10 Fevral 2026 08:45
251
Mədəniyyət
A- A+
Sənətə böyük vurğunluq

Sənətə böyük vurğunluq


Yaşadığı bütün mənalı həyatını Azərbaycan teatr və kino sənətinə həsr etmiş,  tamaşalarda və filmlərdə bir-birindən maraqlı, bənzərsiz, yaddaqalan obrazlar yaratmış aktyor, Xalq artisti Əliabbas Qədirov çoxlarına qismət olmayan əsl sənətkar ömrü yaşamışdır. Görkəmli aktyorun ölümündən iyirimi il keçməsinə baxmayaraq, o daim sənət dostları və pərəstişkarları tərəfindən hörmətlə xatırlanır. 

Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakı şəhərində dünyaya göz açıb. Orta təhsilini şəhərdəki 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə alıb. Kiçik yaşlarından aktyorluq peşəsi onun qəlbinə, ürəyinə hakim kəsilib. Uşaqlığından humanitar elmlərə, xüsusən ədəbiyyata maraq göstərən Əliabbasa bu sahəyə həvəsi Dilşad müəllim oyadıb. Əliabbas Qədirov ilk rollarını bu ədəbiyyat müəlliminin məktəbdə təşkil etdiyi dram dərnəyinin tamaşalarında oynayıb. Ondakı fitri istedadı görən Dilşad müəllim həmişə Əliabbasa baş rollarda oynamağı tapşırıb. Tamaşalarda gah Hacı Qaranı ("Hacı Qara"), gah Vaqifi ("Vaqif") oynaya-oynaya ürəyindən gələcək həyatı ilə bağlı bir-birindən gözəl arzular keçib. Günlərin birində bu arzuların reallığa çevriləcəyinə böyük ümid bəsləyib. Səkkizinci sinifdən "Dəmiryolçular" klubunda Xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Aktyorluq sənətinin sirlərinə də elə həmin dram dərnəyində yiyələnib.

Sənətə böyük vurğunluq pillə-pillə onu zirvələrə ucaldıb. Ürəyində baş qaldıran arzularına çatmaq üçün o, yorulmaq bilmədən daim öz üzərində çalışıb, sınaqlara, imtahanlara hazırlaşıb. Bu çalışqanlıq, hazırlıq onun gələcəyinə yol açıb, arzularına qovuşdurub. Əliabbas Qədirov 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət Universiteti) dram və kino aktyorluğu fakültəsinə qəbul olub. Onu zirvələrə aparacaq yolun bünövrəsi burada qoyulub. İlk günlərdən ali təhsil ocağında çalışqanlığı ilə seçilib. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub. Tələbə həyatının sevincini yaşayan  Əliabbas Qədirov sənətin sirlərini müəllimlərindən öyrənə-öyrənə püxtələşib.

Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi Əliabbas Qədirov Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, onun oynadığı bütün rollar müsbət qarşılanıb, diqqəti cəlb edib, işıqlı gələcəyinə böyük ümidlər verib. Məhz elə bu bacarığına görə də Əliabbas Qədirov axırıncı kursda oxuyanda professor Mehdi Məmmədov onu akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif rolunu oynamağa dəvət edib. Gənc aktyor bu tamaşada da oynadığı rolu ilə teatr ictimaiyyətinin rəğbətini qazanıb. Əliabbas Qədirov 1970-ci il aprelin 6-dan Milli Dram Teatrının aktyoru kimi fəaliyyətə başlayıb. Görkəmli aktyor uzun illər bu sənət ocağında çalışıb. Aktyorluqdan teatrın bədii rəhbəri və direktoru vəzifəsinə qədər yüksəlib.

Əliabbas  Qədirov 1970-ci ildən ömrünün sonuna qədər Milli Dram Teatrının səhnəsində bir-birinə bənzəməyən yaddaqalan obrazlar yaradıb. Oynadığı rollara, necə deyərlər, öz möhürünü vurub. Sabit Rəhmanın "Küləklər" pyesində Xosrov, Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan" əsərində Vəli, Nodar Dumbadzenin "Darıxma, ana!" əsərində Givi, İlyas Əfəndiyevin  "Mahnı dağlarda qaldı" əsərində  leytenant və Nicat, Cəfər Cabbarlının "Aydın" pyesində  İlyas, Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" əsərində Rəşad, Nəbi Xəzrinin "Torpağa sancılan qılınc" əsərində Qazan xan, Şekspirin "Kral Lir" əsərində Qraf Qloster və başqa rolları böyük məharətlə canlandırmışdır. Həm Akademik Milli Dram Teatrında, həm də filmlərdə oynadığı rollara nəzər yetirəndə Əliabbas Qədirovun çox peşəkarlıqla bir-birinə zidd, konfliktli, mürəkkəb xarakterli obrazlar yaratdığını görmək mümkündür.

