14 Avqust 2024 21:29
4531
PARLAMENT
A- A+
Qazaxıstan Respublikası Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub

Qazaxıstan Respublikası Parlamenti Senatının nümayəndə heyəti Milli Məclisdə olub

 

Avqustun 14-də Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqları VI çağırış Milli Məclisin Sədri Sahibə Qafarovanın adından səmimi salamlayan Aparat rəhbəri, Azərbaycan və qazax xalqları arasında dərin köklərə söykənən çoxəsrlik dostluq və qardaşlıq münasibətlərinə dair fikirlərini səsləndirib. İkitərəfli münasibətlərin ölkələrimiz müstəqillik əldə etdikdən sonra daha da möhkəmləndiyini deyən Fərid Hacıyev, əlaqələrimizin inkişafında dövlət başçılarının müstəsna rolunu qeyd edib, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, aparılan danışıqların, müntəzəm görüşlərin əhəmiyyətini vurğulayıb.

44 günlük Vətən müharibəsi və keçən il həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsindən söhbət açan Fərid Hacıyev,  Qazaxıstan tərəfinə Azərbaycanın ərazi bütövlüyü məsələsindəki ədalətli mövqeyinə görə təşəkkürünü bildirib. O, cari ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin işğaldan azad edilmiş Füzuli şəhərində inşa olunan qazax xalqının hədiyyəsi - Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirakını məmnuniyyətlə qeyd edib.

Görüş zamanı nümayəndə heyətinə Milli Məclisin və onun Aparatının strukturu, ölkədəki seçki sistemi, qanun yaradıcılığı prosesi, mövcud komitə və komissiyalar, partiyaların təmsilçiliyi,  həmçinin parlamentin xarici əlaqələri barədə məlumat verilib. Fərid Hacıyev ölkəmizdə sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq barədə fikirlərini bildirib.

Görüşdə qeyd olunub ki, Azərbaycan digər sahələrdə olduğu kimi, Qazaxıstan Respublikası ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də yaxından maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların rolu vurğulanıb, ölkə parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnuniyyət ifadə olunub. Parlament aparatları arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Ölkəmizə səfərə dəvətə görə təşəkkürünü bildirən Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkay Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Qonaq da öz növbəsində, Milli Məclis Aparatının rəhbərini Qazaxıstana səfərə dəvət edib.

Ölkələrimiz arasında tarixi dostluq və qardaşlıq münasibətlərindən danışan qonaq, əlaqələrin inkişafında ölkə prezidentlərinin xüsusi rolunu qeyd edib, ikitərəfli münasibətlərin dərinləşməsində qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətindən danışıb.

Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov iştirak ediblər.

***

Qazaxıstan Parlamenti Senatının nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik, Sosial qanunvericilik, Beynəlxalq münasibətlər və İnformasiya resursları və texnologiyaları şöbələri ilə nümayəndə heyətində təmsil olunan  müvafiq şöbələrin nümayəndələri arasında görüşlər keçirilib.

Görüşlərdə parlament şöbələrinin funksiyaları,  fəaliyyət istiqamətləri, iş prinsipləri, qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyəminmə prosesi, həmçinin VI çağırış Milli Məclisin beynəlxalq əlaqələri və həyata keçirdiyi uğurlu parlament diplomatiyası, tətbiq olunan texnoloji yeniliklər və yaradılan elektron sistemləri barədə məlumat verilib.

Söhbət zamanı parlament aparatlarının strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi, həmçinin tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

***

Qazaxıstan Respublikası Parlamenti Senatının Aparat rəhbəri Maksim Spotkayın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olarkən parlamentin inzibati binası ilə də tanış olub.

Parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov burada deputatlar üçün yaradılmış iş şəraiti, parlamentin plenar iclasının keçirilməsi prosedurları haqqında məlumat verib.

Sonra qonaqlar parlamentin inzibati binasının foyesində VI çağırış Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuş "Zəfər guşəsi" ilə tanış olublar. Bildirilib ki, həmin guşəyə müharibə dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin adları həkk olunub. Qonaqlar guşədə yer alan və Vətən müharibəsində qələbə münasibətilə təsis olunmuş orden və medallarla və digər məlumatlarla tanış olublar.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Fənərbaxça”nın legioneri əlinin böyüklüyü ilə diqqət çəkdi

13:32
15 Oktyabr

"Neftçi" bu 2 ildə Abasova nə qədər PUL QAZANDIRACAQ?

13:21
15 Oktyabr

Venesuela təzminat istəyir

13:09
15 Oktyabr

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

12:59
15 Oktyabr

Çin Rusiya ilə hərbi əlaqələri genişləndirməyə hazırdır

12:38
15 Oktyabr

500-ə yaxın əfqan əsgər Britaniyada yaşayacaq

12:36
15 Oktyabr

Gürcüstanın hakim partiyasından Borrellə cavab: Çox ədalətsiz bəyanatdır

12:30
15 Oktyabr

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

12:15
15 Oktyabr

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

12:10
15 Oktyabr

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

12:10
15 Oktyabr

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

12:01
15 Oktyabr

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

11:47
15 Oktyabr

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Azərbaycanın yardımını unutmayacaq

11:32
15 Oktyabr

Böyük Britaniya Gürcüstanla dialoqu dondurdu

11:30
15 Oktyabr

Qlobal dövlət borcu 100 trilyonu ötəcək

11:28
15 Oktyabr

Macarıstanın Baş naziri COP29-da iştirak edəcək

11:27
15 Oktyabr

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

11:26
15 Oktyabr

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

11:24
15 Oktyabr

Dövlət Komitəsi insanları mina təhlükəsi ilə bağlı xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırıb

11:20
15 Oktyabr

Trampdan təklif: həmin gün ordudan istifadə edilməlidir

11:08
15 Oktyabr

COP29 ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasının arxasında kimlər dayanır? – “EU Today”də məqalə

10:52
15 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!