19 İyun 2025 08:05
2479
PARLAMENT
A- A+
Qaz təchizatının hüquqi tənzimlənməsi yenilənəcək

Qaz təchizatının hüquqi tənzimlənməsi yenilənəcək


Xəbər verdiyimiz kimi, Milli Məclisin iyunun 13-də keçirilən iclasında  "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.  Qeyd edək ki, hazırda qüvvədə olan "Qaz təchizatı haqqında" qanun 1998-ci ildə qəbul olunub. Bəs bu sahədə yeni qanun layihəsinin hazırlanması hansı zərurətdən irəli gəlib və onun qəbulu nəyi dəyişəcək? 

Bu suallarla Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanova müraciət etdik. Komitə sədri bildirdi ki, Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlarda məqsəd milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, xalqın maddi rifahının yüksəlməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. "Qaz təchizatı haqqında" yeni qanun layihəsi də "Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi daşıyır.

Yeni qanun layihəsinin hazırlanması zərurətinə gəldikdə Sadiq Qurbanov qeyd etdi ki, mövcud qanun qaz təchizatının yalnız ümumi çərçivəsini müəyyən edir və onun praktiki tətbiq zamanı sektorun müxtəlif iştirakçıları - nəql edən, paylayan, saxlayan və satan subyektlər arasında məsuliyyət həddinin kifayət qədər dəqiq aparılmadığı müşahidə olunurdu. Odur ki, ölkəmizin qaz təchizatı sistemində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə dayanıqlı, sabit, şəffaf və rəqabətli hüquqi mühitin formalaşdırılması məqsədilə belə bir qanun layihəsinin hazırlanması zərurəti yarandı. Milli Məclisdə birinci oxunuşdan keçən yeni qanun layihəsində bütün bunlar, o cümlədən qaz təchizatı ilə bağlı yeni çağırışlar və tələblər nəzərə alınııb. Belə ki, layihədə hasilat, nəql, paylanma və satış funksiyalarının hüquqi ayrılığın təmin edilməsi, tariflərin hesablanması üçün şəffaf mexanizmlərin qurulması, mənzildaxili nasazlıqlar və texniki xidmət sahəsində müstəqil bazarın formalaşdırılmasının hədəflənməsi kimi məsələlər öz əksini tapıb.  Layihə ilk dəfə olaraq "qaz nəqli sistem operatoru", "qazpaylayıcı sistem operatoru" və "qazın saxlanması sistem operatoru" anlayışları qanunvericiliyə daxil edilir və bu subyektlərin səlahiyyət və öhdəliklərini konkretləşdirir. Bundan başqa, layihədə "tənzimləyici orqan" anlayışı da hüquqi səviyyədə müəyyən edilib. Bu orqana qaz təchizatı sahəsində icazələrin verilməsi, tariflərin tənzimlənməsi, sektor üzrə monitorinq və nəzarət, habelə mübahisələrin həlli kimi mühüm və kompleks səlahiyyətlər verilir. Qanun layihəsində tarif siyasəti də ayrıca və ətraflı şəkildə nəzərdə tutulur. Eyni zamanda kommersiya uçotu, texniki istismar, balanslaşdırma və itkilərin qarşısının alınması ilə bağlı mexanizmlər də layihədə öz əksini tapıb.

Layihədə dövlət siyasətinin əsas prinsipləri kimi - qaz təchizatının dayanıqlılığı, təhlükəsizliyi, etibarlığı, səmərəliliyi, şəffaf idarəetmə və tənzimləmə, bərabər və ayrı-seçkiliyə yol verilməyən xidmət imkanları təsbit edilib. Əsas məqsəd enerji təhlükəsizliyini təmin etmək, istehlakçılarla təchizat subyektləri arasında balanslı və ədalətli münasibətlər qurmaqdır.

Sadiq Qurbanovun sözlərinə görə, "Qaz təchizatı haqqında" yeni qanunun qəbulu ilə qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları arasında yaranan  münasibətlər daha təkmil və mütərəqqi şəkildə  tənzimlənəcək və qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən ediləcək. O cümlədən qazın nəqli, paylanması, saxlanması, topdan satışı və idxalı, habelə pərakəndə satışı fəaliyyətlərinin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (SOCAR) tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılması təmin ediləcək. Layihənin qəbul edilməsi ilə əlaqədar qaz təchizatı sahəsində mövcud olan qanunvericilik, o cümlədən hökumət tərəfindən təsdiq edilmiş qaydalar da yenilənəcək. Layihədə yer alan məsələlər həm də  qaz təchizatı sektorunda inhisarçılığın qarşısının alınmasına, özəl investisiyaların təşviqinə, istehlakçı hüquqlarının qorunmasına xidmət edir.

Bütövlükdə "Qaz təchizatı haqqında" yeni qanun layihəsinin hazırlanması strateji əhəmiyyət daşıyan enerji sektorunun hüquqi tənzimlənməsi baxımından mühüm təşəbbüsdür və onun qəbulu respublikamızın qaz təchizatı sektorunda yeni mərhələnin başlanğıcı olacaq.


 Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!