Qısa müddət ərzində sənətkarlığı ilə böyük şöhrət qazanmış Əliabbas Qədirovun oynadığı tamaşaların bir qismi televiziyanın "Qızıl fond"una daxil edilmişdir. Bu tamaşalardan Süleyman Sani Axundovun "Laçın yuvası" (Cahangir), Məmməd Muradın "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) əsərlərinin adlarını çəkmək olar. Bu gün də sevgi ilə baxılan həmin teletamaşalar Əliabbas Qədirovun necə də böyük bir sənətkar olduğunu parlaq şəkildə göstərir. Onu xalqa sevdirən də elə bu sənətkarlığı və bacarığıdır.

Görkəmli aktyor həm də Azərbaycan Dövlət Televiziyasında əvvəlcə gənclər üçün "Məşəl", sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət" verilişlərinə aparıcılıq da edib. Əliabbas Qədirov həm də müəllim işləyib. Uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gələcək aktyorlara dərs demiş, yol göstərmişdir.

Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də bacarığı və peşəkarlığı ilə böyük uğur qazanmışdır. Təcrübəli aktyor "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov) və başqa filmlərə çəkilmişdir. Əliabbas Qədirov kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" ikiseriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür.

Adı həmişə hörmət və ehtiramla xatırlanan aktyor Əliabbas Qədirovun Azərbaycan incəsənətinin inkişafına verdiyi töhfələr zaman-zaman dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Görkəmli aktyor 1978-ci ildə Azərbaycan SSR Dövlət mükafatına, 1982-ci ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1989-cu ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə isə aktyor "Şöhrət" ordeni ilə mükafatlandırılmışdır.

Aktyorun 60 yaşı yenicə tamam olmuşdu. Müdrik yaşına çatmış Əliabbas Qədirovun yaradıcılıqla bağlı ürəyində arzuları, planları çox idi. Aktyor hələ yeni-yeni rollar oynamaq istəyi ilə yaşayırdı. Nə edəsən ki, son zamanlar səhhətində problemlər yaranmışdı. Amma buna baxmayaraq, hələ uşaqlığından ilk addımlarını atdığı,  müxtəlif rolları canlandırdığı səhnəni tərk etməyi ağlına da gətirmirdi. Görkəmli aktyorun sonuncu rolu Əli Əmirlinin "Mesenat" əsərindəki Hacı Zeynalabdin Tağıyev oldu. Əgər sağlamlığı imkan versəydi, inanırıq ki, Əliabbas Qədirov bundan sonra da səhnəmizdə neçə-neçə parlaq obrazlar yaradacaqdı.

2006-cı il mart ayının 8-də qapıları görkəmli aktyor Əliabbas Qədirovun vəfat etdiyi barədə qara xəbər döydü. Azərbaycan teatrına ağır itki üz verdi. Oynadığı rolları ilə milyonların ürəyini fəth etmiş tanınmış sənətkar bizlərdən ayrıldı. Bu böyük sənətkardan xalqımıza teatr səhnəsində və filmlərimizdə yaratdığı bir-birinə bənzəməyən obrazlar qaldı. Əliabbas Qədirov yaratdığı bu obrazlarla tamaşaçı qəlbində heç vaxt pozulmayacaq iz qoydu. Xalqımız incəsənətimizin, mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş bu böyük sənətkarı heç vaxt unutmayacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"in təsdiq edilməsi barədə

02:40
11 Fevral

A.İ.Mursaqulovun Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında

02:39
11 Fevral

R.S.İsmayılovun Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilməsi haqqında

02:39
11 Fevral

“Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:38
11 Fevral

“Azərbaycan Respublikası Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli 477 nömrəli, “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 762 nömrəli, “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 10 dekabr tarixli 393 nömrəli, “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 448 nömrəli və “Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında” 2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12 avqust tarixli 476 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:36
11 Fevral

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 iyul tarixli 352 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:35
11 Fevral

Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:32
10 Fevral

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB 

22:14
10 Fevral

ABŞ ilə Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığı genişləndirir  

22:12
10 Fevral

Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaşlıq edəcək  

22:10
10 Fevral

Səfirlik: ABŞ Ticarət Palatası Azərbaycana ilk biznes missiyasını uğurla başa çatdırıb  

22:01
10 Fevral

Azərbaycan ilə ABŞ regional bağlantılar sahəsində tərəfdaşlığı gücləndirir  

21:48
10 Fevral

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya 

21:48
10 Fevral

Ukraynanın Xarkov vilayətində enerji sektorunda fövqəladə vəziyyət elan edilib  

21:39
10 Fevral

Misli Premyer Liqası: “Neftçi” qələbə qazanıb  

21:23
10 Fevral

Qarabağ abidələri İslam Dünyası İrs siyahılarına daxil edilib  

21:01
10 Fevral

Bakıda İranın milli bayramı qeyd olunub

21:00
10 Fevral

ABŞ-ın Vitse-prezidenti: Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik  

20:45
10 Fevral

Ceyms Devid Vens: Bu, Prezident Əliyevin liderliyinin bariz nümunəsidir  

20:29
10 Fevral

Prezident: TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik  

20:17
10 Fevral

Vens: TRIPP layihəsi Azərbaycana əlavə iqtisadi imkanlar yaradacaq  

20:12
10 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!