19 Aprel 2025 08:50
793
İQTİSADİYYAT
A- A+
Təzə ad düşərlidir

Təzə ad düşərlidir


Göygöllülər üçün il-ildən uğurlu gəlir


Regional inkişaf proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası, habelə bu istiqamətdə həyata keçirilən digər tədbirlər hesabına bölgələrdə qeyri-neft sektorunun davamlı inkişafı, sosial infrastruktur təminatının yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, yeni müəssisələrin, iş yerlərinin açılması və nəticədə yoxsulluğun səviyyəsinin azaldılması təmin olunmuşdur. 

Bu baxımdan Göygöl rayonu da istisna deyil. Təkcə keçən il rayon üzrə ümumi məhsul buraxılışı 5,9, o sıradan sənaye məhsulunun həcmi 2,8, kənd təsərrüfatında ümumi məhsul istehsalı 2 dəfə artmışdır.

Rayonda taxılçılığın inkişafına xüsusi münasibət var. Son mövsüm sahələrdən   12328 ton taxıl götürülmüşdür. Hər hektardan məhsuldarlıq əvvəlki ilə nisbətən 12 sentner çox olmuşdur. Digər kənd təsərrüfatı məhsullarının istehsalında da yüksək göstəricilər qazanılmışdır. Sahələrdən 2615 ton kartof, 30066,7 ton tərəvəz, 2766,1 ton meyvə toplanmışdır. 

Heyvandarlıq məhsullarının istehsalına gəldikdə cari ilin əvvəlinə olan məlumata görə, rayon üzrə 20,4 min baş qaramal, 118,9 min baş davar qeydə alınmışdır. Ötən il ət istehsalı 3287,4, süd istehsalı 24879 tona çatmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün də tədbirlər görülür. İl ərzində 1673 baş qaramal süni yolla mayalanmış və onlardan 829 baş bala alınmışdır ki, bu da əvvəlki illə müqayisədə 129 baş çoxdur. Mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün digər tədbirlər də unudulmamışdır.   

Rayonda sənaye  müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər məhsul istehsalını əvvəlki ilə nisbətən 3,4 faiz artırmağa nail olmuşlar. Sənaye məhsullarının  həcmində qeyri-dövlət mülkiyyətinin xüsusi çəkisi 69,3 faiz təşkil etmişdir.

Keçən ilin sentyabr ayında rayonun Keşkü kəndi ərazisində respublikamızda ilk dəfə olaraq moruq festivalı keçirilmişdir. Festivalda iştirak edən fermerlər istehsal etdikləri moruq məhsullarını yerli və xarici qonaqlara təqdim etmişlər. Tədbirdə həmçinin iştirakçılara moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılmışdır. Onlar təqdim edilən moruq sortlarından dadmış və bəyəndiklərindən almışlar. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsullar və xalq tətbiqi sənətkarlıq nümunələri ilə də tanış olmuşlar. 

Göygöl rayonu turizm imkanlarına da malikdir. Təkcə keçən il rayona 113 mindən çox turist gəlmişdir ki, bu da əvvəlki illə müqayisədə 29 min nəfər çoxdur. Söz yox ki, cari ildə onların sayının daha da artacağı gözlənilir. Odur ki, rayonda turizm mövsümünə hazırlıq işləri sürətlə gedir.


Sabir ƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

Media: ABŞ İrana qarşı məhdud hücumları bərpa etməyi düşünür

09:43
13 Aprel

Yer kürəsinə yaxın potensial təhlükəli asteroidlərin sayı açıqlanıb

09:34
13 Aprel

Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib

09:31
13 Aprel

MN: Ağdərədə istismar müddəti başa çatmış yararsız döyüş sursatları məhv ediləcək  

09:29
13 Aprel

ABŞ Mərkəzi Komandanlığı İran limanlarının blokadasına başlayacağını açıqlayıb

09:01
13 Aprel

Əraqçi: İran İslamabadda ABŞ tərəfindən maksimalizm, şərtlərin daim dəyişməsi və sərtliklə üzləşdi  

08:32
13 Aprel

Orban Tisza Partiyasının liderini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

00:21
13 Aprel

Xəzər dənizində zəlzələ qeydə alınıb

23:38
12 Aprel

Macarıstanda səsvermənin ilkin nəticələrinə görə Orbanın partiyası liderdir – Səslərin sayılması davam edir  

22:51
12 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!