06 Fevral 2022 00:39
4643
Mədəniyyət
A- A+
Qarabağın zəngin turizm potensialı var

Qarabağın zəngin turizm potensialı var

 

Ötən ilin noyabrında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində qazanılan tarixi Qələbədən sonra erməni işğalından azad edilmiş ərazilərdə aparılan geniş bərpa və quruculuq işləri bu bölgəni həm də yerli və xarici ölkələrin turizm həvəskarları üçün diqqətçəkən edəcək.

Dövlət başçısı ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş videokonfransda demişdir: “Qarabağ bölgəsinin çox zəngin turizm potensialı vardır. Ona görə indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin. İndidən beynəlxalq turizm sərgilərində - pandemiyadan sonra bu sərgilər bərpa ediləcək. Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da, dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. Nəzərə alsaq ki, Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.

COVID-19 pandemiyasının çətinliklərinə baxmayaraq, Qarabağda bir ildən artıqdır ki, böyük bərpa və quruculuq işləri davam etdirilir. Bu işlərin tərkib hissəsi kimi, Qarabağın turizm potensialının inkişafına xüsusi diqqət göstərilir. Bu da yaxın illərdə bölgədə daha çeşidli turizm xidmətlərinə səbəb olacaq. Beynəlxalq səyahətlərə mərhələli şəkildə yenidən start veriləcək, dünya ölkələrində Azərbaycanın turizm potensialının təbliği sürətləndiriləcək. Bunun ən bariz nümunələrindən biri ötən il oktyabrın 26-da istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanıdır. Qarabağın hava qapısı adlandırılan bu liman dünya standartlarına uyğun inşa olunub. Hava limanına istənilən tip hava gəmisinin eniş etməsi mümkündür. Burada bütün işlər beynəlxalq norma və standartlara uyğun həyata keçirilib. Hava limanının ətrafında gözoxşayan abadlıq-quruculuq işləri aparılıb. Sərnişinlərin və turistlərin rahatlığı üçün hər cür şərait mövcuddur. Rayonun Cocuq Mərcanlı yaşayış massivində yaradılacaq Suvenir İstehsalı Müəssisəsində turistlər üçün müxtəlif çeşidli hədiyyələr, o sıradan, milli ornamentli saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar təklif olunacaq.

Hazırda Zəngilan və Laçında da beynəlxalq hava limanları tikilir. Bunlar başa çatdırıldıqdan sonra bu bölgəyə yerli turistlərin, eləcə də xarici ölkələrdən səyahət etməyə gələnlərin sayı xeyli artacaq. Beləliklə, hər iki hava limanının istifadəyə verilməsi bölgə turizminin inkişafında müstəsna rol oynayacaq. Əsrarəngizliyi ilə seçilən Laçında və Zəngilanda çoxlu sayda termal su mənbələri mövcuddur. Bu ərazilərdə tarixi və dini abidələr, çinar meşələri var. Odur ki, təbiətinin zənginliyinə görə bu bölgənin gələcəyi daha çox ekoturizmlə bağlı olacaq. Bundan səriştəli istifadə edilərsə, çox güman ki, Qarabağ dünyada daha çox diqqətçəkən ekoloji turizm məkanlarından biri olacaq.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş Ağdama, Zəngilana, Füzuliyə, Cəbrayıla, Qubadlıya, Şuşaya və Hadruta səfərlərində dəfələrlə vurğulamışdır ki, biz erməni vandallarının darmadağın etdiyi şəhər və kəndlərimizi əsl cənnətə çevirəcəyik. Azərbaycan xalqı buna inanır və öz rəhbərinin qurucu və yaradıcı lider olduğuna əmindir. İctimaiyyətdə belə bir əminlik var ki, bu yerlər yaxın gələcəkdə cənnətə dönəcək, turistlərin böyük marağına səbəb olacaq.

Gələcəkdə Füzuli-Xocavənd-Şuşa-Laçın, Füzuli-Cəbrayıl-Zəngilan, Zəngilan-Qubadlı-Kəlbəcər-Laçın, Bərdə-Ağdam istiqamətlərində turizm marşrutlarının təşkili nəzərdə tutulur. Şuşanın Azərbaycanın Mədəniyyət paytaxtı elan edilməsi turistlərin də diqqətindən yayınmayacaq. Artıq şəhərdə rəngarəng tədbirlərin təşkili, festivallar, turizm məhsullarının təqdimi, beynəlxalq sərgilərin və digər mədəni-kütləvi görüşlərin keçirilməsi böyük maraq doğurur.

