03 Dekabr 2023 10:25
885
CƏMİYYƏT
A- A+
Tarını silaha dəyişdi

Tarını silaha dəyişdi

 

"Ata, düşmən qaçır, tezliklə qələbə qazanacağıq…"

 

Onun barmaqları mizrab tutmaq, tarın zərif pərdələri üzərində gəzdirmək, əbədiyaşar muğam və təsniflərimizi səsləndirmək üçün yaranmışdı. Elə evdə valideynləri tərəfindən də bu mənada qorunar, əllərinin fiziki işlərdə bərkiməsinə imkan verilməzdi. 
Amma dar gündə vətənin müdafiəsinə yetişmək - 30 il işğalda inləyən torpaqları azad etməkdən ötrü özü nəinki tarzən barmaqlarını, bütöv vücudunu əsirgəmədi, canından-qanından keçərək ən ali zirvə olan şəhidliyə yüksəldi. 
İsizadələr ailəsi 3 ildən çoxdur ki, Elvinli xatirələrlə yaşayır. Əlamətdar günlərdə hamı bir süfrə başına toplaşanda oxuyan o tar indi şəhidin xatirə guşəsində sükut içindədir. Doğmaları, dostları həmin tanış, məhrəm musiqi sədalarını yalnız audio-video lentlərdən dinləyirlər. Yeganə təsəlliləri isə Zəfər simfoniyamız, Qələbə himnimizdir.     
2001-ci il sentyabrın 4-də Ağdam rayonunun Qaradağlı kəndində doğulmuş İsizadə Elvin Azim oğlu Asəf Zeynallı adına musiqi kollecində təhsil alırdı. Sevimli tarını silaha dəyişərək haqq savaşına qoşulan Elvin Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.
Şəhidin atası Azim Quliyev oğlunun bir qarabağlı kimi Vətən müharibəsində qələbə əzmi ilə döyüşdüyünü deyir: "Elvin 2018-ci ildə kollecə qəbul olundu. 2019-cu ildə hərbi xidmətə getdi. İstəyirdi ki, hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirsin. Arzularından biri də Konservatoriyaya qəbul olmaq idi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərə qatıldı. Böyük ruh yüksəkliyi ilə döyüşürdü. Döyüş yoldaşları onun qorxmaz, cəsur əsgər olduğunu, sərrast atəş açdığını bildirirlər. Deyirdi, ata, düşmən qaçır, tezliklə qələbə qazanacağıq. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik məqamına yüksəldi".
Anası Gülbəniz İsizadə də onun musiqi sahəsində fitri istedadından söhbət açır: "Elvin uşaqlıqdan hamının sevimlisi olub. Çox ağıllı, tərbiyəli, nümunəvi idi. Musiqiyə böyük maraq göstərirdi. Tarzən kimi fitri istedada malik idi. Böyük arzuları vardı. Heyif ki, hər şey yarımçıq qaldı. Bizim üçün çox ağırdır. Amma onunla fəxr edirik. Ucadan uca məqamda, zirvədədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
"44 günlük Zəfər mücadiləsində həyatlarından  keçən şəhidlərin, qazilərin sırasında incəsənət sahəsində çalışanların, təhsil alanların sayı yüzlərlədir. Elvin İsizadə də onlardan biri idi. Sosial şəbəkələrdə şəhidimizin instrumental çalğısında Bəhram Mansurovun məşhur "Qal, sənə qurban!" bəstəsi geniş yayılıb. Gözəl ifadır: "Əgər üz çevirib getsən uzağa, qalmaz aşiqində hal, sənə qurban..." Həqiqi Azərbaycan sevdalıları heç vaxt ondan aralı düşmədilər, əksinə, uzaqdakılar da yaxına gəlib Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan təşnəli ürəklərinin yarasına bir məlhəm kimi vətən torpağı qoydular, İsa bulağından, İstisudan, Turşsudan su səpdilər... Və sonda həmin müqəddəs məkanları bağrılarına basıb arzularına, sevgilərinə qovuşdular. 

Qurban MƏMMƏDOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!