27 Fevral 2024 09:15
750
İQTİSADİYYAT
A- A+
Təbii fəlakətlər bəşəriyyətə meydan oxuyur

Təbii fəlakətlər bəşəriyyətə meydan oxuyur

 

Dünya xilas yolunu tapmaq üçün bu il Bakıda toplaşacaq

 

Ətraf mühitin mühafizəsi sahəsi son illər Azərbaycan üçün daha da aktuallaşıb. Belə ki, işğaldan azad olunan ərazilərimizdə 30 il ərzində flora və faunaya vurulan zərbələr, həmçinin ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər, sağlamlıqla bağlı artan risklər, çayların çirkləndirilməsi və Xəzərə axıdılan zərərli maddələr ciddi ekoloji problemlər yaradıb. 
Əslində, bu cür ekoloji problemlər dünyanın bütün ölkələrində mövcuddur. Xüsusilə COVID-19 pandemiyasından sonra bərpa zamanı ölkələrdə yaranan quraqlıq, fırtına və meşə yanğınları iqlim dəyişmələrinə daha güclü təsir etməyə başlayıb və o üzdən "yaşıl iqtisadiyyat"ın inkişafı prioritet istiqamət seçilib. Ona görə də BMT-nin çağırışlarında  vurğulanır ki, iqlim dəyişikliklərinə uyğunlaşma səyləri artırılmasa, dünya böyük problemlərlə üzləşməli olacaq. Təşkilatın Ətraf Mühit Proqramının (UNEP-The United Nations Environment Programme) üç ay əvvəlki hesabatında bildirilir ki, qlobal temperatur və istixana qazları emissiyalarının artması fonunda iqlim  dəyişikliyi ilə mübarizə aparmaq üçün qətiyyətli və cəsarətli addımlar atılmalıdır. Dünya ölkələri səylərini artırmasa və mövcud tendensiyalar dəyişməsə, XXI əsrdə temperatur 2,5-2,9 dərəcə yüksələ bilər ki,  bu da Paris sazişinin 2 dərəcə Selsi həddini xeyli üstələnməsi deməkdir. 
Məlumat üçün bildirək ki, UNEP BMT-yə üzv dövlətlərin ətraf mühitlə bağlı fəaliyyətini koordinasiya edir, inkişaf etmiş ölkələrin bu sahədə siyasətlərinin və təcrübələrinin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasını həyata keçirir. Təşkilat 1972-ci ilin iyununda "BMT-nin İnsan Mühiti Konfransı"ndan sonra yaradılıb. Baş qərargahı Keniyanın Nairobi şəhərində olan UNEP-in 6 müxtəlif regional ofisi və müxtəlif ölkələrdə ofisi var. UNEP BMT sisteminin müəllifliyi ilə ətraf mühitlə bağlı fəaliyyətin qlobal və regional səviyyədə həyata keçirilməsini təmin edir. Qurumun mandatına ətraf mühitin dövlətlər tərəfindən daim diqqət mərkəzində saxlanılmasına nail olmaq, eləcə də hökumətlərarası ətraf mühit siyasətinin konsensus yolu ilə həlli və koordinasiyasını təşkil etmək daxildir. Atmosfer, dəniz və Yer kürəsi kimi  ekosistemlərin böyük bir əhatəsini də bura əlavə etsək, mənzərə aydın olar. Ətraf mühit konvensiyalarının yaradılmasında, bu sahə üzrə elmin inkişafında, eləcə də regional və qlobal səviyyədə ətraf mühitin inkişafına yönələn iri layihələrin maliyyələşdirilməsində UNEP-in  rolu böyükdür.
Hər il  UNEP iyunun 5-ni Dünya Ətraf Mühit Günü kimi qeyd edir. 1972-ci il  dekabrın 16-da BMT  Baş Məclisinin 27-ci sessiyasında elan edilən bu günün qeyd olunmasına səbəb dünyanın 23 ölkəsinin 2 min elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanmış müraciət olub. Müraciətdə "Ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" çağırışı ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq edilib. Dünya Ətraf Mühit Günü müxtəlif formalarda keçirilir. Bura mövzu ilə əlaqədar küçə mitinqləri, velosiped yürüşləri, "yaşıl konsert"lər, məktəblərdə plakat və inşa yazı müsabiqələri, ağacəkmə kampaniyaları, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və s. bu kimi tədbirlər daxildir. 
