09 İyul 2026 13:06
189
Mədəniyyət
A- A+
Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub

Türkiyənin Qars şəhərində qarapapaq türklərinin irsi müzakirə olunub


Türkiyənin Qars şəhərində qarapapaq türklərinin simpoziumu, həmçinin aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Ələsgər və Aşıq Şenlikin irsinə həsr olunmuş şənliklər keçirilib.

AZƏRTAC xəbər verir ki, Dünya Qarapapaq Türkləri Fondu (KARPAT) və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən birgə təşkil edilən mədəni proqramda Türkiyə, Azərbaycan, Gürcüstan və İrandan olan qarapapaq türklərinin nümayəndələri, alimlər və aşıqlar iştirak ediblər.

İştirakçılar qarapapaq türklərinin tarixi, mədəni və ədəbi irsini müzakirə etmək, habelə xalq ozanları Aşıq Ələsgər və Aşıq Şenlikin xatirəsini anmaq üçün Çıldır turizm rayonunda toplaşıblar. Burada Qarapapaq türklərinə həsr olunmuş bir neçə nəşr təqdim edilib.

KARPAT fondunun direktoru Erkan Koçalı müasir rəqəmsal texnologiyaların və sosial medianın inkişafı fonunda mədəni irsin yox olması təhlükəsinə diqqət çəkərək iştirakçıları mədəniyyətə, adət-ənənələrə dəyər verməyə çağırıb. O bildirib: “Övladlarımıza hansı mirası qoyacağıq? Mədəniyyətimizi gənc nəslə necə ötürə bilərik?” suallarına aydın cavab vermək vacibdir”.

Fondun rəhbəri qeyd edib ki, Azərbaycan, Gürcüstan, İran və Qazaxıstanda tədqiqatları davam etdirən 13 alimdən ibarət qrup qarapapaq türklərinin irsini dörd dildə yazılan kitablarda əks etdirməyə çalışıb.

“Türk, Azərbaycan, fars və gürcü dillərində minlərlə kitab oxucularını gözləyir. Onlar Türkiyənin Sivas, Amasiya, Tokat, Ağrı və qarapapaq türklərinin yaşadığı digər bölgələrin sakinlərinə təqdim olunacaq”, - deyə o qeyd edib.

TADİV-in rəhbəri professor Aygün Attar Şərqi Anadolunun zəngin tarixi irsinə diqqət çəkərək Qarsın türk xalqları üçün dəyərini qeyd edib. O vurğulayıb: “Qars Anadolunun və Azərbaycanın ruhunu əks etdirən bir yerdir, burada İrəvan xanlığı da daxil olmaqla bütün bölgənin tarixi və irsi hiss olunur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

Azərbaycan Universitetinin tədris proqramlarına yeni fənlər daxil edilib

16:50
09 İyul

Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə tanış olub

16:48
09 İyul

“Deepfake” və süni intellektəsaslı dezinformasiya hibrid təhdid arsenalının tərkib hissəsidir

16:45
09 İyul

Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır

16:42
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

16:09
09 İyul

İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır

16:00
09 İyul

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

15:57
09 İyul

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

15:54
09 İyul

Azərbaycan neft-qaz və bərpaolunan enerji təcrübəsini Zimbabve ilə bölüşəcək

15:51
09 İyul

FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə zəruri tədbirlər davam etdirilir

15:49
09 İyul

MİQ müsabiqəsinə 46 mindən çox müraciət daxil olub

15:30
09 İyul

“AzərEnerji” və Dünya Bankı enerji sahəsində əməkdaşlıq perspektivlərini dəyərləndirib

15:27
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!