Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun 40 yaşı tamam olur
İnşaatçı həmişə hörmət-izzət sahibi olub. Qədim qalalar və saraylar, mürəkkəb sənaye obyektləri və yeni şəhərlər - onların hamısı inşaatçıların əli, beyni ilə ərsəyə gəlib. Yeni memarlıq həllərinin yerinə yetirilməsi, gələcək nəsillər üçün tarixi irsin qorunması və insanlar üçün müasir, keyfiyyətli yaşayış şəraitinin yaradılması da onların əməyinin bəhrəsidir.
Azərbaycan memarlıq sənətinin qədim və zəngin ənənələri var. Böyük İpək yolu üzərində yerləşən ölkəmizdə dünya memarlığının nümunəvi ənənələri ilə milli xüsusiyyətlərin ahəngini özündə əks etdirən güclü memarlıq məktəbi təşəkkül tapmışdır. Öz sələflərinin zəngin ənənələrini davam etdirən Azərbaycan memarları yeni axtarışları, kəşfləri və nailiyyətləri ilə bu gün də xalqımıza xidmət edirlər. Onlar ölkəmizin aktual sosial-iqtisadi problemlərinin həlli ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında əməklərini əsirgəmirlər. Məhz memar və inşaatçılarımızın əməyi sayəsində ölkəmizin şəhər və rayonlarının, xüsusilə paytaxtın siması son illər tanınmaz dərəcədə dəyişmişdir.
Bunun isə təməli hələ keçmiş SSRİ dövründə, xüsusən ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. Həmin illər respublikada tikinti-quraşdırma işlərinin sürəti xeyli artmışdır. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra SSRİ hökuməti Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş 5 qərar qəbul etmişdir. Bu qərarlarda respublikamızda müasir sənaye müəssisələrinin, sosial-mədəni xidmət və infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması nəzərdə tutulmuşdur. Yeri gəlmişkən qeyd edək ki, həmin illər tikintinin qarşısına çıxan problemlərin həll edilməsi üçün elmi-tədqiqat işlərini Moskvada fəaliyyət göstərən elmi-tədqiqat və layihə institutlarının Bakıda yerləşən bir neçə laboratoriya və şöbələri aparırdılar. Bu laboratoriyaların bir mərkəzdən idarə olunmaması görülən tikinti və elmi-tədqiqat işlərinin keyfiyyətinə və səmərəliliyinə mənfi təsir göstərirdi. Bu nəzərə alınaraq dəfələrlə mərkəzə - Moskvaya müraciət edilsə də, problem həll olunmurdu. Yalnız Ulu Öndər Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyən zaman köməyi sayəsində SSRİ Nazirlər Sovetinin 13 iyun 1984-cü il tarixli sərəncamına və Azərbaycan SSR Nazirlər Sovetinin 30 avqust 1984-cü il tarixli qərarına əsasən, Bakıdakı qeyd etdiyimiz laboratoriya və şöbələrin bazasında Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) yaradıldı. Yeni yaradılan institut memarlıq və şəhərsalma, bina və qurğuların zəlzələyədavamlılığı, inşaat konstruksiyaları və materialları, qrunt əsasları və bünövrələr, bina və qurğuların bərpası və yenidən qurulması və digər bu kimi istiqamətlərdə fəaliyyət göstərməyə başladı. 2010-cu ildən sonra isə ölkədə tikintinin layihələndirilməsi sahəsində normativ bazanın təkmilləşdirilməsi və yenilənməsi də institutun əsas fəaliyyət istiqamətlərdən biri oldu.
40 il ərzində AzİMETİ-də yüzlərlə elmi-tədqiqat və mühəndis araşdırma işləri yerinə yetirilmiş və onlardan alınmış nəticələr layihələndirmə və praktikada tətbiq olunmuşdur. İstər istismar müddətində, istərsə də təbii fəlakətlər nəticəsində deformasiyalara məruz qalmış bina və qurğuların gücləndirilməsində, bərpasında və rekonstruksiyasında tətbiq olunmuş nəticələr ölkənin tarixi və müasir tikililərinin təhlükəsiz istismarına imkan yaratmışdır. Onu da qeyd edək ki, institutda yerinə yetirilmiş elmi-tədqiqat işlərinin nəticələri "Azərbaycanda İnşaat və Memarlıq" elmi-praktiki, eləcə də digər elmi jurnallarda, respublika və beynəlxalq elmi konfransların və simpoziumların materiallarında, Yaponiyanın, Avropanın, Türkiyənin və MDB ölkələrinin nüfuzlu dövrü elmi nəşrlərində, Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın təyin etdiyi WEB of Sciense bazasının texniki elmlər üzrə dərgilərində çap olunmuşdur. Bu işlər, həmçinin dəfələrlə müxtəlif mükafatlara, o cümlədən 7 qızıl, 11 gümüş və 2 bürünc medala layiq görülmüşdür.
