19 May 2023 10:45
5583
Oxucu məktubları
A- A+

Terminalların azlığı vətəndaş narahatlığıdır

 

Hörmətli redaksiya! 
Yaşadığımız Qaraməryəm kəndi   Göyçay, Ağsu, Ucar  və İsmayıllı rayonlarının orta yollarını birləşdirən bir ərazidə yerləşir. 
Kəndimizin əhalisinin sayı ildən-ilə çoxalır. Yaşayış massivinin əhatəsində daha 6 kənd var. Bu da Qaraməryəm kənd qovşağının nə qədər əhəmiyyətli olduğuna bir sübutdur. Kəndimizin və eyni zamanda ətraf 6 kəndin sakinləri əməkhaqqı, pensiya və müavinətlərini almaq üçün çətinlik çəkirlər. Belə ki, kənddə yalnız bir bankın terminalı quraşdırılıb. Amma elələri var ki, onlar  yalnız rayon mərkəzində, özü də cəmi bir yerdədir. Kənddən gedirsən (onların çoxu təqaüdçülərdir) və uzun bir növbə ilə üzləşirsən. Növbən çathaçatda məlum olur ki, bankomatda pul qurtarıb. Bəzən terminallara pul yükləmələri saatlarla, günlərlə çəkir. Bu da öz növbəsində həm zaman itkisi, həm də narahatlıq yaradır. Onlarca ticarət obyektinin olduğu bir ərazidə əlavə bank terminallarının  quraşdırılması məncə o qədər də çətin deyil. 
Ümidvarıq ki, səsimizə səs verilərək qısa bir vaxtda bu problem aradan qaldırılacaq.

Əlizaman ASLANOV,
Göyçay rayonu Qaraməryəm kəndi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video