Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Azərbaycanın bu sahədəki təcrübəsindən dost ölkələr də faydalanır
Bu tədbirin açılış mərasiminin Zəngilanda keçirilməsi dərin məna daşıyırdı. Bu, 30 ilə yaxın işğal altında olan, həmin müddətdə Qarabağın və Şərqi Zəngəzurun digər yaşayış məntəqələri kimi düşmənin viran qoyduğu, indi isə özümüzün yenidən saldığımız bir şəhərə dünyanın diqqətini cəlb etmək demək idi.
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən "Şəhərsalma Həftəsi - 2023" tədbirləri çərçivəsində "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi bir gün ondan əvvəl istifadəyə verilmiş Zəngilan Konqres Mərkəzində keçirildi. Bu faktın özü də göstərir ki, şəhərsalma ilə bağlı belə mötəbər tədbirə evsahibliyi etməyimiz təsadüfi deyil. 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən cəmi üç il keçir. Azərbaycan bu qısa vaxt ərzində dünyanın gözü qarşısında görün düşmənin yerlə yeksan etdiyi neçə şəhərin, "ağıllı kənd"in, yaşayış kompleksinin təməlini qoyub. Təzədən salınan şəhərlərdə möhtəşəm infrastruktur obyektləri istifadəyə verib!
Forumun açılış mərasimində Prezident İlham Əliyevin dediyi kimi: "Böyük qayıdış proqramı və onun icrası artıq imkan vermişdir ki, keçmiş məcburi köçkünlər Laçın şəhərinə qayıtsınlar, Füzuli şəhərinə qayıtsınlar, Ağalı kəndinə qayıtsınlar, Talış və Zabux kəndlərinə qayıtsınlar. Yəni bu gün 8 şəhər və 92 kəndin baş planı artıq təsdiqlənib və 30 kəndin təməli qoyulub. Qarşıdan gələn illərdə çox böyük, irihəcmli yaşayış layihələri həyata keçiriləcək, xüsusən də Şuşa və digər şəhərlərdə. Bu bizim proqramın tərkib hissəsidir. Digər bir element infrastrukturdur. Məsələn, dünən mən burada - Zəngilanda 10 meqavat gücündə yeni su-elektrik stansiyasının açılışını etdim. Ancaq növbəti altı ay ərzində onun imkanları 40 meqavata çatdırılacaq. Azad olunmuş ərazilərdə bu gün 90 meqavat həcmində hidroelektrik enerji artıq təmin edilir. Yəni azad olunmuş bütün ərazilərimiz yenidən bizim mərkəzi şəbəkəmizə qoşulur və tam inteqrasiya edilib... Enerji potensialı, nəqliyyat, yaşayış layihələri - bunların hamısı bizim gündəliyimizin tərkib hissəsidir. Əminəm ki, biz bütün vəzifələrə, hədəflərə nail olacağıq və növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkünü evlərinə qaytaracağıq. Yeri gəlmişkən, qeyd edim ki, artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq".
Xatırladaq ki, I Şəhərsalma Forumunu ötən il Ağdam şəhərində keçirmişdik. İşğal dövründə erməni vandallarının darmadağın etdiyi, yer üzündən silmək istədiyi, bu gün isə bizim sıfırdan başlayaraq inşa etdiyimiz şəhərdə...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev də diqqəti bu fakta cəlb edərək jurnalistlərlə söhbətində deyib: "Ötən il Ağdam şəhərində, bu il isə Zəngilandayıq. Zəngilanda reallaşdırılmış layihələrin də şahidiyik. Zəngilan şəhərində Konqres Mərkəzi ilk qonaqlarını qarşılayır. Bu, Zəngilanda reallaşdırılmış ilk layihələrdən biridir. Ötən ildən fərqli olaraq tədbir 3 gün davam edəcək. İştirakçıların da sayı artmaqdadır. Əgər keçən il 45 ölkədən nümayəndə gəlmişdisə, bu il 53 ölkədən təmsilçi var. Biz həm azad edilmiş ərazilərdə Azərbaycanın şəhərsalma sahəsində gördüyü işləri göstərmək, həm də dünya ölkələrinin təcrübəsini öyrənmək və tətbiq etmək imkanı əldə etmişik".
