Qış mövsümündə faydalı və zərərli qidalar
Qış fəslində orqanizm daha çox vitamin tələb edir. Ona görə də mütəxəssislər qeyd edirlər ki, qış mövsümündə xəstəliklərdən qorunmaq üçün ilk növbədə vitamin və faydalı qidalar vasitəsilə orqanizmi möhkəmləndirmək lazımdır. Qış fəslində ən çox istifadə edilən qidalardan biri də turşular olmasına baxmayaraq, tez-tez onun zərərləri və zəhərlənməyə səbəb olması hadisələri ilə rastlaşırıq. Hazırda dükan və bazarlarda turşuların açıq şəkildə müxtəlif taralarda satıldığının şahidi oluruq.
Qida ekspertləri isə qeyd edirlər ki, ümumiyyətlə alınan hər bir qida məhsulunun etiketini tələb etmək lazımdır, çünki bağlı şəkildə alınan konservlər, turşular, şirniyyatlar, hazır bişirilmiş un məmulatlarının mənşəyi məlum deyilsə, ciddi təhlükə daşıyır.
AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov deyib: “Hazırda həmin məhsulların istehsalı ilə məşğul olaraq onun yarımfabrikat şəkildə satışını həyata keçirən müəssisələr var. Bu zaman əldə olunmuş məhsulun üzərindəki etiket məmulatlarına, istehsalçının adı, hüququ ünvanı, istehsal olunmuş məhsulun saxlanılması üçün nəzərdə tutulmuş temperatur və rütubət göstəriciləri, 100 qram məhsulun tərkibindəki qida və kalori dəyəri və digər məlumatlar öz əksini tapmalıdır”.
Mütəxəssislər isə tövsiyə edirlər ki, soyuq aylarda balanslı qidalanmaq lazımdır. Eyni zamanda havaların soyuması gündəlik yeməyin qəbuluna təsir etməməlidir, gün ərzində çoxlu su içilməlidir.
Diyetoloq Leyla Zülfüqarlı deyib: “Payız-qış mövsümü daha çox tərəvəz yeməyə məcbur edən mövsümdür. Tərəvəzlərin bir çox çeşidləri, məsələn, kök və kələmin bir çox növlərindən daha çox istifadə edilməlidir. Qışda xüsusilə kələmin bir çox növləri - qırmızı kələm, Brüssel kələmi, brokkoli, kahı və s. növləri ilə daha çox qidalanmaq lazımdır”.
Qida məhsullarını alarkən istehsal tarixi, saxlama müddəti və şəraitinə əməl etmək lazımdır. Əks təqdirdə sağlamlıq təhlükə altına düşmüş olur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukraynalı səyyah: "Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur"...
27 Iyul
Ötən altı ayda Mingəçevirdə genişmiqyaslı işlər görülüb
27 Iyul
Dünya Azərbaycan həqiqətləri ilə tanış olur
27 Iyul
Azərbaycanın strateji coğrafi mövqeyi onu Çin-Avropa yük qatarı üçün əsas nəqliyyat qovşağına çeviri...
27 Iyul
“29 İqlim Söhbəti: COP29-a gedən yol"da hər kəs “dəyişməlidir"
27 Iyul
Ermənistan Avropa İttifaqının əlində alətə çevrilib
27 Iyul
Ermənistan Qərbin planlarını icra edir
27 Iyul
Keçinin əcəli çatanda...
27 Iyul
24 siyasi partiya, 449 namizəd
27 Iyul
Azərbaycanın idxal-ixrac əməliyyatlarında saldo müsbət olaraq qalır
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!