Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərinin yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir.
İnsanlar arasında çox sürətlə artmağa başlayan şəkərli diabet xəstəliyi (ŞD) hazırda dünya səhiyyəsi, o cümlədən ölkə iqtisadiyyatı üçün ciddi problemlərdən biridir. Statistik məlumatlara əsasən, ŞD xəstələrinin sayı 1980-ci ildəki 108 milyondan 2014-cü ildə 422 milyona yüksəlmişdir. Yayılma tezliyi yüksək gəlirli ölkələrlə müqayisədə aşağı və orta gəlirli ölkələrdə daha sürətlə artmaqdadır. ABŞ-də şəkərli diabet ən bahalı xroniki xəstəlikdir. Burada səhiyyə xərclərinin hər 4 dollarından 1 dolları diabetli insanların qayğısına qalınmasına sərf olunur. Hər il 237 milyard dollar birbaşa tibbi xərclərə, digər 90 milyard dollar isə ŞD-nin profilaktikasına xərclənir.
Şəkərli diabet korluq, böyrək çatışmazlığı, miokard infarktı, beyin insultu və aşağı ətrafların amputasiyasının əsas səbəblərindən biridir. 2000-2019-cu illər arasında diabetdən ölüm nisbəti 3 faiz artmışdır. 2019-cu ildə diabet və diabet səbəbiylə böyrək xəstəliyi təxminən 2 milyon insanın ölümünə səbəb olmuşdur.
Şəkərli diabet xəstəliyinin tipləri hansılardır?
1.1 tip diabet və ya insulindən asılı olan diabet.
Bu tip diabetə əsasən 5-20 yaş arasında rast gəlinir. I tip diabetdə hər hansı bir səbəbdən mədəaltı vəzin insulin ifraz edən hüceyrələri məhv olur. Başqa sözlə desək, mədəaltı vəzi (pankreas) ya çox az insulin ifraz edir, ya da heç ifraz etmir, insulin olmasa, şəkər sərf oluna bilməz və qanda getdikcə artar. I tip diabetin əlamətləri kəskin başlayır.
Bu tip xəstələrə xəstəliyin başlanğıcından mütləq insulin müalicəsi aparılmalıdır.
2. II tip diabet və ya insulindən asılı olmayan diabet.
Əsasən 35 yaşından yuxarı, çox yağlı yeyən, artıq çəkili, az hərəkət edən insanlarda və xüsusilə ailəsində (qohumlarında) şəkər xəstəliyi olanlarda rast gəlinir. Daha çox yayılmış diabet tipidir. Bu xəstələrdə əsasən insulin normal ifraz olunur. Xəstəlik yeni başlayanda aktiv hərəkət, pəhriz və antidiabetik həblərlə müalicə edilir. Ancaq bir müddət sonra mədəaltı vəzin insulin ifraz edən hüceyrələrinin funksiyaları pozulur və insulin müalicəsinə başlamağa ehtiyac olur.
3. Hamiləlik diabeti və ya hestasional diabet.
Bu diabet ilk dəfə hamiləlik zamanı hormon dəyişikliklərinə bağlı meydana gələn diabetdir. Əvvəlcədən diabeti olub, sonra hamilə qalan qadınlar gestasional diabet xəstələri sayılmırlar. Bu tip diabet əsasən hamiləliyin ikinci yarısından meydana çıxır və hamiləlikdən sonra qanda şəkər normallaşır.
Bu cür xəstələrə antidiabetik həblərdən istifadə etmək olmaz. Lazım gələrsə, insulin terapiyasına başlanılır. Bu cür xəstələrin sonradan II tip diabetə tutulma riski 40-60 faizdir.
24-28 həftəliyində bütün qadınlara oral qlükoza toleranlıq testi aparılmalıdır. Risk qrupuna daxil olan hamilə qadınlara isə ilk müayinədə bu testi aparmaq lazımdır.
Xəstəliyin əlamətləri hansılardır?
Susuzluq, tez-tez sidiyəgetmə, çəkiitirmə, sidik yollarının infeksiyası, bulanıq görmə, qaşınma, yorğunluq, dəridə və ağızda quruluq, ayaqlarda keyimə.
Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər?
Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə birinci dərəcəli qohumlarda), ürək-damar xəstəliyi olan insanlar, artıq çəkisi olanlar (BKİ 25 kg/m2), hipertoniyası olanlar
(A/T 140/90 mm.cv.st), triqliseridlərin yüksək (250 mq/dl) və ya HDL xolesterin 3.5 mg/dl olması, 4 kq və daha artıq çəkidə uşaq dünyaya gətirən qadınlar, 45 yaşından yuxarı şəxslər, gestasional (hamiləlik) diabet anamnezi, yumurtalıqların polikistozu sindromu.
Şəkərli diabetin müasir müalicə üsulları
Bu gün bəşəriyyət şəkərli diabetin müalicə üsullarını araşdırmağa və təkmilləşdirməyə davam edir. Onlar arasında bəzi müasir üsulları nəzərdən keçirək.
Diabet üçün sağlam qidalanma məsləhətləri
1. Diabetdə qan şəkərini tənzimləmək üçün gündə 6 dəfə yemək lazımdır.
Normal insanlar üçün sağlam qidalanmada qəlyanaltılar önəmlidir. Amma şəkərli diabetdə bu qəlyanaltılar əvəzolunmazdır.
Səhər saat 9:00-dan gec olmayaraq səhər yeməyi və 19:00-dan əvvəl şam yeməyi xüsusilə vacibdir. Şəkərli diabetdə qidalanma pasientə və diabetin növünə görə diyetoloq və ya mütəxəssis tərəfindən ən uyğun şəkildə hazırlanır. Məsələn, diabetli uşaq və diabetli hamilə qadın üçün qidalanma siyahısı hazırlamaq daha çox diqqət tələb edir.
Əslində, qidalanmada lazımi irəliləyiş əldə olunarsa və idmanla xəstəliklərin qarşısını alan fəaliyyətlər həyata daxil edilərsə, diabetə yüksək səviyyədə nəzarət etmək, hətta onu müalicə etmək mümkündür. Qidalanma və idman diabetdə bir-birinin dostudur. Qan şəkərini normal səviyyəyə endirməyin sirri bütöv bir sağlam həyat tərzi yanaşmasının tətbiqidir.
2) Qidalanarkən bunlara diqqət edin:
Hər yeməkdə yediyimiz ağ çörək əvəzinə ilk növbədə tam buğdalı, çovdarlı və tam taxıllı çörəklərə müraciət edilməlidir. Düyü plovu yerinə bulqur istehlakını artırmalı, ağ makaron yerinə tam buğda və ya tam buğdalı makarondan istifadə edilməlidir.
Meyvələri qabıqları ilə yeməyə üstünlük verilməlidir. Xüsusilə də analar səhər yeməyində övladlarına bunu tez-tez verməlidirlər.
Meyvəni tikə-tikə doğrayaraq, yaxud püre halına salaraq uşaqlarınıza verə bilərsiniz.
Banan, əncir, üzüm, qovun və qarpız yüksək şəkərli meyvələrdir ki, buna qlisemik indeks deyirik. Bunun əvəzinə yaşıl alma, portağal, naringi, qreypfrut və kivi yeyə bilərsiniz.
Yeməklərə salat əlavə etməklə lif qəbulunu artıra bilərsiniz. Salat hər yeməkdə mütləq olmalıdır, çünki yeməkdə olan karbohidratlar qan şəkərinin dərhal yüksəlməsinin qarşısını alır! Salata nar siropu və ya hazır salat sousları qatılmalıdır.
Evdə şirniyyat məhsulları hazırlayacaqsınızsa, ağ un yerinə yulaf unu və ya tam buğda unu seçilməlidir. Qəhvə və çay şəkərsiz olduğu müddətdə içilməsinə icazə verilir.
Bununla belə bəzi qəhvələrdə əlavə krem ola bilər. Məsələn, latte və mocha kimi qəhvələrin yerinə filtrli qəhvə və ya türk qəhvəsi seçə bilərsiniz.
