23 İyul 2024 09:10
821
Mədəniyyət
A- A+
Ustad xanəndə və muğam bilicisi

Ustad xanəndə və muğam bilicisi


Bu dünyadan köçdüyü vaxtdan uzun illər ötsə də, tarixi qədim, ənənələri zəngin olan milli musiqimizi dərindən öyrənmiş, layiqincə yaşatmış, öyrətmiş, inkişaf etdirmiş xanəndələrimizdən biri kimi Keçəçi oğlu Məhəmməd hər zaman xatırlanır, adı Qarabağ muğam məktəbinə mənsub böyük sənətkarlar sırasında çəkilir... Bu il ustad xanəndənin anadan olmasının 160 illiyidir.

XIX əsrin ikinci yarısı idi. Qədim qala şəhərində keçəçi dükanında ortaboylu, sağlam görünüşlü bir gənc keçə təmizləyə-təmizləyə zümzümə edirdi. Şuşada bənzərsiz ifası ilə dinləyənləri heyran edən, muğamı incəliklərinə qədər bilən xanəndələr az deyildi. Və bu şəhərdə xanəndəlik etməsə də, çoxunun gözəl, məlahətli səsi vardı. Şuşada, demək olar ki, hər kəs musiqi vurğunu, muğam xiridarıydı. Odur ki, ifası ilə diqqəti cəlb etmək asan məsələ deyildi. O da Xarrat Qulu kimi Şuşada xanəndəlik məktəbi yaratmış ustad ola...

Ancaq o gün keçəçi dükanının yanından ötərkən gəncin ifasını eşidən Xarrat Qulu ayaq saxladı. Onu heyranlıqla dinlədikdən sonra dükana girdi... Xarrat Qulu öyrəndi ki, bu istedadlı gənc Məhəmməd Məşədi Xəlil oğludur. O, 1864-cü ildə Şuşa şəhərində dünyaya gəlib. Məhəmməd keçəçilik peşəsini kiçik yaşlarından atası Məşədi Xəlildən öyrənib. Məşədi Xəlil şəhərdə keçə ustası kimi yaxşı tanınırdı.

Xarrat Qulu gənci öz məktəbinə dəvət etdi. Və bu dəvət Məhəmmədin həyatını yeni məcraya yönəltdi. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənən gənc çox keçmədi ki, nəinki Şuşada xanəndə kimi tanındı, hətta Keçəçi oğlu Məhəmməd adı ilə məşhurlaşdı.

Şuşa - Keçəçi oğlu Məhəmmədin ruhuna doğma olan bu şəhər musiqinin, poeziyanın beşiyi idi. Ancaq getdikcə şöhrəti bu şəhərin hüdudlarını aşırdı. Artıq Azərbaycanın digər yerlərində və hətta sərhədlərini keçərək konsertlərdə, toy şənliklərində çıxış edir, şan-şöhrəti artırdı...

XX əsrin əvvəllərində əsrarəngiz Bakı şəhəri sürətlə inkişaf edirdi. Neft qoxulu bu şəhərin diqqət mərkəzində olmasının səbəbi yalnız təbii sərvətləri və tikilən yeni möhtəşəm binalarla görkəminin gündən-günə dəyişməsi deyildi. Bakı Azərbaycanın açıq fikirli, qabaqcıl insanlarının toplaşdığı mərkəzə çevrilmişdi. Keçəçioğlu Məhəmməd ilk dəfə, 1902-ci ildə bu şəhərdə xanəndə kimi çıxış etdi. Burada təşkil olunmuş konsertdə o, "Şüştər" muğamını elə oxudu ki, dinləyənlər heyran qaldılar. O vaxt "Kaspi" qəzeti bu barədə yazırdı: "Xanəndə Məhəmməd "Şüştər" muğamını incə bir səslə və ürəkdən elə gözəl oxudu ki, dinləyicilərin məhəbbətini daha çox qazandı". Həmin konsertdə Məhəmməd Füzulinin "Leyli və Məcnun" poemasından bir parça da təqdim olundu. Keçəçioğlu Məhəmməd və Cabbar Qaryağdıoğlunun deyişmələri böyük uğur qazandı.

Bu konsertdən sonra Bakının mədəni həyatı Keçəçi Məhəmmədi daha çox cəlb etməyə başladı. O, 1904-cü ilin əvvəllərində Bakıya köçdü. Burada xanəndəlik sənətini davam etdirdi. Bakıda Keçəçi oğlu Məhəmmədi məşhur tarzənlərdən Məşədi Zeynal Haqverdiyev, Mərdi Canıbəyov, sonralar isə Qurban Primov müşayiət edirdilər.

