24 May 2023 11:00
466
Mədəniyyət
A- A+

"Şahdağ" Turizm Mərkəzinin imkanları beynəlxalq sərgidə tanıdılır

 

"Şahdağ" Turizm Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq "Riyad səyahət sərgisi"ndə iştirak edir. Sərgini ziyarət edən qonaqlara "Şahdağ"ın yay və qış fəsillərində xarici turistləri qəbul etmə potensialı, xüsusən qış turizmi üçün burada bütün şəraitin yaradıldığı haqqında geniş məlumat verilir. 
"Şahdağ" Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov bu barədə bildirib ki, "Şahdağ" Turizm Mərkəzi xüsusən yay və qış mövsümündə yerli və xarici turistləri qəbul edir. Mərkəzdə xarici turistlərin vaxtlarının daha səmərəli və maraqlı keçirilməsi üçün bütün lazımi şərait yaradılıb: “Düşünürəm ki, ölkəmizin turizm potensialının daha geniş auditoriyaya çatdırılması baxımından belə sərgilərdə təmsil olunmağımızın böyük əhəmiyyəti var. Nəzərinizə çatdırım ki, sərgidə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi iştirak edir. Sərgidəki milli stenddə "Şahdağ" Turizm Mərkəzi ilə yanaşı, Azərbaycan Turizm Bürosu, "Azərbaycan Hava Yolları" QSC və 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir".
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video