30 Aprel 2026 18:21
152
SİYASƏT
A- A+
Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  


Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksəksəviyyəli səfərlərin və görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksəksəviyyəli səfərlər qeyd olunub.

Söhbət zamanı bildirilib ki, iqtisadi əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsas tərkib hissələrindən biridir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıq iqtisadiyyatımıza ən çox investisiya yatıran ölkədir. Milli Məclisin sədri bu kontekstdə enerji sahəsində əməkdaşlıq əlaqələrini xüsusi vurğulayıb.

Milli Məclisin sədri səfərlər və görüşlər zamanı aparılan müzakirələrin parlamentlərarası münasibətlərin inkişafı baxımından əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclisin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ən böyük qruplardan biridir. S.Qafarova qanunvericilik orqanları arasında əlaqələrin daha da genişləndirilməsində qarşılıqlı səfərlərin və sıx dialoqun əhəmiyyətindən danışıb.

Səfir Fergus Auld ölkələrimiz arasında mövcud olan sıx əməkdaşlıq və tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, iki ölkə arasında əməkdaşlığın uğurla davam etdiyini və energetika, alternativ enerji, təhsil, yüksək texnologiyalar və bir sıra digər istiqamətlərdə geniş perspektivlərin olduğunu bildirib.

Görüşdə tərəflər humanitar sahədə əməkdaşlıq məsələlərinə də toxunaraq vurğulayıblar ki, ölkələrimizin təhsil sahəsində yüksəksəviyyəli əməkdaşlığı xalqlarımız arasında əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

Nazir: Reinteqrasiya tədbirləri ilə 873 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb  

18:05
30 Aprel

Avropa İttifaqı müdafiə xərclərini sürətlə artırır

17:48
30 Aprel

“Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti”: Bakıda mühüm konfrans YENİLƏNİB 

17:38
30 Aprel

Hulusi Kılıç: WUF13 Azərbaycanın mövqelərini möhkəmləndirəcək və nüfuzunu artıracaq  

17:24
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!