07 Dekabr 2023 10:40
3831
Səhiyyə
A- A+
Qızılcaya yoluxma təhlükəli həddə çatır

Qızılcaya yoluxma təhlükəli həddə çatır

 

Son həftələr bir sıra dünya ölkələrində, habelə Azərbaycanda qızılca virusuna kütləvi yoluxma halları müşahidə edilir. Yüksək yoluxduruculuğa malik bu xəstəliyin təkcə uşaqlar deyil, böyüklər arasında da artması, uşaq ölümlərinin qeydə alınması cəmiyyətdə, xüsusən də valideynlər arasında ciddi narahatlığa səbəb olur.
Səhiyyə Nazirliyi Azərbaycanın müxtəlif regionlarında qızılca ilə əlaqədar vətəndaşlara peyvəndləmə ilə bağlı çağırış edib.  Bildirilib ki, ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar,   bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir. Valideynlərin nəzərinə çatdırılıb ki, uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən, 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

 

Rumıniyada epidemiya elan edilib

 

2023-cü ilin əvvəllərindən Türkiyə, Rusiya, Qırğızıstan, İran, Qazaxıstan, Rumıniya və Gürcüstanda qızılcanın artması müşahidə edilir.
Yoluxucu xəstəliyin sürətlə artdığı ölkələrdən biri də Rumıniyadır. Hətta vəziyyət o dərəcəyə çatıb ki, bu ölkədə qızılca epidemiyası elan edilib. Bu barədə Rumıniyanın Səhiyyə Nazirliyi məlumat verib. Hazırda ölkənin 41 əyalətindən 29-da 2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.
Rumıniya Səhiyyə Nazirliyi ölkədə uşaqların 78 faizinin peyvəndin ilk dozasını, peyvənd olunmaq hüququ olan uşaqların 62 faizinin isə iki doza qəbul etdiyini bildirib.
Qızılcaya yoluxmada yüksək artımın müşahidə edildiyi digər ölkə Qazaxıstandır. Bu ilin əvvəlindən ölkədə təxminən 18 min nəfər qızılcaya yoluxub. Onların 82 faizi uşaqlardır. Qazaxıstan Səhiyyə Nazirliyinin Sanitariya və Epidemioloji Nəzarət Komitəsindən  bildirilib ki, qızılcaya yoluxmuş 15 minə yaxın uşağın 83 faizi peyvənd olunmayıb. Xəstə uşaqların 60 faizi valideynlərin imtinası səbəbindən peyvənd almayıb, qalan uşaqlar isə peyvənd yaşına çatmayıblar və ya tibbi güzəştlərə malik deyillər.
Noyabrdan qızılcaya yoluxma halları ilə bağlı epidemioloji vəziyyəti sabitləşdirmək məqsədilə uşaqların əlavə kütləvi immunizasiyasının aparılması qərara alınıb. Ötən ay ölkəyə 500 min doza gətirilib, dekabrda isə daha bir milyon dozanın çatdırılacağı gözlənilir.

 

Qızılcanın ilkin əlamətləri qrip virusu ilə eynidir

 

