23 Avqust 2011 12:08
931
SİYASƏT
A- A+
Qarabağın dərdləri

Qarabağın dərdləri

 

Bu gün Azərbaycanın əsas problemi 20 faiz torpaqların Ermənistan tərəfindən işğalı və bunun nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün olmasıdır.

İlham ƏLİYEV

İşğal tariximizin daha bir günü - 23 avqust 1993-cü il. Həmin gün Qarabağın ən böyük rayonlarından ikisi - Cəbrayıl və Füzuli bir günün içində erməni quldur dəstələri tərəfindən işğal edildi. İtirilən rayonlarımızın, kəndlərimizin sırasına daha ikisi əlavə olundu. O vaxt daxili çəkişmələrdən, qarşıdurmadan zəifləyən Azərbaycan adlı bir məmləkət, demək olar ki, hər gün, hər saat kəndbəkənd, şəhərbəşəhər - parça-parça itirilməkdə idi. Sanki sonu olmayacaq bu dəhşətli prosesdə Füzuli ilə Cəbrayılın itirilməsi nə birinci, nə də sonuncu oldu...

 

Cəbrayılın yaxın və uzaq tarixi

 

Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə  təşkil edilib. Kicik Qafqazın cənub-şərq ətəklərində yerləşir, Araz cayının sol sahilində cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 1050 kvadratkilometrdir.

XIX əsrdə Qarabağ vilayəti ləğv edildikdən sonra "parçala-hökm sür" prinsipindən çıxış edərək çar hökumətinin qərarı ilə 1841-ci ildə Cəbrayılın ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin tərkibinə qatılır.  1846-cı ildə isə o, yenidən Şuşa qəzasının tabeliyinə verilir. 1873-cü ildə Cəbrayıl və ona yaxın ərazilər Şuşa qəzasının tərkibindən cıxarılaraq bu dəfə Yelizavetpol quberniyasının tərkibinə qatılır, onun tərkibində ayrıca bir qəza -  Cəbrayıl qəzası yaradılır. Həmin vaxt qəzanın ərazisi 6,63 min kvadrat km, əhalisi 66360 nəfər olmaqla indiki Cəbrayıl, Füzuli, Xocavənd, Qubadlı və Zəngilan rayonlarının ərazisini əhatə edirdi.

1905-ci il "erməni-müsəlman" qarşıdurmasında ən çox zərər görən, eyni zamanda yüksək şücaət göstərən məhz bu bölgənin insanları idi. Kökə, torpağa bağlılıq və adət-ənənəyə, dinə sadiqlik buradakı insanları həmişə fərqləndirib. Bunu hələ bitməyən Qarabağ savaşı, bir də saysız-hesabsız şəhidlər bir daha sübut elədi...

1905-1918-ci illərdə bölgənin adı yenidən dəyişdirilir, bu dəfə onu Qaryagin qəzası adlandırırlar.

Bütün bunlardan sonra Cəbrayıl rayonu öz tarixinin ən ağır günlərini 1993-cü ildə yenidən yaşayır. 23 avqust 1993-cü ildə bu qədim yaşayış məskəni erməni qəsbkarları tərəfindən zəbt edilir. İşğal nəticəsində rayona 13928 milyon ABŞ dolları dəyərində ziyan dəyir. Cəbrayıllı məcburi köckünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində uzun müddət çadır şəhərciklərində, yük vaqonlarında və yataqxanalarda yaşamağa məcbur olurlar.

Birinci Qarabaq müharibəsində Cəbrayılın 52049 sakinindən 362 nəfəri şəhid,  191 nəfər isə əlil  olub. Dağıntıya məruz qalan sənaye və kənd təsərrüfatı obyektlərinin sayı 52, mədəni-maarif müəssisələri 149, kənd və qəsəbələri  91, tarixi abidələri 127-dir.

