11 Mart 2026 08:45
832
İQTİSADİYYAT
A- A+
"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır


Cio Kristofoli: "Yaxın zamanlar bu yataqda daha genişmiqyaslı işlər görüləcək"


Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir və bu, əsasən "Şahdəniz" yatağından hasil olunan mavi yanacaqdır. Bir həftə əvvəl Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısında Prezident İlham Əliyev həmin faktı bir daha vurğulamışdır.

"Biz bununla fəxr edirik", - deyə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlər üçün keçirdiyi brifinqdə bildirdi. Belə ki, "Şahdəniz" layihəsinin operatoru BP-dir və şirkətin biznesinin böyük bir hissəsini bu yataq təşkil edir. "Şahdəniz"in etibarlılıq dərəcəsi, yəni fasiləsiz işləmək qabiliyyəti də qürur doğurur.

C.Kristofoli onu da dedi ki, "Şahdəniz" həmçinin şəxsən onun üçün əzizdir. Axı vətəni İtaliya buradan ən çox qaz idxal edən ölkələrdəndir. Bu ölkənin qaza olan tələbatının 10 faizini məhz həmin yataq ödəyir.

Qeyd edək ki, "Şahdəniz"in uğurları ilə yanaşı, perspektivləri də çoxdur. Təkcə 2025-ci ildə yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Yaxın zamanlarda burada geniş miqyasda işlər görüləcək. Məsələn, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qalan altı quyu qazılacaq. Bu da təbii ki, hasilatın artırılmasına imkan verəcək.

"Şahdəniz"in növbəti mərhələsi barədə də geniş bəhs edildi. Bu, əvvəlki iki mərhələnin davamı olacaq. "Şahdəniz Kompressiya" adlanan bu layihə yataqdan aşağıtəzyiqli qaz ehtiyatlarının hasilatını və maksimum qazvermə əmsalına nail olunmasını təmin etmək üçün dənizdə yeni bir platformanın və əlaqədar qurğuların  quraşdırılmasından ibarətdir. "Şahdəniz Kompressiya" platforması "Şahdəniz Bravo" platformasından təxminən 3 kilometr və "Şahdəniz Alfa" platformasından təxminən 10 kilometr məsafədə, suyun dərinliyi təqribən 85 metr olan sahədə yerləşəcək. Hazırda layihə üzrə işlər nəzərdə tutulan qrafikə uyğun irəliləyir.

Yeni "Şahdəniz Kompressiya" platforması elektriklə işləyən bir qurğu olacaq. Onun üzərində qurulan kompressorlar vasitəsilə laylara təsir azaldılacaq və nəticədə daha çox qaz əldə ediləcək.

Xatırladaq ki, bu il "Şahdəniz" yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının (HPBS) 30 ili tamam olacaq. Saziş 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanmışdı. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minmişdi.

"Şahdəniz" 1999-cu ildə kəşf edildi. Bu yatağın kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkəmizin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaratdı. Bu layihə Azərbaycanı böyük həcmli birbaşa xarici investisiya ilə təmin etdi və ölkə iqtisadiyyatının daha da güclənməsinə təkan verdi. 

Azərbaycan quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib oldu. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edildi.

"Şahdəniz" qazı 2006-cı ilin sonundan Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Gürcüstana, 2007-ci ilin yayından isə Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunur. 

2018-ci ilin mayında istifadəyə verilən "Cənub qaz dəhlizi"nin əsas ehtiyat mənbəyi məhz "Şahdəniz" yatağıdır. 3500 kilometr məsafə boyu uzanan dəhliz üç kəmərdən  - CQBK, TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) və TAP-dan (Trans-Adriatik Qaz Boru Kəməri) ibarətdir. TANAP Azərbaycan qazını 2018-ci ilin iyunundan daşıyır. Qazı Avropaya çatdıran TAP isə 2020-ci ilin son günündə istismara daxil olub. Bu, "Cənub qaz dəhlizi"nin tam bir sistem kimi işə düşməsi demək idi.

"Cənub qaz dəhlizi"nin tamamlanması nəticəsində "Şahdəniz" Xəzərdən minlərlə kilometr uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə "qoca qitə" üçün yeni enerji təchizatı mənbəyinə çevrildi. Başqa sözlə, "Şahdəniz" qazından güc alan bu dəhliz Avropanın enerji xəritəsini yenidən cızdı.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

BP-nin AGT regionu üzrə yerli xərcləri artıb

20:13
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

Bu il dünyada 45 milyon insan aclıq riski ilə üzləşə bilər

19:31
01 May

Böyük Britaniyada terror təhlükəsi səbəbindən təhlükəsizlik gücləndirilib

19:22
01 May

Çin Afrika ölkələri ilə ticarət əlaqələrini genişləndirir

19:13
01 May

Yanacağın bahalaşması Avropa aviaşirkətlərini müflis edə bilər

19:05
01 May

ABŞ və Venesuela arasında 7 illik fasilədən sonra birbaşa uçuşlar bərpa olunub  

18:57
01 May

Somali sahillərində piratçılıq yenidən artır

18:48
01 May

Nazir: Naxçıvanda fövqəladə hadisələrlə uğurla mübarizə aparılır

18:44
01 May

Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər

18:43
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!