3) Lifli qidalara üstünlük verilməlidir
Şəkərli diabetdə qidalanma necə olmalıdır sualının ilk cavabı belədir: lifli qidaların istehlakı artırılmalıdır. Diabetdə qidalanma müalicəsinin məqsədləri şəkərli qidalardan qaçmaqdan, həmçinin şəkərin qəfil artması və ya azalmasının qarşısını almaqdan ibarətdir. Lifli qidalar mədə turşusu ilə mədədə şişir və toxluq hissini artırır.
Lifli qidalar mədədən sonra birbaşa bağırsağa keçdiyi üçün xolesterol və şəkərin qana dərhal qarışmasını gecikdirir. Bununla qan şəkərində ani düşmələrin və artmaların qarşısını almaq mümkündür. Lif daha çox meyvə, tərəvəz, bütün taxıl məhsulları və yulaflarda olur. Pəhrizə keçəndə mütləq gündə 25 qram pəhriz lifi nəzərə alınmalıdır. Ancaq indiki pəhrizlərə baxanda bu nisbət maksimum 15 qram olaraq qalır. Bəzi vərdişlərimizi dəyişdirərək lif tərkibini artıra bilərik. Burada nəzərə alınması vacib olan məqam lifli qidalardan istifadə etdikdən sonra su içilməsidir. Əks halda qəbizlik yarana bilər.
4) Bişirmə üsulu, qlisemik indeks və sağlam yağlar
Diabetli şəxslərin pəhrizində yeyilməsi lazım olan qidalarla yanaşı, qaşınılması vacib olan qidalar da var. Karbohidratlı qidalar ilk tikəni qəbul etdiyiniz andan 2 saat ərzində qan dövranına daxil olur. Ancaq eyni şey yağlı qidalar üçün keçərli deyil. Çünki yağlı qidalar qana yavaş qarışır və gec həzm olunur. Bu müddət 3 ilə 8 saat arasında dəyişə bilər. Bu səbəbdən qan şəkərinin səviyyəsini daha nizamlı saxlamaq üçün mayonez, qaymaq, işlənmiş qidalar və qızardılmış qidalardan qaçmaq lazımdır.
Qızartma əvəzinə bişirmə, qaynatma və ən çox tövsiyə olunan qril üsulu ilə bişirmə üsullarından istifadə edin. Lakin bu o demək deyil ki, şəkər xəstəsinin qidalanmasında yağ istehlakını tamamilə yığışdırmaq lazımdır.
Əksinə, yaxşı qaynaqlı yağları yemək bədən üçün faydalıdır. Məsələn, balıq, avokado, zeytun, qoz-fındıq kimi yaxşı yağlar diyetə daxil edilməlidir. Ancaq balansı həmişə qorumaq lazımdır!
5) Vitamin D əlavəsi, həftədə 2 gün balıq
Diabetdə düzgün qidalanma çərçivəsində müəyyən qida qruplarına fokuslanmaq yaşanan narahatlığı minimuma endirə bilər. Diabet xəstələrində tez-tez D vitamini çatışmazlığı ilə qarşılaşırıq. Bu səviyyə qan testlərində yoxlanılmalı və lazım gələrsə, əlavələr verilməlidir.
D vitamini mənbələri yalnız günəş işığında və balıqlarda olur. Qış fəsli yaxınlaşdıqca günəş işığından yararlanma vaxtımız azalır. Odur ki, həftədə ən azı iki dəfə balıq yeməklə D vitamini ehtiyacını qarşılamaq olar. Bu, qan şəkərini istədiyiniz səviyyədə saxlamağa kömək edər. Əks halda xeyli un və yağın səbəb olduğu qızartmaya görə 3-cü saatda qan şəkəriniz həddindən artıq yüksələ bilər.
6) Diabetdə qidalanma üçün 9 ipucu
Bol su içmək, gündə ən azı yarım saat gəzmək, iki dəfə qan şəkərini yoxlamaq, şəkərli və işlənmiş qidalardan uzaq durmaq, qidada porsiyaya nəzarəti təmin etmək, yemək vaxtlarını qaçırmamaq, xəmir və qızardılmış qidalardan uzaq durmaq. Bu, insulin müqavimətinizi qırmağa kömək edir.