 

Füzulinin tarixi çox qədimdir

 

Cəbrayılla bir gündə işğal olunan Füzulidən danışarkən təkcə bir faktı demək kifayətdir: yalnız Azərbaycanın deyil, dünyanın ən qədim tarixə malik abidələrindən biri olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bilməyənlər bilsin:  Azıx mağarası indinin özündə də analoqu olmayan ilk insan məskəni kimi bəşər sivilizasiyasını hələ də heyrətləndirməkdədir.

Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər  düzənlik sahələri əhatə edən, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və qonşu İran İslam Respublikası ilə həmsərhəd olan Füzulinin tarixi çox qədimlərə gedib çıxır.

Hələ 1827-ci ildən bu bölgə Qarabulaq adı ilə tanınıb. 1930-cu ildə sovet hakimiyyəti bir sıra yaşayış məntəqələrimizin adını dəyişdirdiyi vaxt Qarabulağı da "unutmadı". Bu dəfə onun  adı "Qaryagin" rayonu oldu. Bu qondarma adı isə Qarabağın bu müqəddəs torpaqları 1959-cu ilə qədər daşımağa məcbur oldu.

İndiki adı isə böyük söz ustadı, Azərbaycan türk poeziyasının korifeyi olan Məhəmməd Füzuli ilə bağlıdır. Məhz M.Füzulinin anadan olmasının 400 illiyi şərəfinə onun adı dəyişdirilərək Füzuli rayonu adlandırıldı.

Rayon ərazisindəki Qaraköpəktəpə, Qarabulaq, Günəştəpə kurqanlarında, Quruçay sahillərində və digər yerlərdə  aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, bu yerlər Azərbaycanın ulu, qədim tarixini öz  sinəsində qoruyub saxlayan və dərin köklərə malik bir ərazidir.

Rayonun ərazisi 1386 kv.km, əhalisi 105 min nəfərdir. Rayonda iki şəhər,  75 kənd və digər yaşayış məntəqələri var. Bu yerlərdən axan Qusarçay, Köndələnçay, Qozluçay, Çərəkan çayı Araza tökülür.

İşğala qədər, yəni 23 avqust 1993-cü ilədək rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi. Ümumilikdə, 190 mədəni-maarif müəssisəsi, 94 kənd və qəsəbə, 40-dan çox tarixi abidə işğala məruz qalıb.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli sakinlərinin doğma torpaq uğrunda verdiyi itkiləri çoxdur. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib.

Rayon hələ də bitməyən bu savaşda 1100 nəfərdən çox şəhid verib. Yüzlərlə itkindən isə hələ də xəbər yoxdur.

Füzulidə bu gün 1500-ə yaxın əlil və şikəst var, erməni təcavüzündən 36361 nəfər uşaq zərər çəkib ki, onlardan da 155-i yetim qalıb.

Bu qocaların, qadınların, uşaqların, atasız-anasız yetimlərin qisas günü hələ qabaqdadır.

 

Bir daha yaddaşımızı vərəqləsək

 

Ermənistan silahlıları Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20 faizədək torpaqları zəbt edib, Horadiz-Zəngilan arasındakı 198 km-lik Azərbaycan-İran sərhədini ələ keçirib.

Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd itirilib.

Dağlıq Qarabağdan kənarda yerləşən yüzlərlə şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçib. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri:

yaşayış evləri - 102000,  ictimai binalar - 7000, ümumtəhsil məktəbləri - 693, səhiyyə obyektləri - 695, avtomobil yolları - 800 km, körpülər - 160, su kəmərləri - 2300 km, elektrik xətti - 15000 km, meşə sahəsi - 250 000 ha, əkin sahəsi - 200 000 ha, tarixi abidə və muzeylər - 487.

İlkin hesablamalara görə, bu savaşda Azərbaycana 60 milyard ABŞ dolları həcmində zərər dəyib. Bundan başqa, Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir (Qarabağ. Real tarix, faktlar, sənədlər. Bakı - 2005).

 

Bəxtiyar QARACA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!