06 Mart 2026 08:35
761
SİYASƏT
A- A+
Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək

Seçkilər Ermənistanın hansı yolla gedəcəyini müəyyən edəcək


Azərbaycan tarixi Zəfər qazanmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə regionda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqaz regionunda artıq geriyə dönməz xarakter alan sülh gündəliyinin müəllifi Prezident İlham Əliyevdir. Azərbaycan yalnız sülh gündəliyini təqdim etmir, buna nail olmaq üçün  sistemli, qətiyyətli və konkret addımlar atır.  

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, bu gün regionda de-fakto sülh var və bunu hüquqi çərçivəyə salmaq üçün sülh sazişi artıq imzalanmalıdır: "Ermənistan konstitusion əsasda Azərbaycana qarşı bütün ərazi iddialarına son qoymalıdır ki, regionda davamlı və qəti sülh olsun. Ermənistan tərəfi sülh istəyirsə, ərazi iddialarına birdəfəlik son qoyaraq konstitusiyasına dəyişiklik etməlidir".

Cənubi Qafqaz regionunun geosiyasi transformasiya mərhələsindən keçdiyini qeyd edən deputat əlavə edib ki, bu kontekstdə Ermənistanda keçiriləcək parlament seçkiləri və ardınca mümkün referendum təşəbbüsü təkcə daxili siyasi hadisə deyil, həm də regional təhlükəsizlik və sülh gündəliyi baxımından vacib mərhələ kimi qiymətləndirilir. Bu mənada parlament seçkiləri faktiki olaraq Ermənistan cəmiyyətinin hansı strateji yolu seçəcəyini müəyyənləşdirəcək: normallaşma və regional inteqrasiya, yoxsa daha riskli siyasi xətt. "Seçkilərdən sonra gündəmə gələcək əsas məsələ xüsusilə konstitusiya dəyişiklikləri ilə bağlı olan referendumdur. Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddialarına istinad edən müddəalar mütləq şəkildə çıxarılmalıdır. Sülh müqaviləsinin imzalanması üçün əsas və haqlı şərt budur. Əgər referendum konstitusion dəyişiklikləri təsdiqləyərsə, sülh müqaviləsinin imzalanmasının qarşısında heç bir əngəl qalmayacaq. Bununla da regionumuzda üzunmüddətli sülh və sabitlik üçün hüquqi baza formalaşacaq. Bu proses sərhədlərin delimitasiyasını, regional kommunikasiyaların açılması prosesini sürətləndirməklə yanaşı, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq üçün yeni mərhələnin də əsasını qoyacaq", - deyə o bildirib.

V.Rəhimzadə vurğulayıb ki, əks halda referendumun uğursuzluğu sülh prosesini ləngidə və ya qeyri-müəyyən vəziyyətə sala bilər ki, bundan zərərçəkən tərəf yenə də Ermənistan olacaq. Ona görə də Ermənistan cəmiyyəti faktiki olaraq seçim qarşısındadır: yeni reallıqları qəbul edərək normallaşma yoluna davam etmək, sülh şəraitində yaşamaq, yoxsa yenə dalan dövlət statusunu qoruyub saxlamaq.


Ə.QARDAŞXANOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Britaniyada məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

23:30
20 Aprel

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb

19:26
20 Aprel

Azərbaycanda xalça istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb

19:23
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!