29 Sentyabr 2019 01:04
1095
Təhsil
A- A+
Qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib

Qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib


Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçirilən 45-ci illik konfransında Azərbaycan nümunəsi təqdir edildi


Azərbaycan 2019-cu ilin tarixinə yazılacaq daha bir beynəlxalq tədbirə evsahibliyi etdi. Bir həftə ayrı-ayrı sessiyalarda davam etdirilən Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın "Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransının sentyabrın 23-də Bakıda rəsmi açılışı keçirildi.

55 ölkədən 300-dən çox nümayəndənin iştirak etdiyi IAEA-nın illik konfransı ölkəmizdə ikinci dəfədir təşkil olunur. Onun Azərbaycanda təşkilatçısı Dövlət İmtahan Mərkəzidir. IAEA 1975-ci ildən başlayaraq hər il bu cür konfranslar keçirir. Azərbaycan 2007-ci ildə MDB ölkələri arasında IAEA tərəfindən belə bir tədbir keçirən ilk ölkə olub.

IAEA-nın prezidenti Rendi Bennett xüsusi vurğuladı ki, Dövlət İmtahan Mərkəzi maraqlı və informativ elmi proqram, habelə Xəzərin sahilində yerləşən gözəl Bakı şəhərində bir sıra sosial tədbirlər işləyib hazırlayıb: "IAEA-2019 təhsilin qiymətləndirilməsini necə inkişaf etdirə biləcəyimiz ətrafında stimullaşdırıcı mübadilə ilə dolu xüsusi bir konfrans vəd edir”.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakçılara ünvanladığı təbrik məktubunu oxudu.

Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Timsin "İlkin qiymətləndirmənin üstünlüyü: ibtidai təhsildə potensialın və inkişafın ölçülməsi” mövzusunda əsas məruzəsi dinlənildi. O, Azərbaycanda təhsil sahəsində aparılan islahatların dünya standartlarına uyğun və nümunəvi olduğunu diqqətə çatdırdı.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd etdi ki, ötən müddət ərzində həm Azərbaycan, həm də dünya bir çox yeni nəzəri, mədəni və texnoloji yeniliklərin təsirlərinə məruz qalıb. Bütün bunlar da, öz növbəsində, öyrətməyə, öyrənməyə və ümumilikdə təhsilə təsirsiz ötüşməyib. Bu cür böyük dəyişikliklər, heç şübhəsiz, təhsildə qiymətləndirmədə də özünü göstərib. Artıq onilliklərdir ki, qiymətləndirmə təhsildə aktuallaşan prioritetlərdən birinə çevrilib.

Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə bu cür nüfuzlu tədbirin təşkilinin əhəmiyyətindən söhbət açdı. Nazir diqqətə çatdırdı ki, son 6 ildə təhsilin keyfiyyətində xeyli irəliləyişlər əldə edilib. Nailiyyətlərin gedişatını ölçmək üçün Azərbaycan hazırda bir sıra beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir: "Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatın nəticələri bizim üçün ürəkaçandır. Həmin nəticələrə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb.

Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində də mühüm addımlar atılır. Son üç ildə beş yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilmə göstəricisi 24 faizdən 75 faizə kimi yüksəlib...”

Ölkədəki mərkəzləşdirilmiş imtahan modelinin yüksək səviyyədə şəffaflıq və rəqabət əldə etməsi baxımından həlledici rolu olub. Azərbaycan Respublikasının təhsil strategiyası, dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevanın adıçəkilən sahənin inkişafına dəstəyi əsas amillərdəndir. Heydər Əliyev Fondunun səmərəli təhsil layihələri də öz müsbət nəticəsini ildən-ilə göstərməkdədir.

Professor Hafiz Paşayev çıxışında xüsusi vurğuladı ki, rəhbəri olduğu ADA Universiteti ölkədə ilk dəfə olaraq pilot layihəsi çərçivəsində ali təhsilə qəbul imtahanlarını orta təhsildən məzun imtahanlarının nəticələri ilə birləşdirdi: "Belə ki, bu ildən fəaliyyətə başlayan ADA Məktəbinin məzunları universitetin bakalavr pilləsinə məktəbin yekun daxili orta bal qiymətləndirmə sistemi əsasında qəbul olunacaqlar”.

Xüsusi olaraq qeyd edildi ki, sinif mühiti yalnız şagirdlərə bilik və bacarıq vermək deyil, həm də vətəndaş hazırlamaq üçün labüddür.

