Qədirbilən xalqımıza minnətdaram
Oğlum Azər Yusifli 2011-ci ildə Ağstafanın Böyük Kəsik kənd orta məktəbini bitirdikdən sonra müddətli hərbi xidmətə yollandı. Xidmətini başa vurduqdan sonra könüllü olaraq Sərhəd Qoşunlarında xidmət etməyə başladı. Göstərdiyi nümunəvi xidmətinə görə bir neçə dəfə təşəkkür aldı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarına layiq görüldü.
2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başlayanda oğlum xüsusi təyinatlı kəşfiyyat dəstəsinin tərkibində döyüşlərə atıldı. Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Zəngilanın azad edilməsində iştirak etdi. Müharibənin ilk həftəsində yaralanan Azər hospitalda müalicə aldıqdan sonra yenidən döyüş meydanına qayıtdı. Cəbrayıl rayonu azad ediləndə Xudafərin körpüsünün, Zəngilan rayonu azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə üçrəngli Azərbaycan bayrağını asdı. Azər oktyabrın 21-də Zəngilan şəhəri uğrunda gedən döyüşlərdə şəhid oldu. Ölümündən sonra dövlət başçısının sərəncamları ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldü, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edildi.
Hörmətli redaksiya!
Mən qəhrəman oğlumla fəxr edirəm. Qədirbilən xalqımız isə onun ruhuna ehtiram, qısa, lakin mənalı ömür yolunu gənc nəslə nümunə göstərir. Bu gün Böyük Kəsik kənd tam orta məktəbi, eləcə də Ağstafa şəhərinin mərkəzi küçələrindən biri oğlum Azər Yusiflinin adını daşıyır. Bütün bunlara görə Prezident İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə ailəmiz adından minnətdarlığımı bildirirəm.
Nazim YUSİFOV,
Ağstafa rayonunun Ağgöl kəndi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İbrahim Rəisi: İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsi reg...
05 Iyul
Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil...
05 Iyul
Azərbaycan və Yaponiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası k...
05 Iyul
Pakistanda terror aktı nəticəsində 10 hərbçi yaralanıb
05 Iyul
Azərbaycan neftinin qiyməti 129 dollara yaxınlaşır
05 Iyul
Ağdamın "Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq
05 Iyul
Azərbaycanın baş tikinti meydanı
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
"Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda...
05 Iyul
"Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda də...
05 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycanın növbəti tarixi töhfəsi

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıbAzərbaycan Prezidenti İlham Əl...

Prezident İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında videoformatda çıxış edib...

Kəlbəcər şəhərinin Baş planı təqdim edilib, İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub YEN...

Yanındayıq, Türkiyə!

ÇOX OXUNANLAR
Uğurlu, ədalətli, səmərəli sədrlik

"Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın"

Dağlarda zəfər quruculuğu

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirilib Azərbaycan Prezi...

Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimində iştirak edib ...

Müzəffər, qüdrətli, modern

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!