31 Oktyabr 2021 00:01
2199
DÜNYA
A- A+
Sudanda nə baş verir?

Sudanda nə baş verir?

 

Hakimiyyəti ələ keçirən hərbçilər ölkədə “məsuliyyətli hökumət” yaratmaq istəyir

 

1956-cı il yanvarın 1-də müstəqilliyini elan edən Sudan Respublikası Şimali Afrikada yerləşir. Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik federativ respublikadır.

1983-cü ildə ölkədə baş verən vətəndaş müharibəsi Sudanı iki hissəyə - müsəlmanlardan ibarət şimal və xristianlardan ibarət cənub hissəsinə bölüb. 22 ilə qədər, yəni 2005-ci ilədək davam edən müharibə “İkinci vətəndaş müharibəsi” adını alıb. Bu illər ərzində aclıqdan, xəstəlikdən, işgəncələrdən və döyüş əməliyyatlarında 2 milyondan çox insan həlak olub, 4 milyondan artıq insan isə qaçqın düşüb.

Yalnız 2005-ci ildə Cənubla Şimal silahlı qarşıdurmaya son qoymaq haqqında razılığa gəlib. Keçid dövrü haqqında razılıq əldə edilib. Sülh prosesi kifayət qədər uzun çəkib. 2011-ci ildə keçirilmiş referendumdan sonra Cənubi Sudan müstəqillik əldə edib. ABŞ isə hər iki tərəfə dəstək, o cümlədən hərbi dəstəyini davam etdirir. Çünki neft cənubi Sudanda hasil olunur, lakin neft kəmərləri və terminalları şimali Sudanın ərazisində yerləşir ki, bu da hər iki ölkənin hökumətlərini ABŞ-ın iqtisadi və hərbi yardımından asılı vəziyyətə salmışdır.

2019-cu il aprelin 11-də Sudanda keçirilən aksiyalar 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələndi. Silahlı qüvvələr onun 30 illik hakimiyyətinə son qoydular. Ömər əl-Bəşir hazırda ev dustaqlığında saxlanılır. Onun Haaqa Beynəlxalq Tribunalına təhvil verilməsi ilə bağlı razılıq əldə olunub. Sudanın müdafiə naziri və vitse-prezident Avad ibn Auf ölkənin idarə edilməsinə nəzarət edəcək müvəqqəti hərbi şuranın başçısı kimi and içib.

 

Hərbçilərin dövlət çevrilişi

 

Son vaxtlar Sudanda baş verən hadisələr dünyanın maraq dairəsindədir. Bir neçə həftə davam edən etiraz nümayişlərindən sonra hərbçilər Baş nazir Abdulla Hamdoku, habelə bir neçə naziri və yüksək vəzifəli məmuru həbs etmişlər.

Ölkənin yeni lideri general Əbdülfəttah Burhan “gənclər inqilabına ordunun cavabı” kimi ölkənin ali orqanlarını buraxmış və fövqəladə vəziyyət elan etmişdir. O, həmçinin Prezident Ömər əl-Bəşir devrildikdən sonra keçid dövrünün çərçivələrini, habelə hərbçilərlə vətəndaş hakimiyyəti arasında münasibətləri müəyyənləşdirən konstitusiya bəyannaməsinin bir neçə maddəsinin qüvvəsini dayandırmışdır. Paytaxt Xartuma zirehli texnika yeridilmiş, şəhərə giriş və çıxış bağlanmış, beynəlxalq hava limanı mühasirəyə alınaraq qapadılmış, dövlət teleradiosu binasına nəzarət ələ keçirilmişdir. Oktyabrın 25-də Sudan prezidenti səlahiyyətlərini icra edən general Əbdülfəttah Burhan televiziyası ilə xalqa müraciət etmişdir. O bildirmişdir ki, Nazirlər Kabineti və Suveren Şura əvəzində “məsuliyyətli hökumət” yaradılacaq. General həmçinin təsdiqləmişdir ki, əvvəlcədən planlaşdırıldığı kimi, seçkilər 2023-cü ilin iyulunda keçiriləcək.

BMT-nin Baş katibi Antoniu Quterreş və dünya liderlərinin tələbindən sonra Abdulla Hamdok dustaqlıqdan buraxılmışdır.