Avropada həmin günün qeyd edilməsi üçün hər dəfə bir baş şəhər seçilir. 2010-cu ildə Bakı mərkəz şəhər seçilmişdir. Bakı bu statusa Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlər, həmçinin beynəlxalq qurumların Cənubi Qafqazda ölkəmizə böyük əhəmiyyət verməsi  BMT tərəfindən diqqətə alındığı üçün layiq görülmüşdür. Həmin il Bakıda "Çoxlu növlər, bir planet, bir gələcək" devizi altında ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması,  eləcə də ekoloji tarazlığın qorunması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Ekologiya və Təbii Sərvətlər  Nazirliyi tərəfindən Zığ-Heydər Əliyev adına Hava Limanı magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilən kütləvi ağacəkmə kampaniyası  bu işin sonrakı illərdə də davam etdirilməsinə stimul vermişdir. O gün əkilən  zeytun, şam, sərv və tuya ağacları  təkcə ekosistemə verdiyi xeyirlə deyil, həm də həmin yoldan keçənlərin zövqünü oxşamaqla diqqət çəkir.
Maraqlıdır ki, Dünya Ətraf Mühit Gününün Bakıda qeyd olunması həmin ilin Azərbaycanda "Ekologiya ili" elan olunması ilə üst-üstə düşmüşdür. "Ekologiya ili"ndə  Qəbələ şəhərində UNEP-in və Azərbaycanın birgə təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunmuş  Avropa Ətraf  Mühit Nazirlərinin yüksəksəviyyəli konfransı keçirilmiş və  müzakirələrin yekunu olaraq Qəbələ Bəyannaməsi qəbul olunmuşdur.
Azərbaycan UNEP ilə "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası" üzrə fəaliyyət çərçivəsində də əməkdaşlıq edir. Konvensiya və onun 4 Protokolunun icrasında UNEP Azərbaycana yardım göstərir. Ümumiyyətlə, ətraf mühit üzrə aparıcı qlobal təşkilat olan UNEP millətləri və xalqları həvəsləndirmək, məlumatlandırmaq və onlara imkanlar yaratmaqla gələcək nəsillərin yaşam tərzinə zərər gəlməməsi üçün ətraf mühitin qayğısına qalır. Məqsəd dünya istixana qazı emissiyalarını azaltmaq üçün səyləri gücləndirmək istiqamətində görülən işlərin sürətini artırmaqdır. Çünki bu gün istixana qazları tullantılarının tamamilə qarşısı alınsa belə, iqlim dəyişikliklərinin təsirləri qarşıdan gələn onilliklərdə yenə də hiss olunacaq. Ona görə də iqlim dəyişikliyindən gələn zərər və itkiləri əhəmiyyətli dərəcədə azaltmaq üçün dünyanın bütün ölkələri  var gücü ilə çalışmalıdır. 
Son illər iqlim dəyişiklikləri daha dağıdıcı və məhvedici olub. Temperatur rekordları, fırtınalar, daşqınlar,  zəlzələlər, isti hava axınları, meşə yanğınları bəşəriyyətə qənim kəsilib. BMT-nin əlaqadar qurumu olan UNEP-in icraçı direktoru  İnqer Andersenun söylədiklərini SOS siqnalı da hesab etmək olar: "İqlim dəyişikliklərinə uyğunlaşmaqda irəliləyiş bütün istiqamətlərdə ləngiyir. O, əksinə sürətlənməlidir. Yoxsa bəşəriyyət qlobal istiləşmə və onun fəsadlarının öhdəsindən gələ bilməyəcək". Elə bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da bütün dünya həmin fəsadların öhdəsindən gəlməyin, təbii fəlakətlərdən qorunmağın, ən başlıcası, ekologiyanı mühafizə etməyin yollarını arayacaq.  

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!