Üstəlik:
Unutmayaq ki, hər qidanın öz ekvivalenti var. Daha az yağlı və şəkərli qidalarla süfrənizə alternativlər əlavə edə bilərsiniz. Gəlin etiketləri (qidaların tərkibi, qlükoza dəyəri) oxumağa vərdiş edək. Bu halda qan şəkəriniz tənzimlənəcək və bel ətrafı, bədən kütlə indeksi kimi antropometrik ölçülər istədiyiniz səviyyəyə çatacaq.
Şəkərin miqdarını azaldan vasitələr
Bu vasitələrə diabet əleyhinə vasitələr də deyilir, insulin olarsa, lakin miqdarı azdırsa və ya öz funksiyasını tam yerinə yetirə bilmirsə, o zaman preparatlardan qanda şəkəri normada saxlamaq üçün istifadə olunur. Şəkəri azaldan vasitələr pəhriz qidaları ilə yanaşı təyin edilir.
Fiziki aktivlik
Tibbi ədəbiyyatda, o cümlədən internet resurslarında diabetli xəstələrin fiziki aktivliyi ilə bağlı geniş məlumat mövcuddur. Lakin bəzi məqamları nəzərdən qaçırmamalıyıq:
1. Əgər yaş 50-dən yuxarıdırsa, ağır fiziki işlər qadağandır. Səbəb isə travma almaq, bağ və vətər qopmaları, o cümlədən aşağı ətraflarda gizli aseptik iltihabın başlama riskidir.
2. Ən çox tövsiyə edilən həftədə 5 gün 30 dəqiqə və ya günaşırı 50 dəqiqə orta sürətli gəzintidir.
insulin müalicəsi
insulin, adətən, ilkin başlanğıcda şəkərazaldan preparatlarla yanaşı təyin olunur. Lakin böyrək çatışmazlığı olan xəstələrdə bütün (bir qisim istisna olmaqla) oral antidiabetik dərmanlar dayandırılır, insulin müalicəsinə göstərişlər - çəkinin aşağı salınması, ketoasidoz, cərrahi əməliyyatöncəsi müalicə, həmçinin II tip şəkərli diabetə bağlı bütün ağırlaşmalardır (göz, ürək, böyrək, damar).
I tip şəkərli diabet xəstələri daim insulin terapiyası almalıdırlar. Bununla yanaşı, qlükozanın qanda miqdarı daim nəzarətdə saxlanılmalıdır. Eləcə də aktiv həyat tərzi və endokrinoloq nəzarəti vacibdir.
Nə öyrəndik?
* Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, normal bədən çəkisini saxlamaq və tütündən istifadədən çəkinmək II tip diabetin
baş verməsinin qarşısını almaq və ya gecikdirmək üsullarıdır.
* Pəhriz, fiziki fəaliyyət, dərman müalicəsi və müntəzəm müayinə və fəsadların müalicəsi ilə diabeti müalicə etmək və onun nəticələrinin qarşısını almaq və ya gecikdirmək olar.
* Şəkərli diabet xroniki və ağır fəsadlar verən xəstəlikdir. Ona görə də patologiyanın ilkin mərhələsində diabetin müalicəsinə peşəkar yanaşmaq lazımdır.
Elgün HƏZİYEV,
Milli Onkologiya Mərkəzinin Nefroloji Kabinetinin və Tədris Terapevtik Klinikanın Efferent Terapiya Mərkəzinin rəhbəri
Qiymətləndiricilərin ixtisas imtahanına qeydiyyatı başa çatıb
Londonda “COP29: İqlim dəyişmələri, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib
Avropa Parlamenti Gürcüstandakı vəziyyəti müzakirəyə çıxarır
İtaliyada orqan transplantasiyası sürətlə artır
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir Prezident İlham Əliyev iclasda iştirak edir YENİLƏNİB
ABŞ-də fövqəladə vəziyyət elan edildi
Ali Məhkəmənin hakimləri təyin edilib – QƏRAR
“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib
Kuba Rusiyaya rəsmi müraciət göndərib
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib
Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb
Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB
RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur
Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub
Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2
Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub
Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb
Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!