03 Noyabr 2023 10:50
4258
Səhiyyə
A- A+
Soyuq fəslin isti hava fəsadı

Soyuq fəslin isti hava fəsadı

 

Payız mövsümü olmasına baxmayaraq, Azərbaycanda, demək olar ki, yaz havası müşahidə olunur. Əgər öncəki illərdə oktyabr-noyabr aylarında havaların əsasən soyuq, yağışlı, küləkli olmasını müşahidə edirdiksə, hazırda bunun əksi ilə rastlaşırıq. Oktyabr ayında olduğu kimi, demək olar ki, noyabrın ilk günlərində də günəşli havalar üstünlük təşkil edir.   
Bəs hazırda müşahidə olunan hava şəraiti iqlim normasına uyğundurmu?  Payız fəslində havaların bu cür keçməsi insan orqanizminə necə təsir göstərir? Suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

 

Oktyabr və noyabrın əvvəlində havanın isti keçməsi normal haldır

 

Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyir ki, oktyabr və noyabrın əvvəlində havanın isti keçməsi normal haldır: "Bu tip təbiət hadisəsi hava kütlələrinin hərəkət xarakterindən asılıdır. Bilirik ki, hansısa əraziyə hava kütlələri şimaldan daxil olarsa, temperatur aşağı düşür, hərəkətlilik cənubdan şimala doğru olduğu zaman hansı ay olmasından asılı olmayaraq, havanın isindiyini müşahidə edirik. Buna görə bəzən nəinki oktyabr, noyabr ayında, eləcə də yanvar, fevral aylarında da havanın qəfil isindiyini görə bilirik. Yəni bu cür hallar havanın hərəkət istiqaməti ilə bağlıdır".
Lokal istiləşmələr barədə danışan S.Səfərov bildirib ki, bu, fyon hadisəsi ilə əlaqədardır: "Fyon hadisəsi zamanı hava kütlələri hər hansı bir maneəni, məsələn, təpəni və ya dağ silsilələrini aşandan sonra havanın temperaturu artmağa başlayır və bu, güclü küləklə müşayiət olunur. Bu hadisə Bakı şəhəri üçün xarakterik olmasa da, daha çox dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur".
Havanın payız aylarında isti keçməsinin qlobal istiləşmənin təzahürü olub-olmaması barədə fikrini bildirən şöbə müdiri vurğulayır ki, qlobal istiləşmə ümumi bir fondur və bütün dünyada bunun təzahürləri özünü göstərir, lakin bu, bütün aylar üçün eyni deyil: "Orta statistik rəqəmlərə görə, havanın orta temperaturunun artması mart, avqust və oktyabr aylarında daha çox müşahidə olunur. Bu hal bəzən noyabrda da müşahidə edilirsə, nəzərəçarpacaq qədər deyil. Məsələn, son 30 ildə Bakı şəhəri üzrə oktyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına nisbətən artması, təxminən, 1,5 dərəcə olub. Noyabrda isə bu rəqəm 0-a yaxındır. Yəni hansısa ay daxilində ayrı-ayrı günlərdə və ya müddətdə havanın temperaturunun bu və ya digər dərəcədə artması və ya azalması qlobal istiləşmə ilə bağlı deyil. Bu, atmosferin ümumi sirkulyasiyası xüsusiyyətləri ilə əlaqədardır, bunu birbaşa qlobal istiləşmə ilə əlaqələndirmək doğru deyil".

 

Qeyri-normal hava şəraiti xroniki xəstəliyi olanlar üçün daha risklidir

 

Hava şəraitinin təsirindən danışan terapevt Sübhan Hacıyev deyir ki, makro və mikro elementlər orqanizmdə mövcud olduğu üçün təbiətdə baş verən bütün dəyişikliklər insana  təsirsiz ötüşmür: "Hava dəyişkənliyi, xüsusilə atmosfer təzyiqinin artması meteohəssas insanlara, xroniki ürək-damar, şəkərli diabet, böyrək, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə daha çox təsir edir. Bu hava şəraiti həmin insanlarda xəstəliklərin provokasiya olmasına şərait yaradır. Gənclərdə adaptasiya prosesləri sürətli getdiyi üçün onlar hər hansı problem yaşamırlar. Xroniki xəstəliyi olan şəxslərdə ağırlaşma halları daha çox müşahidə olunur. Onlarda ürək-damar xəstəliklərinin aktivləşməsi, bəzən hipertonik kriz kimi beyin qan dövranına mənfi təsir göstərə biləcək dərəcədə arterial təzyiqin yüksəlməsi baş verir. Bu zaman allergik xəstəliklər özünü daha çox büruzə verir ki, bu da boğulma simtomplarına kimi gətirib çıxara bilir".
Həkimin sözlərinə görə, hava şəraitinin mövsümə uyğun olmaması immun sistemini də zəiflədir: "İmmun sisteminin zəifləməsi isə xüsusilə respirator virus infeksiyalarının artmasına gətirib çıxarır. Son günlərdə həm uşaqlarda, həm də böyüklərdə virus infeksiyalarının artmasının şahidi oluruq".
S.Hacıyev tövsiyə edir ki, profilaktika olaraq, birincili xəstəlikləri hər zaman nəzarətdə saxlamalıyıq: "Ürək-damar xəstəlikləri, şəkərli diabet və digər hədəf orqanlarının zədələnməsi ilə gedən xəstəliklərin müalicəsini nəzarətdə saxlayaraq, düzgün qidalanaraq, vitamin C, vitamin D, sink, selen kimi mikroelementlərdən istifadə edərək, şəxsi gigiyenaya diqqət edərək, immun sistemimizi gücləndirərək qeyri-normal hava şəraitinin fəsadlarından qoruna bilərik".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!