19 Mart 2014 12:03
779
CƏMİYYƏT
A- A+
Şəkidə Novruz adətləri

Şəkidə Novruz adətləri

 

Novruz Azərbaycan xalqının ən əzəli bayramlarından biri olub, qədim tarixi köklərə malikdir. O özünün bir çox üstün cəhətləri və bəşəriliyi ilə digər bayramlardan seçilir. Novruza hazırlıq dörd çərşənbədən də əvvəl başlanır. Çərşənbələrin keçirilməsi isə qədim əcdadın suya, oda, yelə, torpağa etiqadları ilə bağlıdır. Təbiət də bu inancları duyurmuş kimi, Novruzun birinci çərşənbəsində yağış yağdırır, ikincisində havanı isindirir, üçüncüsündə küləyi hərəkətə gətirir, dördüncüsündə torpağı oyadır.

Novruz bayramı Azərbaycanın bütün guşələrində olduğu kimi, Şəkidə də böyük təmtəraqla qeyd olunur. Bu bayram öz məhəlli özəllikləri ilə yazın əvvəlində Şəkiyə xüsusi yaraşıq gətirir. Odur ki, Şəkidə də Novruz bayramı gözəl keçirilir. Hələ bayrama bir ay qalmış hazırlıq başlanır. Həyətlər təmizlənir, evlərin divarları rənglənir, ağaclar ağardılır, pal-paltar, xalça-palaz günə verilir.

Şəhərin aşağı hissəsində (Qışlaq adlanan) və kəndlərdə İlaxır bayramı, şəhərin özündə isə Novruzun təmtəraqlı keçirilməsinə xüsusi fikir verilir. İlaxırda ovma, külçə bişirilir, Novruzda isə bunlarla yanaşı, qırmabadam, bamiyə, şirin çörəklər, paxlava, şəkərbura, tel halva, küncüt halvası süfrəyə düzülür. Bu bayram axşamında adamlar bir-birinə pay göndərir, əzizini itirənlər isə yasdan çıxır. Kəndlərdə camaat bir yerə yığışır, bayramı birgə keçirirlər. Qız-gəlinlər qulaq falına, uşaqlar papaqatdıya çıxırlar. Şəhərdə və kəndlərdə günəşi, yazı çağırmaq üçün Qoduya çıxmaq adəti geniş yayılmışdır.

Məhəllənin cavanları ağacdan Qodu düzəldir, başına qırmızı yaylıq bağlayır, küçələri gəzirlər. Şəkidə Novruz günlərində təzə doğmuş inəyin südündən ağız, bulama, yayma bişirilər, səməni qoyular, səməni horrası çalınardı.

Səməninin evlərə düşəri-düşməzi olardı. O evə ki, səməni düşərdi, orada hər il səməni qoyular, səməni horrası hazırlanardı. Səməni düşməyən evdə onu bişirməkdən qorxardılar. Əvəzində isə təzə süddən və düyüdən yayma bişirilib, boşqablara çəkilərək qoyular, soyuyandan sonra gələn qonaq-qara bir boşqab yeyib bayramlaşıb gedərdi. Şorqoğalını isə qara bayram keçirənlər bişirirdilər.

Bayramdan bir-iki gün əvvəl Şəkidə və kəndlərdə camaat səhər tezdən doğmalarının qəbirlərini ziyarətə gedər, ölülərinin ruhlarını yad etməyə tələsərdilər. İnanca görə bu ruhlar səhər tezdən gün doğana qədər qəbirlərin ətrafında dolanar, gələnlər pay-püşlə ruhları sevindirərlər. Bayram axşamı ölülərin adlarına qazan asılardı.

Axırıncı çərşənbə günü evin ağsaqqalı əlində balta səhər tezdən həyətə düşər, bar verməyən ağacı kəsməklə qorxudardı. Kimsə arxadan "kəs, kəs" deyər, o, baltanı ağaca vurmaq istəyəndə isə bir başqası "kəsmə, kəsmə, bar gətirəcək" deyər, ağacı kəsməyə qoymazdı. Bayram axşamı uşaqlar tonqal ətrafında yığışar, çoxlu çala qazar, əllərində uzun ağacla çövkan, dirədöymə oynayar, şənlənərdilər.

Həyətlərdə də kiçik tonqallar qalanırdı, tonqalın tüstüsü evə doğru olardısa, bunu düşərli sayardılar. Şəkidə bir bayram iki adla qeyd olunur. İlaxır bayramı, bir də Novruz. Şəhərin Yuxarıbaş, Dodu və nisbətən aşağılarında yaşayanlar bu bayramı daha çox Novruz adı ilə qeyd edir. Əşirlər, Qışlaq və başqa aşağı məhəllələrdə, kəndlərdə elə onu İlaxır bayramı adlandırırdılar.

Şəkidə Novruzla bağlı xüsusi bayram adətləri geniş yayılmışdır.

- Bayramda hökmən o vaxtın Zəyzid düyüsündən aş bişirilər, bayram süfrəsi açılardı.

- bayram axşamını, Novruzu hamı öz evində qarşılayardı.

- bayram ərəfəsində elçi getmək, toy, nişan, bəlgə etməklə sevincə sevinc qatılardı.

- bayramda küsülülər barışardılar.

- bayramda boyanmış yumurta, şirniyyat və digər şeylərdən xonça düzəldilib süfrəyə qoyulardı.

- bağ-bağça təmizlənib səliqəyə salınardı.

- suyun üstündən hoppanar, axar sudan içib əl-üzlərini yuyarlar.

- bayramı təzə paltarla qarşılar, Novruza pak, təmiz halda çıxarlar.

- səhərə qədər küçədə tonqallar, evdə lampalar sönməz.

- bayram günü evdən kibrit, neft, od, kömür verməzdilər.

- bayramda kəsiləcək qurbanlıqlara qırmızı lent bağlardılar.

- səməni düşməyən evə qonşular səməni payı verərlər.

- bayram axşamı pis söz, söyüş, qarğış və s. söyləməzlər.

- bayram axşamı üzərrik yandırıb tüstüsünü evə, uşaqlara, mal-qaraya verərdilər.

- bayramdan bir gün əvvəl gecə niyyət edib yatırlar.

Bu kimi adət-ənənələr Novruzun milli xarakterini göstərir. Şəkidə bayram günlərində qocalara, xəstələrə bayram payı vermək, qəbir üstə gedib doğma ruhları yad etmək kimi ənənələr bu gün də mövcuddur.

 

Ramil ƏLİYEV,

filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!