21 İyun 2025 21:45
937
İQTİSADİYYAT
A- A+
Turizmin stimullaşdırılması və əlavə iqtisadi gəlir mənbəyinin yaradılması günün tələbidir  

Turizmin stimullaşdırılması və əlavə iqtisadi gəlir mənbəyinin yaradılması günün tələbidir  


Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir. İldən ilə respublikamıza gələn turistlərin sayında artım müşahidə olunur. Sözügedən sektorda ölkələr arasında dərin rəqabətin olmasını nəzərə alaraq, hazırda qarşıda duran əsas vəzifələrdən biri respublikamızın turizm imkanlarının daha da artırılmasıdır.

Son illər ölkəmizdə bu istiqamətdə bir sıra müxtəlif tədbirlər həyata keçirilib, turizm infrastrukturu inkişaf etdirilib. Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi respublikamıza xarici turistlərin marağının daha da yüksəlməsi baxımından mühüm addımi ola bilər. 

Bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasında da müzakirə olunub. Birinci oxunuşda qəbul edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində,  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə  qanun layihəsinin təqdimatı zamanı bildirilib ki, layihədə  “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Qanuna yeni 3-1-ci fəslin (“Süni torpaq sahələrində sahibkarlıq fəaliyyəti” adlı) əlavə olunması təklif edilib. Layihənin 8-1-ci maddəsi süni torpaq sahələrində bütövlükdə sahibkarlığın inkişafına şərait yaradılmasını ehtiva edir, 8-2-ci maddəsində isə kazino oyunlarının yalnız süni torpaq sahələrində, qanunvericiliyin tələbləri nəzərə alınmaqla təşkil edilməsinə icazə verilir.

Qeyd edək ki, ərazi və əhalisinin sayına görə Gürcüstan Azərbaycandan kiçik ölkə olsa da, turizm gəlirlərinə görə daha öndədir. Bunun əsas səbəblərindən biri kimi kazino biznesinin leqallaşdırılmasıdır.

Qazaxıstanda kazino biznesi ölkəyə xeyli gəlir gətirir. Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Qazaxıstanda mərc fəaliyyəti ilə məşğul olan mərkəzlərin ümumi gəliri 2,85 milyard ABŞ dollar təşkil edib. 2023-cü ildə Qazaxıstanın dövlət büdcəsinə kazinolardan 245 milyon dollar vergi ödənilib.  

2023-cü ildə Rusiyada kazino sənayesinin ümumi gəliri təxminən 2,1 milyard avro təşkil edib. Hətta BƏƏ-də uzun illər qadağan olan kazinoların fəaliyyətinə icazə verilir, 2027-ci ildə İlk kazinonun açılması gözlənilir. Çində də xüsusi ərazidə - Makaoda kazinoya icazə verilir və burada 30-dan artıq kazino var. Makao gəlirlərinin 80 faizi kazino fəaliyyətindəndir. Sinqapur, Filippin, Monako və Kamboca kimi digər ölkələr də kazinolarda oynamaq üçün bu ölkələrə gələn turistlərdən əhəmiyyətli gəlir əldə edirlər.

Mütəxəssislərin fikrincə, kazinoların fəaliyyətə başlamasının Azərbaycana gələn turist sayına böyük təsiri olacaq. Lakin Azərbaycanda “oyun turizmi”nin təşkili üçün hüquqi əsasların yaradılması təşəbbüsü heç də ölkə ərazisində “oyun biznesi”nin təşviqi və ya təbliği anlamına gəlmir. Əksinə, xüsusi reqlamentləşmə və məhdudiyyətlərin tətbiqi gözlənilir. Belə ki, layihəyə əsasən ölkəmizdə bu sahə üzrə ciddi nəzarət və tənzimləmə nəzərdə tutulur. Qeyd etdiyimiz kimi kazino oyunlarının yalnız süni torpaq sahələrində təşkilinə icazə verilir. Eyni zamanda 21 yaşadək şəxslərin uduşlu oyunlara buraxılmasına yol verilmir. Bütün bunlar onu göstərir ki, layihədə bu məsələyə liberal deyil, mühafizəkar yanaşma var. 

Bütövlükdə, bu məsələ respublikamızda “kazino iqtisadiyyatı”nın və ya şəbəkəsinin qurulmasını qətiyyən nəzərdə tutmur. Yalnız süni torpaq sahələrində təşkil olunan kazino oyunları respublikamıza xarici turist axınını artmasına, yeni iş yerlərinin açılmasına, büdcə üçün əlavə gəlir mənbəyinin yaradılmasına xidmət edəcək.


Rəşad CƏFƏRLİ,

«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!