19 May 2023 11:15
562
Səhiyyə
A- A+
Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb

Uşaqların profilaktik müayinələri icbari tibbi sığorta ilə təminata alınıb

 

İcbari tibbi sığortanın xidmətlər zərfi ilə təminata alınan profilaktik tibbi müayinələrə uşaqların icbari dispanserizasiyası və uşaqların ağız boşluğunun mütəmadi müayinəsi daxildir. İlkin tibbi-sanitariya yardımı üzrə müayinələr uşaqların qeydiyyatda olduqları poliklinika və ya ailə sağlamlıq mərkəzlərində ödənişsiz aparılır. Profilaktik müayinələr uşaqların sağlamlıqlarının vaxtaşırı yoxlanılması, yarana biləcək xəstəliklərin erkən aşkarlanması, vaxtında müalicəyə cəlb olunmasına və xəstəlik inkişaf etmədən qarşısının alınmasına xidmət edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, icbari dispanserizasiya uşaqların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq təsdiq edilmiş müayinə cədvəlinə əsasən həyata keçirilir. 3 yaşa qədər uşaqlarda müayinələr il ərzində bir neçə dəfə, 3 yaşdan 18 yaşadək uşaqlarda isə ildə bir dəfə aparılır. Qeyd etməliyik ki, 3 yaşlı uşaqların həkim pediatr tərəfindən müayinəsi 6 aydan bir həyata keçirilir.

Uşaqların müayinəsi həkim-pediatr, oftalmoloq, otorinolarinqoloq (LOR həkimi), həkim-nevropatoloq, loqoped və stomatoloqlar tərəfindən aparılır. Profilaktik müayinələr zamanı uşaqların müxtəlif orqan və sistemlərinin, xüsusilə sinir sisteminin, çəkinin dinamikası və anadangəlmə inkişaf qüsurlarının aşkarlanması, danışıq, qamət, eşitmə, görmə və qulaq, burun, boğaz orqanlarının yoxlanılması, uşağın fiziki və psixi inkişafına nəzarət və digər tibbi xidmətlər göstərilir.

Müayinə zamanı ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə əlavə müayinə-müalicə üçün göndərişlər verilir. Uşaqlar dispanserizasiya müayinəsinə həkimin çağırışı ilə gətirilir. Uşaqların tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar.

Erkən yaş dövründə ağız boşluğunun müayinəsi uşaqların ağız boşluğunun gigiyenasını təşviq edən, uşağa dişlərinə düzgün qulluq etməyi öyrədən, həkimdən və stomatoloji alətlərdən qorxmadan vaxtında diş müayinəsinə gəlməyi sövq edən və nəticə etibarilə uşaqların ümumi sağlamlığına müsbət təsir göstərən müayinə metodudur.

Uşaqlarda ağız boşluğunun sanasiyası ailə həkimi, sahə pediatrı, sahə terapevti tərəfindən aparılır. Müayinə zamanı ailə həkimi/sahə pediatrı/sahə terapevti uşağın yaş fiziologiyasına uyğun dişlərinin inkişafını qiymətləndirir, hər hansı xəstəliklə bağlı (yaralar-stomatit, aftoz yaralar, gingivit — diş ətinin iltihabı xəstəliyi və digər) ağız boşluğunu sanasiya edir.

İcbari dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq ağız boşluğunun müayinəsi ildə 1 dəfə həkim stomatoloq, həkim-cərrah, loqoped tərəfindən də aparılır. Bu zaman 2 yaşlı uşaqlarda süd dişi defektlərinin vaxtında aşkar edilməsi, 3 yaşlı uşaqlarda diş-çənə ilə bağlı müayinə, 4-5 yaşlı uşaqlarda dişdəki defektlərin vaxtında aşkar edilməsi, 1-6-cü sinif şagirdlərində dişlərdə kariyesin əmələ gəlməsi ilə bağlı müayinələr və 7-11-ci sinif şagirdlərində ağız boşluğunun sanasiyası aparılır.

Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulur. Bunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının vaxtında aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi ilkin tibbi-sanitariya yardımının prioritet istiqamətlərindən biridir. Bu baxımdan uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi üçün onların profilaktik müayinələrdən keçirilməsi tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!