İnstitut yarandığı gündən Azərbaycan ərazisində konstruksiyaları deformasiyaya uğramış, qəza vəziyyətinə düşmüş minlərlə müxtəlif təyinatlı bina və qurğuların, xüsusi obyektlərin, tarixi-memarlıq abidələrinin müayinəsini aparır, bərpasına, gücləndirilməsinə və ya yenidən qurulmasına dair elmi cəhətdən əsaslandırılmış təklif və tövsiyələr hazırlayaraq sifarişçi qurumlara təqdim edir. Müayinə işləri zamanı institutda yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri geniş tətbiq olunur. Bu sırada Bakının memarlıq inciləri və unikal binaları sayılan Azərbaycan Dövlət Filarmoniyasının, Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, teatrların, Nazirlər Kabinetinin, Şəhriyar adına Mədəniyyət Mərkəzinin, R.Mustafayev adına İncəsənət Muzeyinin Bakı Xareoqrafiya Akademiyası kompleksinə daxil olan binaların, "Gülüstan" sarayının, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin, Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Sərnişin Vağzalının inzibati binasının və digər binaların yükdaşıyan konstruksiyalarının müayinə olunmasını, gücləndirilməsi və bərpası üçün elmi təkliflərin hazırlanmasını misal çəkə bilərik. Bundan savayı, Heydər Əliyev Bakı Beynəlxalq və Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ, Yevlax, Füzuli, Zəngilan hava limanlarının uçuş-enmə zolaqlarının sükan yollarının və təyyarə dayanacaqları meydançalarının süni örtük konstruksiyaları mühəndisi müayinəsi aparılmış və onların yükgötürmə qabiliyyətinin artırılması üçün təkliflər işlənilmişdir.
40 il ərzində institutumuz tərəfindən Azərbaycan ərazisində yerləşən tarixi-memarlıq abidələrinin qorunub saxlanılması və bərpası üçün də mühəndis müayinəsi aparılmışdır. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki binaların və "Şirvanşahlar" Saray Kompleksinin konstruksiyaları, XII əsrə aid Qala divarları, Ordubad Tarix-Mədəniyyət Qoruğu, Şəki-Yuxarı Baş Tarix-Memarlıq Qoruğu, İsmayıllı rayonu Basqal Tarix-Mədəniyyət Qoruğu ərazisindəki tarixi abidələr bu gün həm də bizim əməkdaşlarımızın əməyi sayəsində tariximizə şahidlik edir.
İnstitutun qarşısında duran ən vacib məsələlərdən biri də keçmiş sovet dövründən qalmış və mahiyyətini itirmiş layihələndirmə normalarının Azərbaycan dilində yenidən işlənib hazırlanması və bunun nəticəsində müvafiq bazanın yaradılmasıdır. Bununla əlaqədar 2010-cu ildən etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə müasir tələblərə cavab verən milli norma və qaydaların işlənib hazırlanması AzİMETİ-yə tapşırılmışdır. Son 10 ildə tikinti, memarlıq və şəhərsalma üzrə 30 elmi-tədqiqat işi və 53 normativ sənəd işlənib hazırlanmış, o cümlədən 30 normativ sənəd təsdiq olunmuş, 23 normativ sənəd əlaqədar təşkilatlar ilə razılaşdırılmışdır.
İnstitutumuz tərəfindən bu illər ərzində, həmçinin bir sıra hündür çoxmərtəbəli binaların və unikal obyektlərin layihələndirilməsi və tikintisi üçün xüsusi texniki şərtlər hazırlanmışdır. Dövlət Miqrasiya Xidmətinin, Dövlət Neft Fondunun, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, "Azərsu" ASC-nin yeni inzibati binalarının, "Ağ Şəhər" layihəsi daxilində yüksəkmərtəbəli binaların, "İnterkontinental" hotel binasının, Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində xüsusi anqarın, Xocəvənd rayonunda Radio-Televiziya Yayım Stansiyası qülləsinin və s. obyektlərin layihələndirilməsi və tikintisi üçün elmi cəhətdən əsaslandırılmış texniki şərtlər hazırlanaraq əlaqədar təşkilatlara təqdim olunmuşdur. Bunlardan əlavə, ölkənin bütün ərazilərində tikilmiş və tikilməkdə olan yaşayış və ictimai binaların, sosial obyektlərin inşası zamanı istifadə olunan tikinti materiallarının keyfiyyəti yoxlama-sınaq işləri aparılmaqla müəyyənləşdirilmiş və bir çox obyektlərdə tikinti işlərinə müəllif nəzarəti həyata keçirilmişdir.