Laçın-Kəlbəcər, Qubadlı-Zəngilanda təbiət, qış, dağ və sağlamlıq turizmi inkişaf etdiriləcək, Füzuli-Ağdam-Cəbrayılda isə dağıdılmış bəzi mədəniyyət müəssisələri və müharibənin bəzi qalıqları açıq muzey şəklində saxlanılacaqdır. Çünki turizmin iqtisadi tərəfi ilə yanaşı, siyasi-təbliğati tərəfi də var.

İlin bütün fəsillərində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan Qarabağda aparılan bərpa və quruculuq işləri sırasında turizm obyektlərinin, istirahət mərkəzlərinin, hotellərin tikintisinə də xüsusi diqqət yetirilir. Ekspertlərin fikrincə, indi keçmişdəkindən də səviyyəli, müasir standartlara cavab verə biləcək infrastruktur yaradılacaq. Yaxın gələcəkdə bu bölgədə turizmin inkişafı üçün regional iqtisadi inteqrasiya layihələri reallaşacaq. Artıq Füzuli-Şuşa yolu istifadəyə verilib. Qarabağdan keçməklə Naxçıvanı və Türkiyəni özündə birləşdirən dəmir yolu xəttinin çəkilişi nəinki bölgəyə, bütövlükdə cənubi Qafqaza turizm axınını sürətləndirəcək. Digər tərəfdən yeni layihələrin icrası nəticəsində səyahətçilərin vaxt itkisi minimuma endiriləcək, sənədləşmə ilə bağlı məsələlər sadələşdiriləcək və əlavə xərclərin turistlər tərəfindən ödənilməsi aradan qaldırılacaq.

Xudafərin vasitəsilə İran, Naxçıvan üzərindən isə Türkiyə turistlərinin gəlməsi gözləniləndir. İşğaldan azad edilmiş ərazilərə bu iki istiqamətdən turist axını olacaq. Ölkəmizdə turizmin prioritet bazaları var ki, Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrinə əsasən müəyyən qurumlar tərəfindən bu istiqamətdə layihələr hazırlanır, zəruri tədbirlər həyata keçirilir.

Ölkə rəhbərinin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası hazırlanıb. Sözügedən sənədə görə, turizm məhsullarının hazırlanması həmin ərazilərdə turizm infrastrukturunun qurulması ilə paralel aparılacaq. Əlbəttə, turistlərin təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Əhalinin geri qayıdışı, yaşayışın və infrastrukturun bərpası ilə paralel olaraq orada turizm məhsulları da yaradılacaq.

Dövlət səviyyəsində, özəl sektor və alimlərin birgə səyi sayəsində Dağlıq Qarabağın həm təbii, həm də antropogen turizm resursları gündəmə gətirilir. Qarabağ dağlıq ərazi olduğundan dağ və alpinizm turizmi xüsusilə diqqətdədir. Bundan başqa, gəzintilər, aktiv və ekstremal turizmin inkişafı üçün biri-birindən maraqlı layihələr işlənib. İşğaldan azad edilmiş ərazilərdə infrastruktur bərpa olunduqca, ilk növbədə, Azərbaycan vətəndaşlarının həmin ərazilərə səfərləri nəzərdə tutulub. Xatırladaq ki, bu layihənin tərkib hissəsi kimi Bakı-Şuşa-Ağdam marşrutları üzrə ilk səfərlər təşkil edilmişdir. Bakı-Şuşa-Bakı avtobus reysi hələlik həftədə iki dəfə həyata keçirilir. Görünən odur ki, illərlə həsrətində qaldığımız yerləri gəzmək, görmək istəyənlərin sayı minlərlədir. İkinci böyük auditoriya potensialı xaricdə yaşayan Azərbaycan diasporu nümayəndələridir. İlk səfər marşrutunda səyahətçilərin sayı 400-ə yaxın olmuşdur. On milyondan çox azərbaycanlı, elə hər bir soydaşımız Azərbaycanın mədəni mərkəzinə çevrilmiş qədim Şuşanı görməkdə çox maraqlıdır.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!