28 Mart 2023 00:56
943
Mədəniyyət
A- A+
Tarixin yadigarı - Məmmədbəyli türbəsi

Tarixin yadigarı - Məmmədbəyli türbəsi

 

Qədim abidələr yurdun, məmləkətin tarixinin nişanələridir. Eyni zamanda o yerlərdə müxtəlif dövrlərdə yaşamış əhalinin həyatı, düşüncələri, inancı və adət-ənənələrindən soraq verir. Azərbaycanın qədim abidələrlə zəngin yurdlarından biri olan Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə də bu mənada dəyərlidir.
Araşdırmaçılar səkkizguşəli prizmadan ibarət olan Məmmədbəyli türbəsi barədə ilkin məlumatın 1940-cı illərdə rus tarixçisi İvan Şeblıkinin verdiyini qeyd ediblər. İ.Şeblıkin Araz və Həkəri çaylarının hövzəsindəki abidələri - Füzuli rayonundakı Mir Əli, Qubadlı rayonundakı Dəmirçilər kəndi yaxınlığındakı türbəni və başqa abidələri qeyd edib. Onların təsvirini verib. Ancaq memarlıq quruluşu cəhətdən həmin türbələrdən fərqlənən Məmmədbəyli türbəsinin təsvirini olduğu kimi verməyib.
1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənib, türbənin sərdabəsi üzə çıxarılıb. Türbənin qapı yerindən yuxarı qövsvari çatılmış bütöv daş üzərində həkk olunmuş kitabəsi maraqlı və orijinaldır. Aradan keçən zaman ona təsir göstərsə də, bəzi yerlərdə daş sınıb töküldüyü üçün xarab olsa da, yazılar pozulsa da, izi qalmış müəmmalı sözlər çətinliklə oxunub, bərpa edilib. Mütəxəssislərin nəsx xətti ilə yazıldığını bildirdikləri, altısətirlik ərəbdilli kitabə oyma üsulunda yazılıb. Dörd sətirdə "Qurani-Kərim"dən ayələr həkk edilib. İki sətirdə türbənin Məhəmməd əl-Hacı oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi qeyd olunub. Araşdırmalara görə, kitabədə göstərilən "Əl-Hac" ləqəbi bütün orta əsrlər dövründə dövlət xadimlərinə verilərmiş.
XIV əsrdə İpək yolu üzərində abidələr yaratmış Əli Məcdəddin bu binanın da memarı və bənnasıdır. Kitabənin son iki sətri belə tərcümə olunub: "Mən, bu imarətin sahibi, yəni türbədə dəfn olunmuş Məhəmməd əl-hac oğlu, zəif qul, yüksək Allahın rəhmətinə möhtac, miskin Yəhyayam. Əli Məcd-əd Dinin əli ilə mübarək ramazan ayında yeddi yüz dördüncü il tarixdə bina olundu".
Məlumata görə, Anadoludan Çinə qədər Araz boyu karvan-ticarət yolu olan İpək yolu üzərində, Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilən karvansaranın kitabəsi ilə həmin yol üzərində, Zəngilanın Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd türbəsinin qapısı üzərində qoyulan kitabə ölçüsü, forması, həkkolunma texnikasına görə eynidir. Səlim keçidi adlanan yerdə tikilmiş karvansaranın kitabəsində də memar Əli Məcdəddinin adı yazılıb. Araşdırmaçıların fikrincə, bu iki abidəyə bənzəyən başqa bir abidəyə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib.
Dövrümüzədək salamat gəlib çatan abidələrdən biri olan Məmmədbəyli türbəsinə otuz ilə yaxın əlimiz yetmədi. Belə ki, abidənin yerləşdiyi ərazi 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal edildi. Qarabağın və Şərqi Zəngəzurun erməni əsarətində qalan digər yerləri kimi Zəngilanda da onlarca tarixi-dini abidə talan olundu. Məmmədbəyli türbəsi də erməni vandalizminə məruz qaldı. Ermənilər işğal dövründə abidənin müəyyən hissələrində dağıntılar törədiblər.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub etdi. İndi o ərazilərdəki bütün abidələri yaxından görə bilirik. Azərbaycan dövləti geniş tikinti-bərpa və quruculuq işlərini həyata keçirir. Ermənistanın işğalı müddətində Qarabağda və Şərqi Zəngəzurda talan edilən, dağıdılan abidələrin hər biri yenidən bərpa olunur.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!