09 İyul 2026 10:40
224
Mədəniyyət
A- A+
Sənətin zirvəsində

Sənətin zirvəsində


Onu tanımayan, sevməyən, oxuduğu mahnılara heyranlıqla qulaq asmayan, məlahətli, ürəyəyatımlı səsinin sehrinə düşməyən çətin ki, tapılsın. Çünki o, muğamlarımızın, xalq mahnılarımızın mahir ifaçısı olmuş, milli musiqimizin inkişafına misilsiz töhfələr vermişdir. 

Fatma Mehrəliyevanın anadan olmasından 100 il ötür. O, 1926-cı ildə Qubada dünyaya göz açıb. Uşaqlıq illərindən qeyri-adi, bənzərsiz səsi və istedadı ilə seçilib. Orta məktəbdə oxuyarkən başqa fənlərlə bərabər, nəğmə dərslərində də fərqlənib. 

Onun həzin, məlahətli səsi eşidənləri heyran qoyurmuş. Bu səsdə, bu avazda, bu nəfəsdə böyük gələcəyin işartıları sayrışırmış. Bunu duyan, hiss edən müəllimləri 11 yaşlı Fatmaya məsləhət görürlər ki, Bakıda keçirilən musiqi festivalında iştirak etsin. Balaca qızcığaza ürək-dirək verərək əmin edirlər ki, səsini bəyənəcəklər, o, festivalda qalib gələcək.

Beləcə, sənətkar gələcək uğurlarına, yaradıcılığına doğru ilk addımlarını atır. Verilən məsləhətə qulaq asaraq Bakıya üz tutur. Böyük həyəcanla iştirak etdiyi misiqi festivalında "Qubanın ağ alması" xalq mahnısını ifa edir. Onun həzin, məlahətli səsi həm iştirakçıların, həm də münsiflər heyətinin xoşuna gəlir. Fatmanın ifası görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin də diqqətini cəlb edir. Buna görə himayəsinə götürərək yaxşı təhsil alması, musiqiçi kimi formalaşması üçün ona hər cür şərait yaradır.

Beləliklə, gələcəyin böyük müğənnisi Fatma Mehrəliyeva 1938-ci ildə Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə Bakıya köçür və 2 il sonra gənc müğənni Azərbaycan Dövlət Filarmoniyası nəzdində fəaliyyət göstərən "Sazçı qızlar" ansamblında əmək fəaliyyətinə başlayır. Elə həmin ildən də Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və tamaşaçılar qarşısında konsert proqramları ilə çıxış edir. Sənət yolunda uğurla addımlayan, lirik soprano səsə malik Fatma Mehrəliyevanın muğam, xalq mahnıları və təsniflərinin, eləcə də bəstəkar əsərlərinin mahir ifaçısı kimi şöhrəti hər tərəfə yayılır.

Fatma Mehrəliyeva 1941-1945-ci illərdə ön cəbhələrə gedərək faşizmə qarşı vuruşan hərbçilər qarşısında çıxış edir. Fatma xanım cəbhəyə olan belə səfərlərində daha çox Üzeyir bəy Hacıbəylinin vətənpərvərlik mövzusunda bəstələdiyi mahnıları oxuyurdu. Yeri gəlmişkən qeyd edək ki, Fatma Mehrəliyeva musiqisi Üzeyir bəy Hacıbəylinin, sözləri Səməd Vurğunun olan "Şəfqət bacısı" mahnısının ilk ifaçısı olmuşdur. 

Qazandığı uğurlar pillə-pillə onu daha da böyük zirvələrə yüksəldir. Müğənni 1945-ci ildə Üzeyir bəy Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən "Arşın mal alan" filmində Telli obrazını canlandırır. Bu film Fatma Mehrəliyevanın yaradıcılığında mühüm yer tutur - müğənni aktyorluq bacarığını da ortaya qoyur. 

Fatma xanımın ifa etdiyi "Getmə dayan", "Olmaz-olmaz", "Ceyranım", "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə", "Muğan qızı", "Lay-lay", "Unuda bilmirəm" və başqa xalq və bəstəkar mahnlarına "Qatar", "Segah-zabul", "Kəsmə şikəstə" muğamlarına illərdən bəridir ki, böyük sevgi ilə qulaq asırıq, səsinin, avazının sehrindən çıxa bilmirik. 

Tanınmış musiqiçilər qeyd edirlər ki, Fatma Mehrəliyevanın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsus yeri var. Doğrudan da, bu həqiqətdir. İndiyə qədər bəlkə də "Kəsmə şikəstə"ni yüzlərlə müğənni oxuyub, amma onların heç biri Fatma xanım kimi ifa etməyi bacarmayıb. F.Mehrəliyeva səsi və ifa tərzi ilə bu muğama öz möhürünü vurub. Məhz elə buna görə də musiqişünas alim Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. 

Xalq artisti, rejissor Vasif Babayev müğənni ilə bağlı acılı-şirinli xatirələrini dilə gətirərək bildirib ki, Fatma xanım həm qayğısızlıqdan, təklikdən əziyyət çəkirdi, həm də onun maddi problemləri var idi: "Həyat yoldaşı yox idi, aldığı maaş ona çatmırdı. Çox çətin vəziyyətə düşmüşdü. Hətta küçəyə çıxmağa da utanırdı. O, möhtəşəm qadın idi. Təsəvvür edin, öz evində oxumağa başlayanda hamı - bütün İçərişəhər sakit dayanıb onun səsinə qulaq asırdı. O, sənətinin zirvəsində olanda belə, bəzi toylara təmənnasız gedirdi".

Azərbaycan musiqi sənətindəki xidmətlərinə görə 1956-cı ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüş Fatma xanım uzunsürən xəstəlikdən sonra  2000-ci il yanvarın 4-də dünyasını dəyişib. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan idmançıları Parisdəki qolf turnirində iki medal qazanıblar

17:36
09 İyul

Paytaxtda iki küçədə təmir işləri başa çatıb, daha dörd yolda yenidənqurma davam edir

17:33
09 İyul

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb

17:30
09 İyul

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

Azərbaycan Universitetinin tədris proqramlarına yeni fənlər daxil edilib

16:50
09 İyul

Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə tanış olub

16:48
09 İyul

“Deepfake” və süni intellektəsaslı dezinformasiya hibrid təhdid arsenalının tərkib hissəsidir

16:45
09 İyul

Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır

16:42
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

16:09
09 İyul

İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır

16:00
09 İyul

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

15:57
09 İyul

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

15:54
09 İyul

Azərbaycan neft-qaz və bərpaolunan enerji təcrübəsini Zimbabve ilə bölüşəcək

15:51
09 İyul

FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə zəruri tədbirlər davam etdirilir

15:49
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!