Komitə sədri onu da nəzərə çatdırıb ki, hazırda sonuncu - Laçın şəhərinin baş planı üzərində iş gedir. Bir sıra kəndlərin əksəriyyətinin ərazi planlaşdırma sənədləri hazırlanır və təsdiq olunur.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif forumdakı çıxışında ölkəmizin şəhərsalma sahəsindəki nailiyyətlərini qeyd edərək bildirib: "Cari Milli Şəhərsalma Forumunda Azərbaycan hökuməti, bütün aidiyyəti qurumlar, eləcə də yerli icra hakimiyyəti, idarəetmə qurumları illik platformada üzərinə götürdüyü Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müvafiq olaraq məlumat, hesabat verirlər. BMT də aidiyyəti qurum olaraq yeni şəhərsalma gündəliyi çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərini, eyni zamanda ərazi, iqtisadi və ətraf mühit planlamasını özündə ehtiva edir. Bəli, Milli Şəhərsalma Forumu məhz ən ali zirvədən tutmuş - söz düşmüşkən, Azərbaycanın həqiqətən də bariz nümunəsi fonunda - milli səviyyədə keçirilən belə bir şəhərsalma forumu ölkələr üçün, nümayəndələr üçün də 2024-cü ildə Qahirədə keçiriləcək müvafiq tədbir üçün həqiqətən də mühüm platformadır. BMT-nin Baş Assambleyasının 78-ci sessiyasında qeyd olunduğu kimi, günümüzdə artıq köhnəlmiş, qeyri-funksional və ədalətsiz bir nizamda məhz memarlıq gələcəkdə DİM-lərin inkişafına mühüm töhfə verə bilər. Milli səviyyədə isə bütün bu işlər, iqtisadi, sosial ərazi planlaşdırılması Azərbaycanın, təbii ki, Zəngilanda nümayiş etdirdiyi inkişafla paraleldir. Burada inklüziv, düzgün ərazi yanaşması milli inkişaf planında vəhdət halı almışdır".
Məlumdur ki, müasir dünya problemləri sırasında urbanizasiya da dayanır. Yəni insanlar şəhərdə, rahat şəraitdə yaşamağa üstünlük verirlər. Bu meylin ölkəmizdə də hökm sürdüyü heç kəsə sirr deyil və bunu dövlətimizin başçısı forumdakı çıxışında da qeyd edib. Lakin bir həqiqət də var! Ölkəmizin iri şəhərlərində və rayon mərkəzlərində dövlətin məcburi köçkünlər üçün tikdiyi hər şəraiti olan evlərdə yaşayan qarabağlılar, şərqi zəngəzurlular böyük sevinc və coşqu ilə öz doğma kəndlərinə dönürlər. Prezident İlham Əliyev bunu vurğulayaraq demişdir: "Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir. Ancaq torpaqlarımız azad edilən kimi biz sorğu keçirdik və onların mütləq əksəriyyəti evlərinə qayıtmaq arzusunu ifadə etdilər. Bu gün artıq qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər. Yəni bunu da düzgün qiymətləndirmək lazımdır. Bu gün hər kəs urbanizasiyadan danışır. Bizdə də bu mövzu var. Bizim bu problemimiz uzun illərdir yaşanır - insanlar bölgələrdən, kəndlərdən şəhərə can atırlar. Çünki şəhərdə daha çox iş yerləri, məşğulluq imkanları var və özləri üçün daha yaxşı şərait yaratmaq istəyirlər. Amma bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu isə ilk növbədə Azərbaycan xalqının öz Vətəninə nə dərəcədə bağlı olduğunu göstərir. Onlar öz vətənlərində, əcdadlarının vətənlərində yaşamaq istəyirlər".
Bu, digər bir tərəfdən də onlar üçün getdikləri yerdə yaradılan yaxşı şəraitlə, nəticə etibarilə şəhərsalma, yeni, "ağıllı kənd"lərin qurulması sahəsindəki uğurlarımızla bağlıdır. Sözügedən forum kimi tədbirlər sayəsində biz bu sahədəki təcrübəmizi digər ölkələrlə bölüşür, onların nailiyyətlərindən faydalanırıq. Tədbirin iştirakçısı olan Meksikanın Queretaro əyalətinin başçısı Rogeylo Alkoser Qomez də sanki bütün qonaqlarımızın fikrini ifadə edərək deyib: "Hər kəs bir-birilə əlaqə yaratmalı, bir-birindən öyrənməlidir. Məhz bu əməkdaşlıq dünyada davamlı inkişaf üçün çox vacibdir. Biz Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq etməyi də planlaşdırırıq".
Flora SADIQLI,
"Azərbaycan"
Sabah hava tutqun olacaq, yağış yağacaq
İrəvanın mərkəzində 40-a yaxın insanın iştirakı ilə silahlı qarşıdurma olub
Ekspert: dünya qlobal münaqişə astanasında dəyişir
Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
“NEQSOL HOLDING” və “GILTEX” şirkətləri COP29-un tərəfdaşları elan edilib
Bloomberg: Maskın Bayden və Harrisə sui-qəsdlə bağlı yazısı araşdırılır
İtkin şəhid Tərlan Rüstəmov Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qaliblərinin adları açıqlanıb
Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Livanda yeni partlayışlardan qorxaraq telefonları söndürürlər
“Tacikistan Dəmir Yolları”: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
İtkin şəhid Mübariz Məmmədov Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb
Prezident İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Prezident: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
Yay tətili zamanı Bakıda 20 küçə və prospekt təmir olunub
Türkiyə müdafiə naziri: Azərbaycanın yanında olacağıq
Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz
Çin BMT BA tədbirlərində qlobal idarəçiliyi gücləndirmək niyyətindədir
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!