükçülərindən və qaz təchizatçılarından birinə çevirib. Azərbaycan qazı TAP vasitəsilə birbaşa İtaliyaya nəql olunur. 2023-cü ildə İtaliyaya təxminən 10 milyard kubmetr Azərbaycan qazı nəql edilib və bu rəqəmin cari ilin sonunadək 11 milyard kubmetrə yüksəlməsi gözlənilir. Bu, İtaliyanın enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərən rəqəmlərdir.
Amma ölkəmizin Avropa üçün əhəmiyyətini təkcə bu rəqəmlər göstərmir. Azərbaycandan İtaliyayadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi" bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Azərbaycandan qaz alan bu ölkələrin 7-si Avropa İttifaqının üzvüdür. Vüqar Bayramov deyir: "Azərbaycan, xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Bu baxımdan, təbii ki, Azərbaycanla Avropa İttifaqı arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İtaliyanın payına düşür. "Cənub qaz dəhlizi" çərçivəsində Azərbaycanın İtaliya bazarına mavi qaz nəql etməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərib. Belə ki, hazırda Azərbaycandan Avropaya 12 milyard kubmetr qaz ixrac olunur, ikinci mərhələdə isə bu göstərici 20 milyard kubmetr olacaq. Nəql ediləcək mavi qazın əhəmiyyətli hissəsi məhz İtaliya bazarına ixrac edilir ki, bu da təbii ki, ölkələr arasındakı iqtisadi münasibətlərin növbəti dövrdə də inkişaf edəcəyindən xəbər verir".
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"
ABŞ, Britaniya və Polşa hərbçiləri təlimlərə başlayır
Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib
Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Qazax sakini minaya düşüb
Polis ahıl yaşlı qadınları aldadaraq pullarını ələ keçirən şəxsi saxlayıb
Prezident İlham Əliyev Danimarkanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Sinqapurda yaşayan Azərbaycan icması ilə görüş olub
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Benin Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Prezident İlham Əliyev Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası keçirilib
“Bloomberg”: Avropa “dönmə nöqtəsinə” yaxınlaşır
İşğaldan azad olunan ərazilərdə yeni məşğulluq imkanlarının yaradılması üçün əlavə tədbirlər hazırlanır
Prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK
İranda 48 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Baydenin Almaniyaya yeni səfər tarixi açıqlandı
“CNNTürk”: COP29 qlobal ekoloji gündəliyin formalaşdırılması kontekstində diqqətəlayiqdir
Çin ordusu təlimlərə başladı
Bu artıq üçüncü dünya müharibəsi deməkdir - Siyarto
ABŞ-də atışma: Bir ölü, 9 yaralı var
Əlilliyi olan 489 hərbçi yüksək texnologiyalı protezlərlə təmin edilib
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!