24 May 2024 15:58
392
CƏMİYYƏT
A- A+

Sərvər Bəşirli: “Vəfa mükafatı” verilərkən qardaş ölkənin nümayəndəsi kimi təqdim ediləndə çox həyəcanlandım  

 

Xəbər verdiyimiz kimi, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 23-də Ankarada 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsərkən çəkilən fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib.

AZƏRTAC-ın əməkdaşları mükafatı alıb Vətənə qayıdan Sərvər Bəşirli ilə həmsöhbət olub.

Təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşən S.Bəşirli mərasimdə qardaş ölkənin nümayəndəsi kimi təqdim edildiyi zaman çox həyəcanlandığını bildirib. Mükafatı təqdim edən zaman Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyini xatırladan S.Bəşirli qardaş ölkədə olan zaman hər kəsin ona doğma şəxs kimi davrandığını dilə gətirib. O, zəlzələ zamanı yardım daşıdığı maşını yadigar olaraq daim saxlayacağını qeyd edib.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportaja baxa bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video