Məlumdur ki, işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edilmişdir. Bu gün Qarabağ və Şərqi Zəngəzura yeni həyat vermək üçün bütün qüvvələr səfərbər edilərək dağılan şəhərlərimiz, tarixi irsimiz bərpa olunur. Həmin işlərin həyata keçirilməsində institutumuz da yaxından iştirak edir. Kollektivimiz işğaldan azad olunmuş ərazilərdəki tikililərin və tarixi-memarlıq abidələrinin texniki vəziyyətini qiymətləndirir və onların istismara yararlılığını müəyyən etmək üçün mühəndis müayinələri aparır. 44 günlük Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncədə, Bərdə, Göranboy və s. ərazilərdə dağıdılmış və ya zədələnmiş tikililərin müayinəsini də bizim əməkdaşlar aparmış və müvafiq təkliflər hazırlamışlar. Eləcə də Şuşa Şəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən yaşayış binalarının, tarixi abidələrin, o cümlədən Xanlıq Muxtarın Karvan Sarayı, İsa bulağı, "Malıbəyli" və "Colqala" məscidləri, Gəncə Qapısı və qala divarları, Daşaltı kəndindəki Dəyirman binası və Daş körpü, Ağdam rayonundakı "Qiyaslı" və "Cümə" məscidləri, "Şahbulaq qalası", Xankəndidəki inzibati və hotel binaları, Xocavənd, Kəlbəcər, Laçın rayonlarında, Xocalı şəhərində çox sayda tikililər müayinə olunmuş və texniki vəziyyəti qiymətləndirilməklə bərpasına, yenidənqurulmasına və gücləndirilməsinə dair təkliflər hazırlanaraq əlaqədar təşkilatlara göndərilmişdir.
İnstitutumuz ötən il müstəqil Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə öz töhfəsini vermişdir. Şəhərsalma, bina və qurğular üzrə tikinti normaları şöbəsinin müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Eldar Nuriyevin müəllifi olduğu "Heydər Əliyev və Azərbaycanda tikinti kompleksinin inkişafı" adlı kitab çapdan çıxmışdır. Kitabda ötən əsrin 60-cı illərində dərin böhran keçirən respublikamızın iqtisadiyyatı, o cümlədən tikinti sektoru və onun maddi-texniki bazası təhlil olunur, 1969-1982-ci illər ərzində görülən tədbirlər nəticəsində Azərbaycanın sürətlə inkişaf etməsi, şəhər və rayonlarda mühüm sənaye, sosial, mədəni, xidmət obyektlərinin istifadəyə verilməsindən, həmçinin Ulu Öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni daşnaklarının doğma torpaqlarımızdan qovulmasından, işğaldan azad edilmiş ərazilərimizin bərpasından bəhs edilir.
Bu gün Azərbaycan Bakıda keçiriləcək COP29-a hazırlaşır. Mühüm qlobal tədbirlərdən olan COP29-a evsahibliyi etməyimiz Prezident İlham Əliyevin beynəlxalq nüfuzu və ölkəmizin bu sahədə zəngin təcrübəyə malik olması ilə bağlıdır. Bu, bir daha sübut edir ki, dövlətimiz və onun başçısı dünya ölkələri və xalqları tərəfindən qəbul və təqdir edilir. Əminik ki, bu mötəbər tədbir də yüksək səviyyədə keçiriləcək və biz bütün dünyaya növbəti dəfə nəyə qadir olduğumuzu nümayiş etdirəcəyik.
Abdı QARAYEV,
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, texniki elmlər üzrə fəlsəfə doktoru
Bugünkü hərracda bankların dollara olan tələbi 83 milyona yaxınlaşıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb
“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi
"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?
Venesuela təzminat istəyir
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına
Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır
500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq
Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır
Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb
Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib
Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq
Milli futbol liqaları FIFA-nı məhkəməyə verib
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur
Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq
Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu
Qlobal dövlət borcu 100 trilyonu ötəcək
Macarıstanın Baş naziri COP29-da iştirak edəcək
Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb
“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib
Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!