Xanəndə kimi bütün Qafqazda məşhurlaşdığı bir vaxtda, 1912-ci ildə Keçəci oğlu Məhəmməd "Sport-Rekord" Səhmdar Cəmiyyətinin dəvəti ilə Varşava səhərinə yollandı. Varşavada onun ifasında "Rahab", "Şahnaz", "Qarabağ şikəstəsi", "Dəşti", "Xuraman", "Axşam oldu" muğam və təsnifləri vala yazdırıldı.

Birbaşa vətənə dönmədi. Yolüstü bir neçə gün Moskvada qaldı. "Metropol" mehmanxanasının zalında Keçəci oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev və Davud Səfiyarovun iştirakı ilə "Şərq konserti" verildi.

1914-cü ildə isə Keçəci oğlu Məhəmməd Kiyevə dəvət olundu. Xanəndənin ifasında bir sıra muğam, təsnif və xalq mahnıları Kiyevdə "Ekstrafon" şirkətləri tərəfindən qrammofon valına yazıldı.

Keçəçi Məhəmmədin repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları xüsusi yer tuturdu. Xanəndə bütün muğamları məharətlə oxusa da, "Hümayun"u, "Nəva"nə, "Mahur"u, "Zəmın-xarə"ni, "Bayatı-Qacar"ı xüsusilə fərqli bir duyğu ilə, böyük ustalıqla ifa edirdi. Keçəci oğlu Məhəmmədin Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin "Leyli və Məcnun" poemasından səhnələri duet şəklində oxumaları da olduqca məşhur idi.

1921-ci ildə Keçəçi Məhəmməd "Təşviqat qatarı" ilə Azərbaycanın bir sıra rayonlarını gəzdi, təşkil olunan konsertlərdə fəal iştirak edən xanəndələrdən biri oldu.

Dahi həmyerlisi, professional Azərbaycan musiqisinin banisi Üzeyir bəy Hacıbəyli onu Azərbaycan Dövlət Konservatoriyasına dəvət etdi. O, konservatoriyada muğamların tədrisinə başladı. Keçəçioğlu Məhəmməd Cabbar Qaryağdı oğlu və Seyid Şuşinski ilə birlikdə Azərbaycanda bir cox xanəndə yetişdirdi, onlara xalq mahnılarımızı, muğamlarımızı dərindən öyrətdi.

Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən biri, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında yer olan Keçəçioğlu Məhəmməd 1940-cı il noyabrın 20-də Qubada vəfat etdi.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

13:48
19 Aprel

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

13:47
19 Aprel

Çində “Tiangong” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

13:46
19 Aprel

Leonid Slutski: Kimsə Ermənistanın silahlanacağına və Qarabağı geri alacağına ümid edirsə, bunu gözləməsin  

13:16
19 Aprel

Əfqanıstan - Pakistan sərhədində zəlzələ baş verib

12:10
19 Aprel

İlon Mask raket əleyhinə müdafiə sistemi yaradaraq icarəyə verməyə hazırlaşır  

12:09
19 Aprel

8000 mAh həcmli batareyaya malik ilk smartfon təqdim edilib  

11:52
19 Aprel

İsitmə sisteminə sahib “ağıllı” idman geyimləri hazırlanıb

11:51
19 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb  

11:49
19 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb  

11:48
19 Aprel

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

10:25
19 Aprel

Fransa Analitika Mərkəzinin rəhbəri: Ermənistanı dəstəkləməklə Makron uğursuzluğa sərmayə qoyur

10:20
19 Aprel

Almaniya silahlı qüvvələri yeni əsgər cəlb etməkdə çətinlik çəkir  

10:19
19 Aprel

İğdırda məktəblilər və müəllimlər erməni quldur dəstələrinin qurbanlarının xatirəsini yad ediblər  

10:15
19 Aprel

İstanbulda İsrail-Fələstin qarşıdurmasının dayandırılması məqsədilə parlamentarilərin ilk iclası keçirilib  

10:12
19 Aprel

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

09:55
19 Aprel

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

09:50
19 Aprel

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

09:45
19 Aprel

Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

09:40
19 Aprel

Şikayətimizə baxan yoxdur

09:35
19 Aprel

Həyəcan təbili

09:30
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!