10 Sentyabr 2024 18:51
492
DÜNYA
A- A+
Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək

Salome Zurabişvili ikinci müddətə prezidentliyə namizədliyini irəli sürəcək

 

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün ikinci müddətə namizəd olmağa hazır olduğunu bəyan edib. Bu barədə TASS məlumat yayıb.

“Mənim təklif etdiyim xartiya  işləsə, Gürcüstanın Avropa yoluna qayıtması üçün böyük məsuliyyət götürməyə və avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, - Zurabişvili Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.

Zurabişvili müsahibəsində hökuməti “ölkəni Avropadan qoparıb Rusiyanın protektoratı altına salmağa çalışmaqda” ittiham edib. Prezidentin sözlərinə görə, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası öz hərəkətləri ilə, o cümlədən xarici agentlər haqqında qanunun qəbulu ilə “Moskva ilə yaxınlaşma lehinə çox dürüst seçim” edib. 
O, oktyabrın 26-da keçiriləcək parlament seçkilərini ölkənin Avropa gələcəyini həll edən ekzistensial seçkilər adlandırıb.

 “Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!