ABŞ-ın Kolumbiya Universitetindən Amra Sabik-El Rayessin təqdim olunan videomüraciətində 2018-ci ildə ABŞ Departamenti və Azərbaycan Təhsil Nazirliyi tərəfindən onun ölkəmizə işə dəvət edildiyi xatırlandı: "Bu, Azərbaycanın təhsil sistemi, onun imkanları və qarşılaşdığı çətinliklərini öyrənməyim üçün böyük fürsət yaratdı. Uzun illər araşdırdığım sistemlərdən fərqli olaraq, deməliyəm ki, Azərbaycanda təhsilin testlə yoxlanılması sahəsində nəzərəçarpan addımlar atılıb ki, digər ölkələr bundan nümunə götürə bilərlər. Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs kimi Azərbaycanda təhsil sahəsində standartlaşdırılmış test imtahanlarının keçirilməsinə məsuliyyət daşıyır. O, eyni zamanda təhsildə hərəkətliliyə ictimai inamın yenidən qurulmasında aparıcı rol oynayır. Azərbaycana gələndə verdiyim ilk sual DİM-in bunu necə etməsi haqqında olmuşdu. Cavab isə belə idi: DİM subyektiv təsiri minimuma endirmək üçün texnologiyanın tətbiqindən geniş istifadə edir”.

Konfransda qeyd edildiyi kimi, DİM ali təhsildə test üsulunun obyektivliyinin və şəffaflığının təkmilləşdirilməsi ilə yanaşı, 2012-ci ildən bəri orta məktəblərdə buraxılış imtahanlarını da standartlaşdırılmış test üsulu üzrə keçirir. 2012-ci ilə qədər məktəblərdə ilk sıralarda olan şagirdlər ali məktəblərə qəbul imtahanlarında heç də həmişə yüksək nəticə göstərmirdilər. İlk baxışdan orta məktəblərdə test üsullu qiymətləndirmənin tətbiqi bir qədər subyektiv görünə bilərdi. Ancaq DİM buraxılış imtahanlarını da bu üsulla keçirməyə başladı. Sonra şagirdlərin həmin imtahanlardakı nəticələri ali məktəblərə qəbuldakı göstəricilərlə uyğunluq təşkil etdi.

Mühüm məqam odur ki, DİM-in təcrübəsi və faktlara əsaslanan yanaşma tətbiq etməsi əksəriyyət tərəfindən etibarlı və obyektiv hesab edilməyən standartlaşdırılmış test imtahanlarına ictimai etimadın yenidən bərpasını sürətləndirdi. Bu isə, öz növbəsində, illər keçdikcə qəbul imtahanlarında iştirak etmək üçün müraciətlərin sayının artmasına, eləcə də kənd yerlərində aztəminatlı və məcburi köçkün ailələrindən olan şagirdlərin ali təhsil alması istiqamətində geniş imkanlara yol açdı. Standartlaşdırılmış test imtahanına ictimai inamın bərpa olunması ilə test imtahanlarına hazırlıq sənayesi yarandı və bu, eyni zamanda Azərbaycan müəllimlərinin iş imkanlarını da genişləndirdi.

Konfransda Böyük Britaniyanın Durham Universitetinin professoru Piter Timsin çıxışından məlum oldu ki, ilkin qiymətləndirmənin düzgün aparılması bütün təhsil sistemlərinin təsirinin dəyərləndirilməsi üçün təməl rolunu oynayacaq: "Dünyada mövcud olan təhsil sistemində yüzlərlə ilkin qiymətləndirmənin fəaliyyət göstərdiyi bir dövrdə niyə bu sahədə böyük irəliləyişləri görmədiyimizi aydınlaşdırmaq ağlabatandır. Cavab budur ki, qarşılaşdığımız çağırışlar son dərəcə ciddidir. Bunların sırasında bir neçə əsas var: uşaqların diqqət yayınıqlığı (qısa konsentrasiyası dövrü), onların çoxunun ilkin təhsilə başlayarkən oxuya və yaza bilməməsi, müvafiq məktəbəqədər tədris planının olmaması, cavabdehlik üzrə testin mənfi nəticələri və uşaqların bilik və bacarıqlarının ibtidai təhsil üzrə ekspertlər tərəfindən dəyərləndirilməsinə qarşı geniş yayılmış narazılıq...”

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!