06 Noyabr 2025 08:00
2800
CƏMİYYƏT
A- A+
Prezidentdən xoş müjdə

Prezidentdən xoş müjdə


Qarabağ və Şərqi Zəngəzurda bizim çox zəngin təbii resurslarımız var


Dünya iqtisadiyyatı sürətlə rəqəmsallaşır. Süni intellekt (Sİ) artıq elmi-fantastik filmlərin mövzusu olmaqdan çıxaraq, gündəlik həyatın, xüsusən də ticarət sektorunun ayrılmaz hissəsinə çevrilib. Mağazalarda alıcı davranışlarını təhlil edən sistemlərdən tutmuş, onlayn platformalarda fərdi təkliflər təqdim edən alqoritmlərə (yəni hər hansı bir problemi həll etmək və ya müəyyən bir məqsədə çatmaq üçün əməliyyatların dəqiq və məntiqi şəkildə təsviri) qədər  hər yerdə Sİ-nin izi görünür.

Bu texnologiya sayəsində şirkətlər müştərilərini  yaxşı tanıyır, satışlarını optimallaşdırır və bazar tendensiyalarını daha dəqiq proqnozlaşdıra bilirlər. Artıq rəqabət üstünlüyü yalnız məhsulun keyfiyyətindən deyil, həm də süni intellektdən nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır. Qlobal rəqabətin artdığı bir şəraitdə süni intellektdən istifadə edən müəssisələr bazarda üstün mövqe qazanır, resurslara qənaət edir və müştəri təcrübəsini yaxşılaşdırırlar. Bu səbəbdən ticarət əməliyyatlarında Sİ tətbiqi müasir iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi diqqət mərkəzindədir. 

Sİ ticarət proseslərinə müxtəlif səviyyələrdə inteqrasiya olunur. Ən geniş tətbiq sahələrindən biri müştəri davranışlarının analizidir. Böyük məlumat bazalarını təhlil edən Sİ insanların maraqlarını və xərcləmə meyillərini müəyyən edir. Nəticədə həm ənənəvi mağazalar, həm də onlayn platformalar hər bir müştəriyə fərdi yanaşma göstərir, alış vərdişlərinə uyğun təkliflər təqdim edir və endirim kampaniyalarını daha dəqiq planlaşdıra bilirlər.  Ehtiyatların idarə olunması, məhsul tələbatının proqnozlaşdırılması və logistik qərarların optimallaşdırılmasında  da Sİ böyük rol oynayır. Məsələn, bəzi iri ticarət şəbəkələri artıq süni intellektin köməyi ilə məhsul çatışmazlığını əvvəlcədən təxmin edir və anbar ehtiyatlarını vaxtında yeniləyirlər.

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) "World Trade 2025" hesabatına əsasən, kiçik və orta müəssisələrin təxminən 70 faizi hesab edir ki, Sİ tətbiq etməklə ticarət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Burada söhbət yalnız əməliyyat səmərəliliyinin artmasından getmir. Məsələnin kökündə həm də bazar tendensiyalarının təhlili, qiymət strategiyasının formalaşdırılması və müştəri davranışlarının dəqiq proqnozlaşdırılması dayanır ki, bu da  müəssisələrə daha çevik qərarlar qəbul etməyə, rəqabət üstünlüyü qazanmağa və satış strategiyalarını real vaxt rejimində optimallaşdırmağa imkan verir. Sİ ticarətdə insan faktorundan asılılığı azaldır, məlumatların daha dəqiq emalını təmin edir və sürətli qərarvermə imkanı yaradır. Bu, xüsusilə qlobal rəqabətin kəskinləşdiyi dövrdə müəssisələr üçün strateji üstünlük hesab olunur. Məsələn, süni intellektlə idarə olunan satış sistemləri real vaxtda bazar qiymətlərini izləyərək optimal satış strategiyasını müəyyənləşdirə bilir.

Sİ texnologiyaları artıq biznesin müşahidəçisi deyil, onun qərarvericisidir. O, bazar siqnallarını vaxtında tutur, resurs itkisini azaldır və idarəetməni daha çevik edir. Bu baxımdan süni intellektə sadəcə texnoloji yenilik demək  doğru olmaz. Bu texnologiyalar rəqabətqabiliyyətli iqtisadiyyatın mühüm tərkib hissəsi olmaqla, iqtisadiyyatın bütün sahələrində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Həmin  istiqamət Azərbaycanda da dövlət siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyində səsləndirdiyi fikirlər bu baxışın bariz nümunəsidir: "Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır və əlbəttə ki, biz burada Azərbaycan alimlərinin fəal iştirakını gözləyirik. Bu istiqamətdə aparılan digər islahatlar nəticəsində əldə edilmiş uğurlar rəqəmsallaşma ilə bağlıdır. Biz rəqəmsallaşmanı ölkəmizdə geniş miqyasda tətbiq edirik və bunun faydasını görürük. Yəni bəlkə də geniş ictimaiyyət bunu yaxından izləmir. Ancaq biz görürük ki, rəqəmsallaşma olan sahələrdə artıq işin keyfiyyətinin əmsalı da artır, səmərə də artır və nəticə etibarilə daha gözəl nəticələr hasil edilir. Ona görə təsadüfi deyil ki, artıq bir müddət bundan əvvəl bizim hökumət strukturunda nazirliyə "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi" adı verilmişdir və bu istiqamətdə də addımlar atılır".

"World Mining Data 2025" hesabatının nəticələrinə əsasən, Azərbaycanda Sİ texnologiyalarının inkişafı üçün strateji əhəmiyyət kəsb edən mineral ehtiyatlar sırasında qızıl, mis və gümüş mühüm yer tutur. Ölkənin dünya bazarındakı payı qızıl üzrə 0,08, mis üzrə 0,01, gümüş üzrə isə 0,02 faiz təşkil edir. Region miqyasında Gürcüstan gümüş, İran mis və gümüş, Qazaxıstan isə hər üç metal üzrə istehsal göstəriciləri ilə fərqlənərək beynəlxalq bazarda əhəmiyyətli mövqe qazanıb. Azərbaycanın strateji mineral ehtiyatları təkcə iqtisadi deyil, həm də texnoloji baxımdan böyük potensiala malikdir. Prezident İlham Əliyev AMEA-dakı çıxışında  bu fakta da toxunaraq, ölkənin təbii sərvətlərinin gələcək inkişaf üçün əhəmiyyətini belə ifadə edib: "Hesab edirəm ki, yaxın bir neçə ay ərzində bizə çox yaxşı xəbərlər gələcək. Bizim çox zəngin təbii resurslarımız var - qızıl, gümüş, mis yataqları, polimetal yataqlar. Onların aşkarlanması, kəşfiyyatı, işlənməsi bizə böyük xeyir gətirəcək, Qarabağ və Şərqi Zəngəzur regionlarımızda iş yerlərinin böyük sayda yaradılmasına gətirib çıxaracaqdır".

Beləliklə, süni intellekt artıq gələcəyin deyil, bu günün reallığıdır. Həmin reallıqdan maksimum fayda əldə etmək üçün resurslarımızı, elmi potensialımızı və innovativ yanaşmamızı birləşdirmək vacibdir. Azərbaycanın qarşısında duran əsas vəzifə imkanları iqtisadi üstünlüyə çevirmək və Sİ dövrünün regional liderlərindən biri olmaqdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!