31 May 2023 09:50
439
SİYASƏT
A- A+
Türkiyə xoşbəxt və parlaq gələcəyinə səs verdi

Türkiyə xoşbəxt və parlaq gələcəyinə səs verdi

 

Rəcəb Tayyib Ərdoğanın qələbəsi türk dünyasının uğuru oldu

 

Xəbər verildiyi kimi, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci mərhələsi baş tutdu. Seçicilərin 52,18 faizinin səsini qazanan Rəcəb Tayyib Ərdoğan yenidən  Prezident seçildi. 
Türkiyə liderinə seçkilərdə əldə etdiyi qələbə münasibətilə ilk təbrik də qardaş ölkə Azərbaycandan gəldi. Qələbə qazanması münasibətilə Türkiyə Prezidentinə zəng edən dövlət başçımız İlham Əliyev bu uğuru Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirdi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin hərtərəfli inkişafı növbəti illərdə də davam etdiriləcək. 
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. 
Birinci xanım Mehriban Əliyeva da Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qələbə münasibətilə təbrik edib. 

 

Bu qələbə Türkiyə xalqının milli maraqları baxımından tarixi hadisədir

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi həm Türkiyə, həm Azərbaycan xalqı, həm də bütün islam-türk dünyası üçün olduqca əlamətdar hadisədir.  O qeyd edib ki, R.T.Ərdoğanın hakimiyyəti dövründə Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə uğurlu əməkdaşlıq sistemi qurulub. İki ölkə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib. "Vətən müharibəsi dövründə Türkiyə Azərbaycana böyük mənəvi və siyasi dəstək olub. Ərdoğan başda olmaqla Türkiyə rəsmiləri hər zaman "Azərbaycanın  yanındayıq" söylədilər. Təbii ki, Ərdoğanın bundan sonrakı rəhbərliyi dövründə də Azərbaycanla Türkiyə münasibətləri dinamik inkişaf edəcək. İki ölkə təkcə region üçün deyil, dünya üçün də əhəmiyyətli olacaq daha mühüm layihələrin birgə təşəbbüskarı və iştirakçısı kimi diqqət çəkəcəklər", - deyə deputat əlavə edib.
O vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda  hərbi-texniki, müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etdirilir: "Bu, həm Azərbaycanın müdafiə qabiliyyətinin hər zaman güclü olmasını şərtləndirir, həm də ölkə iqtisadiyyatına əlavə dividendlər qazandırır. Hərbi sahənin inkişaf etdirilməsi dünya silah bazarında Azərbaycanın öz yerini və rolunu təyin etməsini şərtləndirəcək". 
E.Mirbəşiroğlu qeyd edib ki, türk dünyasında həmrəyliyin möhkəmləndirilməsində, sıx əməkdaşlığın yaranmasında qardaş ölkənin xüsusi rolu var. 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indi Türk Dövlətləri Təşkilatı) yaradıldığını xatırladan deputat bildirib ki, bu platforma türkdilli dövlətlər arasında həm siyasi münasibətlər, həm də iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün unikal imkanlar təqdim edir: "Ümumiyyətlə, türk dövlətlərinin maraqlarının qorunmasında Ərdoğanın təsirli rolu olub. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə qazanması bir çox məqamlar baxımından çox əhəmiyyətlidir. Birincisi, bu, Türkiyə xalqının milli maraqları, gələcək inkişafı baxımından tarixi hadisədir. Məhz Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyə ixracın həcmini artıraraq istehlak bazarında xarici asılılıqdan qurtardı. Bu, həm də ölkəyə olan siyasi təsir imkanlarını məhdudlaşdırdı". 
Deputatın fikrincə, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi çoxqütblü dünyanı dəstəkləyən dövlətlərin, xalqların qələbəsi hesab oluna bilər: "Azərbaycan-Türkiyə qardaşlığının, səmimi dostluğunun, müttəfiqlik münasibətlərinin bundan sonra daha da inkişaf  etdirilməsi Ərdoğan üçün prioritetdir. Buna görə də Azərbaycan xalqı üçün Ərdoğanın qələbəsinin böyük əhəmiyyəti var. İslam-türk dünyasında Türkiyənin barışdırıcı, əməkdaşlığa təkan verən, həmrəyliyi gücləndirən rolu baxımından da Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbə qazanması çox vacib idi".

