23 Aprel 2025 19:24
501
SİYASƏT
A- A+
Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri Rusiya mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, TASS agentliyi Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev arasında Pekində keçirilmiş görüşə həsr olunmuş məqalə yayıb. Yazıda Çin Liderinin “tarif və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarına zərər vurur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamını pozur” sözləri sitat gətirilir.

Bildirilib ki, Si Cinpin BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan beynəlxalq nizamın qorunması üçün Çinin Azərbaycanla birgə işləməyə hazır olduğunu vurğulayıb.

“Nezavisimaya qazeta” nəşrində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfərinə həsr olunmuş geniş analitik məqalədə qeyd olunur ki, səfərin məqsədi strateji tərəfdaşlığın dərinləşdirilməsi, o cümlədən iki ölkə arasında vizasız rejim haqqında sazişin imzalanmasıdır. Nəşr Prezident İlham Əliyevin Sinxua agentliyinə müsahibəsinə də toxunub. Oxucuların diqqətinə çatdırılıb ki, həmin müsahibədə Prezident beynəlxalq məsələlərdə əməkdaşlığı genişləndirməyə və iki dövlətin maraqlarını birgə müdafiə etməyə hazır olduğunu vurğulayıb. Yazıda Çinlə təmasların gücləndirilməsini Orta Dəhliz layihəsi, regionda nəqliyyat və iqtisadi inteqrasiya imkanları ilə əlaqələndirən ekspertlərin fikirlərinə də yer verilib.

“Vestnik Kavkaza” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin aprelin 23-də Pekində keçirilmiş görüşünün yekunları üzrə qəbul edilmiş birgə bəyanatı barədə ətraflı məqalə dərc edib. “BMT mərkəzli dünya nizamı”nın və BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan beynəlxalq nizamın dəstəklənməsi diqqət mərkəzində olub.

“Kommersant” qəzeti Çin sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşü işıqlandırıb, danışıqların iqtisadi və ticarət aspektlərinə diqqət yetirib. Məqalədə tarif müharibələrinə qarşı kəskin çıxış edən və onların “qlobal iqtisadi nizamı və ticarət sistemini pozduğunu, ölkələrin hüquq və maraqlarını pozduğunu” qeyd edən Çin Liderinin bəyanatlarından sitat gətirilir.

“Böyük Asiya” informasiya portalı yazıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinlə Azərbaycan Prezidenti İlham Əliyevin apardıqları danışıqların əsas nəticəsi iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması olub. Nəşrdə vurğulanır ki, səfər çərçivəsində 20-dən çox ikitərəfli sazişin, o cümlədən qarşılıqlı vizasız gediş-gəliş haqqında saziş imzalanıb.

“RİA Novosti” Çinin Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları zamanı səsləndirdiyi bəyanatlarla bağlı məqalə dərc edib. Bildirilib ki, Çin Lideri ticarət müharibələrinin dağıdıcı nəticələri barədə xəbərdarlıq edib.

“EADaily” agentliyi Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında keçirilən danışıqların yekunları üzrə imzalanmış Birgə Bəyanatın əsas məqamlarını işıqlandırıb. Azərbaycanın təklif etdiyi sülh gündəliyinə Çinin güclü dəstəyi diqqət mərkəzində olub. Bəyanatda tərəflərin əks məhsuldar adlandırdıqları qarşıdurma xarakterli geosiyasi oyunlar pislənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Roma Papası Kamerunda sülh və ədalət çağırışı etdi

18:53
17 Aprel

Orta dəhliz mövzusunda hazırlanmış ilk fundamental əsər

18:46
17 Aprel

Mütaliəni interaktiv oyuna çevirən tətbiq təqdim edilib  

18:37
17 Aprel

 “YouTube”dan yeni funksiya

18:29
17 Aprel

“Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihəsinin inkişafı nəzərdən keçirilib  

18:25
17 Aprel

“Heydər Əliyev mühazirələri” layihəsinin növbəti qonağı Bahar Muradova olub  

18:23
17 Aprel

Azərbaycan və Belarus arasında gimnastika sahəsində əməkdaşlıq inkişaf etdiriləcək

18:22
17 Aprel

Azərbaycanda bərpaolunan enerji mənbələrinin payı genişlənib

18:21
17 Aprel

Vüqar Süleymanov: İşğaldan azad edilmiş ərazilərdə 248 mindən çox mina və partlayıcı sursat aşkarlanıb YENİLƏNİB 

18:20
17 Aprel

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib  

18:17
17 Aprel

Hörmüz boğazının açılması fonunda neft qiymətləri 10 faizdən çox ucuzlaşıb  

18:16
17 Aprel

Tramp: Hörmüz boğazı tamamilə açıqdır, amma dəniz blokadası davam edəcək  

18:14
17 Aprel

Türk politoloq: Türkiyə və Azərbaycan regional təsir imkanlarını qlobal səviyyəyə daşıya biləcək gücə malikdir  

18:13
17 Aprel

"Azərbaycan Dəmir Yolları" sərnişin xidmətini ölkə üzrə genişləndirir  

18:13
17 Aprel

ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb

18:06
17 Aprel

Azərbaycanda birinci rübdə bitki yağı istehsalı artıb, kərə yağı azalıb

17:57
17 Aprel

Rəcəb Tayyib Ərdoğan: Parlament diplomatiyası daha ədalətli dünya üçün əsasdır

17:42
17 Aprel

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla əlaqəli şəkildə davam etdiririk  

17:41
17 Aprel

Sahibkarlar qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılmasını istəyirlər  

17:40
17 Aprel

Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur  

17:39
17 Aprel

Buğda qiymətləri qlobal ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlər fonunda artır

17:39
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!