25 May 2023 09:20
940
SİYASƏT
A- A+
Sabit iqtisadiyyat, əlverişli investisiya mühiti

Sabit iqtisadiyyat, əlverişli investisiya mühiti

 

Litvalı iş adamlarını Azərbaycana cəlb edən əsas şərtlərdir

 

Dünya xəritəsinin hansı nöqtəsində yerləşməsindən asılı olmayaraq, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və anlaşma şəraitində olanda dostluğun, əməkdaşlığın rəmzinə çevrilir. Azərbaycanla Litva arasındakı münasibətlər məhz bu baxımdan  ildən-ilə möhkəmlənir, dərinləşir, genişlənir. 
Bu həm də ona görə belədir ki,  hər iki ölkə  keçmiş SSRİ-nin "şinelindən çıxıb". Ona görə də bir-birini qarşılıqlı anlayacağına, dost, qardaş münasibəti sərgiləyəcəklərinə güvənərək müstəqillikdən sonra 1995-ci ildə diplomatik əlaqələrin əsasını qoymuşlar. Ötən 28 ildə Azərbaycan-Litva iqtisadi əməkdaşlığı önəmli dərəcədə inkişaf etmişdir.  
Hər iki ölkənin ağır və yüngül sənaye, kənd təsərrüfatı, tikinti, təhsil, tibb və digər sahələri təmsil edən iş adamlarının iştirakı ilə keçirilən biznes-forumlara dövlət başçılarının  da dəstək verməsi dövlətlərarası münasibətlərin yüksək göstəricisi deməkdir. Bu, əlverişli biznes və investisiya mühitində sənaye parkları və məhəllələrinin, eləcə də aqroparkların qurulmasında özünü  aydın göstərir. Rəsmi məlumata görə, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın sürətli inkişafına daha münbit şərait yaradacaq.  Çünki "yaşıl" iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində əməkdaşlıq üçün böyük perspektivlər var. Ona görə də  hələ əvvəlki illərdə Litvanın iş adamları ölkəmizdə yaradılmış biznes mühitindən yararlanmaq üçün fəal əməkdaşlığa dəvət olundular. Azərbaycanda iqtisadiyyatın sabitliyinin, münbit investisiya şəraitinin və təbii sərvətlərin bol olduğunu görən litvalı iş adamları dəvəti məmnuniyyətlə qəbul etdilər.
Növbəti dəfə Litvaya səfər edən Prezident İlham Əliyev litvalı həmkarı Gitanas Nausedanın da iştirak etdiyi,  80-dək şirkətin təmsil olunduğu Azərbaycan-Litva biznes forumunda fikirlərini belə ifadə etdi: "Litvalı dostlarımıza məlumat vermək istərdim ki, Azərbaycan iqtisadiyyatı hazırda, eyni zamanda əsas hədəf şaxələndirmədir. Düşünürəm ki, biz iqtisadiyyatımızı xeyli şaxələndirə biləcəyik və enerji sektorundan asılılığı azaldacağıq. Baxmayaraq ki, enerji sektoru enerji təhlükəsizliyimizdə və Avropanın enerji təhlükəsizliyində öz mühüm rolunu oynamağı davam etdirəcək... Litva şirkətlərini Azərbaycana daha çox cəlb etmək üçün demək istəyirəm ki, bizim xarici borcumuz çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən də azdır. Milli valyutamız sabitdir. Əminəm ki, sabit qalacaq, çünki xarici ticarət balansında artıqlıq yaranıb. Bu, kifayət qədər böyük həcmdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir. Beləliklə, iqtisadiyyatımızın sabitliyi regional iqtisadi əməkdaşlıq və sərmayə mühiti üçün mühüm amildir, çünki münbit investisiya mühiti təkcə yaxşı qanunvericiliyin yazılması ilə şərtlənmir. Bu, kifayət deyil. Yaxşı biznes imkanlarının, çox dinamik yerli bazarın və qonşu bazarlara çıxışın olması vacibdir. Buna görə, Azərbaycan bazarı genişlənir, əhali artır. Mərkəzi Asiya bazarlarına çıxış təmin edilir. Həmçinin ölkənizin yerləşdiyi regionla güclü bağlantıların qurulması birmənalı olaraq əlavə imkanlar yaradacaq".
Azərbaycanı və Litvanı birləşdirən nəqliyyat-kommunikasiya xidmətlərinin yaradılması da iki ölkə arasında dostluğa və əməkdaşlığa önəmli təsir göstərən amildir. Biznes-forumda qeyd edildi ki, bu məsələ ilə ciddi məşğul olmağın vaxtıdır. Çünki  dünyada hökm sürən  yeni geosiyasi reallıq bunu diktə edir. Vilnüsdə mətbuata bəyanat verən İlham Əliyev Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artdığını və  gələcəkdə də artacağını vurğulayaraq dolayısı ilə bu fikri təsdiqlədi: "Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq". 
Təbii ki, Prezident İlham Əliyevin Litvaya növbəti səfəri Azərbaycanın  Avropa məkanında yüksək söz sahibi kimi tanınması və qitədə yerləşən ölkələrlə  genişlənən  siyasi-iqtisadi əlaqələrdən  xəbər verir. Şübhəsiz ki, bu səfər də iki ölkə arasındakı münasibətlərin dərinləşməsi və  iqtisadi əlaqələrin möhkəmlənməsi üçün böyük zəmin yaradır. 

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!