 

Türkiyədə demokratiya və türkçülük qalib gəldi

 

Qardaş Türkiyədə keçirilən seçkilərdə Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Prezident seçildiyinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov azərbaycanlıların da Türkiyə vətəndaşları qədər bu qələbəni səbirsizliklə gözlədiklərini bildirib.
O vurğulayıb ki, Türkiyə qədər Azərbaycan xalqının da sevincinə səbəb olan bu qələbə təkcə qardaş ölkənin deyil, həm də xalqımızın, eləcə də bütöv türk və müsəlman dünyasının qələbəsidir: "Bu gün dünyamızın Rəcəb Tayyib Ərdoğan kimi liderlərə böyük ehtiyacı var. 28 mayda Türkiyədə demokratiya və türkçülük qalib gəldi. Qardaş Türkiyə bütün təbliğat və təxribatlara baxmayaraq, növbəti dəfə demokratik ənənələrə sadiqliyini nümayiş etdirdi. İmperialist qüvvələr seçki  prosesinə kölgə salmağa çalışsalar da, buna nail ola bilmədilər. Türkiyəni Suriyaya, İraqa çevirmək istəyənlərin arzuları ürəklərində qaldı". 
Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Azərbaycan xalqı əvvəldən bu qələbəyə inanırdı. "Biz bilirdik ki, qardaş Türkiyə xalqı düzgün qərar verərək, Türkiyənin xoşbəxt və parlaq gələcəyinə səs verəcək. Əminik ki, bu qələbə ilə Azərbaycan-Türkiyə münasibətlərində də yeni mərhələ başlayacaq. Biz əlaqələrimizi, dostluğumuzu, qardaşlığımızı daha da gücləndirəcəyik. Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində türk dünyası yeni zirvələrə yüksələcək". 
C.Məmmədov bildirib ki, bu gün hər bir azərbaycanlı bu uğura görə çox sevinir. Bu qələbə ilə eyni zamanda Türkiyəni, Azərbaycanı sevməyənlərin arzuları ürəklərində qaldı: "Qardaş Türkiyə xalqını düzgün seçimə, düzgün qərara görə təbrik edirik. Yaşasın Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı!"

 

Türkiyə xalqı suverenliklə bərabər bölgənin təhlükəsizliyinə də  səs verdi

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov  deyib ki, Türkiyədə prezident seçkiləri xalqın və bütövlükdə türk dünyasının milli iradəsinin təntənəsi oldu. 
O vurğulayıb ki, Qərb dünyası açıq formada anti-Ərdoğan kampaniyası apararaq Türkiyədə yenidən xaricdən asılı marionet bir rejim qurmaq, Türkiyənin artan güc və imkanları qarşısında birdəfəlik sədd çəkmək istəyirdi: "Bir sözlə, bu seçkilər Türkiyə üçün ikinci Çanaqqala savaşı idi və bir əsr sonra bu savaşda da yenə milli iradə qalib gəldi. Müdrik türk xalqı yenidən "Ərdoğan" deməklə parçalanmanın, potensial vətəndaş müharibəsinin qarşısını aldı, Türkiyəni marionet dövlətə çevrilməkdən qurtardı, müstəqillik, suverenliklə bərabər bölgənin təhlükəsizliyinə səs verdi".   
Deputat qeyd edib ki, Ərdoğana qarşı "demokratik dəyərlər" adı altında səlib yürüşü təşkil edən Qərb dünyasına ən yaxşı cavab məhz 2 turlu azad seçki oldu. Ərdoğan türk düşmənlərini məhz demokratik dəyərlər ilə yerinə oturdub Qərbə seçki dərsi keçdi.
Seçkilərin Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu deyən B.Məhərrəmov Türkiyənin ölkəmizin ən yaxın müttəfiqi olduğunu əlavə edib: "Ərdoğanın hakimiyyətdən getməsi arzuolunmaz situasiyalara səbəb ola bilərdi. Əlbəttə, Azərbaycanın yaratdığı reallığı kimsə dəyişə bilməzdi, lakin istənilən halda müxalifətin mesajları narahatlıq vəd edirdi".
Deputat vurğulayıb ki, 28 may seçkilərində qələbə həm də ən yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətlərinin qızıl dövrünün yeni mərhələsini başladıb: "Güclü Türkiyə güclü Azərbaycan deməkdir, amma bu mürəkkəb siyasi situasiyada Prezident İlham Əliyev həm də göstərdi ki, eyni zamanda güclü Azərbaycan da güclü Türkiyə deməkdir. Bu gün qalib bizik. Bizim gücümüz, birliyimiz, cənab Prezidentin dediyi kimi, "bir millət, iki dövlət" və "bir yumruq" olmağımız bölgəmizdə sülhün, təhlükəsizliyin yeganə qarantıdır".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!