20 Aprel 2016 12:04
72
CƏMİYYƏT
A- A+
“Regional İnkişaf” İctimai Birliyinin Aran-1 Regional Mərkəzi yaradılıb

“Regional İnkişaf” İctimai Birliyinin Aran-1 Regional Mərkəzi yaradılıb

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Aran-1 Regional Mərkəzi fəaliyyətə başlayıb. İctimai Birliyin Salyan şəhərində keçirilən toplantısında qeyd olunub ki, Aran bölgəsi üzrə fəaliyyətin daha əhatəli və səmərəli olması üçün RİİB burada iki regional mərkəzin yaradılmasına qərar verib. Təşkilatın Aran-1 Regional Mərkəzinin fəaliyyəti Salyan, Biləsuvar, Saatlı, Hacıqabul, Neftçala rayonlarını və Şirvan şəhərini əhatə edəcək, regional mərkəz isə Salyan şəhərində fəaliyyət göstərəcək.

RİİB-nin sədri Məhəmməd Abdullayev Salyanda keçirilən toplantıda təşkilatın vəzifələri barədə məlumat verərək bildirib ki, İctimai Birliyin məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Bölgələrdə əhalinin elm, təhsil, səhiyyə, idman, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, turizm, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli məqsədilə vətəndaşlarla dövlət orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulmasına, informasiya axınına köməyin göstərilməsi əsas vəzifələrdəndir.

Bildirilib ki, regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən proqramların, eləcə də məşğulluq proqramlarının hazırlanması və icrasını həyata keçirəcək İctimai Birlik bölgələrdə güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində layihələr reallaşdıracaq.

RİİB-nin layihələri, həmçinin gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də onların ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatlarının artırılması istiqamətinə yönələcək.

İctimai Birlik əhalinin müxtəlif sahələrlə bağlı kollegial müraciətlərinə baxacaq və vətəndaşla aidiyyəti qurumları bir araya gətirməklə məsələlərin həllinə çalışacaq.

RİİB-nin fəaliyyətinin bütün bölgələri əhatə edəcəyi bildirilib, rayon sakinlərinin, xüsusilə gənclərin könüllülər kimi təşkilat ətrafında birləşməsi vacib sayılıb.

Toplantıda qeyd olunub ki, RİİB-nin sosial şəbəkələrdə səhifələri istifadəyə verilib və təşkilatın fəaliyyətini, gündəlik xəbərləri, foto və video paylaşmalarını, keçiriləcək tədbirlər barədə məlumatları “Facebook” səhifəsində izləmək olar.

Eyni zamanda, İctimai Birliyin ötən müddətdə Lənkəran və İsmayıllı rayonlarında sosial sahədə və turizmin inkişafı məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Toplantıda çıxış edən rayon sakinləri Heydər Əliyev Fondu tərəfindən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin bir sıra məsələlərin həllində əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Tədbirdə bölgədə müxtəlif sahələr üzrə peşə məktəblərinin, autizm və bu kimi sosial məsələlər üzrə regional bərpa mərkəzlərinin yaradılması və digər istiqamətdə təkliflər irəli sürülüb.

Qeyd edək ki, martın 2-dən fəaliyyətə başlayan “Regional İnkişaf” İctimai Birliyinin artıq Dağlıq Şirvan, Lənkəran, Quba regional mərkəzləri yaradılıb.

Digər regional mərkəzlərin də yaradılması nəzərdə tutulub.

 

AZƏRTAC

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!