21 Oktyabr 2023 10:45
5587
Təhsil
A- A+
Qarsda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

Qarsda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib

 

"Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama uyğun olaraq Türkiyənin Qars şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
18-19 oktyabr 2023-cü ildə Qars Qafqaz Universiteti, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Diasporla İş Üzrə Dövlət Komitəsi, Elger Elm və Təhsil Mərkəzi, Əskişəhər Azərbaycanlılar Dərnəyi,  Türkiyə-Azərbaycan dərnəkləri federasiyası, İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev və Türkiyə" adlı multidisiplinar beynəlxalq elmi konfransa 12 ölkədən 100-dən çox elm adamı qatılıb.
Dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünə təsadüf edən Ulu Öndərin 100 illik yubiley mərasimi Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Qars Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu və Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyevin giriş nitqləri ilə başlayan konfransın plenar iclasında tədbirin təşkilat komitəsinin sədri dosent İlkin Qulusoy, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təmsilçisi Müjdat Həsənov, Əskişəhər Azərbaycanlılar dərnəyinin sədri Cavid Aydın çıxış edərək konfransın işinə uğurlar arzulayıblar. 
Azərbaycanın ali təhsil müəssisələri adından Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektorlarının təbrik nitqləri dinlənilib.
Konfransın plenar iclasında professor Toğrul İsmayıl, professor Yusuf Bayraktar və dosent Elman Cəfərli mövzu ilə bağlı məruzələr edib, dahi öndərin Azərbaycançılıq və dövlətçilik irsi geniş təhlil olunub.
Üç bölmədə işini davam etdirən konfransda Ümummilli Lider Heydər Əliyevin dövlətçilik, elm, təhsil, mədəniyyət, ordu quruculuğu, gənclər siyasəti, multikulturalizm və digər sahələrdə həyata keçirdiyi islahatlardan bəhs olunub, foto və video təqdimatlar edilib.
Azərbaycandan iki universitetin - Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Surə Seyidin "Heydər Əliyev və "Şərq qapısı" qəzeti, Azərbaycan Dövlət İdman Akademiyasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Müjkan Məmmədzadənin "Heydər Əliyev və hərbi təhsil siyasəti" mövzusundakı elmi məruzələri maraqla qarşılanıb.
Məruzələrdən sonra konsert olub, Azərbaycan xalq musiqilərindən seçmələr səsləndirilib.
Konfrans çərçivəsində qonaqlar Qars Qafqaz Universitetində qurulan Heydər Əliyev Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti ilə tanış olublar.
Konfransdan sonra Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə konfrans iştirakçılarına ziyafət təşkil edilib, Qars Qafqaz Universitetində fəaliyyət göstərən "Azərbaycan rəqs qrupu"nun konsert proqramı nümayiş olunub.
Konfrans iştirakçılarına Heydər Əliyevin 100 illik yubiley plaketi və diplomlar təqdim edilib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin Qarsa səfəri zamanı onun təşəbbüsü ilə Qars Qafqaz Universitetində Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası yaradılıb. 18 ildir fəaliyyət göstərən bu ixtisasın bakalavriat pilləsi üzrə bugünədək yüzlərlə məzunu olub. 2014-cü ildən universitetdə magistratura pilləsi üzrə kadr hazırlığı işi həyata keçirilir.

Surə SEYİD
Naxçıvan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!