Ölkədə baş vermiş hərbi çevrilişdən sonra Ümumdünya Bankı Sudana maliyyə yardımını dayandırmışdır. Bu barədə bankın başçısı Devid Melpass “Frans Press” agentliyinə məlumat verib.      

Son məlumata görə, Sudanın azı 6 səfiri vəzifəsindən azad edilib. Bunların arasında ABŞ, Avropa İttifaqı və Fransadakı diplomatlar var. Onlar ölkənin hərbçilər tərəfindən ələ keçirilməsini pisləmişlər.

General Əbdülfəttah Burhanın vəzifəsindən azad etdiyi diplomatlar arasında Sudanın Qətərdəki, Çindəki və BMT-nin Cenevrədəki missiyasının səfirləri var. Bu barədə dövlət televiziyası xəbər verib.

 

Sudan beynəlxalq birlikdən kömək istəyir

 

Sudanın BMT-dəki daimi nümayəndəsi Məhəmməd İbrahim Elbahi bildirmişdir ki, onun ölkəsi beynəlxalq birliyin köməyinə ümid edir. O deyib ki, Sudan gəncləri arasında qurbanlar mənasız olmasın deyə, həm hərbçilər, həm də vətəndaşlar tərəfindən yaxınlaşma yolları axtarmaq lazımdır. “Bir neçə ölkə Sudanda baş vermiş hadisələrdən narahatlığını bildirmişdir. Bu narahatlığı anlayaraq biz bir daha vurğulamağı lazım bilirik ki, beynəlxalq birlik, xüsusilə BMT-nin Təhlükəsizlik Şurası Sudan xalqına köməyi davam etdirsin. Ölkənin yolayrıcında olduğu bu vacib məqamda həm hərbçilər, həm də vətəndaşlar tərəfindən müxtəlif fikirlərin yaxınlaşma yollarını axtarmalıyıq ki, son iki il ərzində Sudan gəncliyi arasında olan qurbanlar boşa getməsin”.

 

Vaşinqton və Moskva Xartuma kömək etməyə hazırdır

 

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov ABŞ-ın Afrika Buynuzu üzrə xüsusi təmsilçisi Ceffri Feltmanla telefon söhbətində Sudanın işlərinə  xaricdən qarışmağın qəbuledilməzliyini vurğulamışdır.

Amerika tərəfinin təşəbbüsü ilə baş tutmuş danışıq zamanı tərəflər gələcəkdə də Sudan xalqına hərtərəfli kömək etməyə hazır olduqlarını təsdiqləmişlər.

Əbdülfəttah Burhanın televiziya ilə çıxışından sonra devrilmiş baş nazir Abdulla Hamdokun çağırışı ilə başlamış etiraz aksiyaları hələ də davam edir. Narazı əhali yolları bağlayır, yanğınlar törədirlər. Hərbçilər onlara qarşı gözyaşardıcı qazdan və odlu silahdan istifadə edirlər.

Son məlumata görə, Xartumda qarşıdurma zamanı 11 nəfər həlak olub, 100-dən çox etirazçı xəsarət alıb.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək VİDEO  

11:18
15 Dekabr

Dünya bazarında qızıl 42 dollar bahalaşıb

11:16
15 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

11:14
15 Dekabr

Mədəniyyət naziri Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib  

11:10
15 Dekabr

ADA Universitetinin tələbələri ilə görüş keçirilib  

11:01
15 Dekabr

Vəkillər Kollegiyasının rəhbərliyi Rumıniya Vəkillər Kollegiyasının İllik Konfransında iştirak edib  

10:40
15 Dekabr

Dünya Türk Dili Ailəsi Günü: ortaq dil, ortaq irs  

10:22
15 Dekabr

Qazaxıstan Bakı–Tbilisi–Ceyhan marşrutu üzrə neft nəqlinin həcmlərini qoruyub saxlayacaq  

10:18
15 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

09:52
15 Dekabr

Sidneydəki silahlı hücumda ölənlərin sayı 16-ya çatıb  

09:36
15 Dekabr

Keçmiş məcburi köçkün: İnanırıq ki, hər şey çox gözəl olacaq  

09:35
15 Dekabr

Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb  

09:12
15 Dekabr

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!