Həkim-infeksionist Aydan Sevizadə deyir ki, üç mərhələli qızılca xəstəliyinin ilk mərhələsinin əlamətləri  yuxarı tənəffüs yolu infeksiyaları ilə eyni olur: "Bu da insanlar arasında çaşqınlıq yaradır. Xəstəlik 38-40 dərəcəyə qədər yüksələn hərarət, burun axıntısı, boğazda qıcıqlanma və ağrı, öskürək kimi əlamətlərlə başlayır. Elə buna görə də bu əlamətləri özündə və ya uşağında müşahidə edən insanlar qızılca olub-olmadıqlarını dəqiqləşdirmək üçün ilk 3-4 gün təcrid olunmalı, bağçaya, məktəbə buraxılmamalı, işə getməməlidirlər".
Üç gün davam edən ilkin mərhələdən sonra səpkilərin yarandığını vuğulayan infeksionist qızılcanın bu spesifik əlamətinin ilk növbədə baş nahiyəsindən başlayaraq ardıcıllıqla yuxarı ətraflar, qarın bölgəsi və aşağı ətraflara yayıldığını bildirir. Son mərhələ olan piqmentasiyada isə səpgilər tündləşərək qabıqlanır. Bu zaman artıq xəstənin səhhəti yaxşılaşır.
"İmmunitet sistemləri zəif olduğu üçün uşaqlar qızılcaya daha tez yoluxurlar. Hava-damçı yolu ilə yayılan qızılcadan qorunmanın ən effektiv üsulu peyvənddir. Peyvənd olunmuş uşaqların qızılcaya yoluxma ehtimalı demək olar ki, yoxdur. Yoluxma baş versə belə, xəstəliyin gedişatı yüngül olur", - deyə A.Sevizadə qeyd edir.
Həkim deyir ki, uşaqlar arasında ölüm hallarının artması vaksinasiya prosesinin düzgün aparılmaması ilə əlaqədardır: "Pandemiya zamanı peyvənddən yayınma müşahidə edildi. Həm də COVID-19 dönəmində orqanizmimiz, immunitet sistemimiz zəiflədiyi üçün bu xəstəliklər baş qaldırdı, alovlanmalar baş verdi. Vaksinasiya prosesi nə qədər güclənərsə, xəstəliyin qarşısı bir o qədər tez alınacaq. Peyvənd olunmayan insanlar 1 ay fasilə ilə hər iki dozanı qəbul edə bilərlər. Vaksinasiyadan keçib-keçmədiyini xatırlamayan böyüklər "Measles İgm" testindən keçərək qanlarındakı qızılca antitellərinin miqdarını öyrənə bilərlər. Böyüklər uşaq vaxtı peyvəndləndikləri üçün zaman keçdikcə antitellərin səviyyəsi aşağı düşə bilər. Bu zaman yoluxma baş versə belə, xəstəlik daha yüngül keçəcək, əlamətləri səthi olacaq".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub  

22:25
01 Dekabr

Azərbaycan derbisi: "Qarabağ" "Neftçi"yə böyük hesabla qalib gəlib  

22:22
01 Dekabr

Hakan Fidan ilə Antoni Blinken beynəlxalq vəziyyəti müzakirə ediblər  

22:20
01 Dekabr

Zelenski Avropa İttifaqı Şurasının yeni prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib  

19:41
01 Dekabr

Fərid Qayıbov: “Üzgüçülük hamı üçün” yarışında müxtəlif yaşda olan insanlara rast gəlmək sevindirici məqamdır

16:19
01 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur

16:07
01 Dekabr

İrakli Kobaxidze: ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərarı müvəqqəti xarakter daşıyır  

16:03
01 Dekabr

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə həyata keçirilib

15:52
01 Dekabr

Misli Premyer Liqasında Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qarşı

15:29
01 Dekabr

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin açılış mərasimi keçirilib  

14:47
01 Dekabr

Bakı Təşəbbüs Qrupu BMT-də Afrika əsilli xalqların hüquqlarının müdafiəsinə dair tədbirdə təmsil olunacaq  

14:09
01 Dekabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:59
01 Dekabr

Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında Azərbaycanın xarici siyasətindən danışılıb  

13:37
01 Dekabr

Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus Verner İohannisə  

11:47
01 Dekabr

Prezident İlham Əliyev Laçının işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə paylaşım edib VİDEO  

11:39
01 Dekabr

Alimlər inanılmaz həcmdə məlumatların almazda saxlamağın yolunu tapıblar

10:49
01 Dekabr

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

10:08
01 Dekabr

Dünyanı bürüyən mərəz 

08:50
01 Dekabr

Dənizkənarı Milli Park - milli mədəniyyətimizin ən qiymətli parçasından biri

08:45
01 Dekabr

SES ən sərfəli alternativ enerji mənbəyidir

08:40
01 Dekabr

Gəncədə keçirilən əmək yarmarkasında 300-ə yaxın vakansiya təqdim olunub

08:35
01 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!