12 İyul 2025 15:19
15085
Qəbullar
A- A+
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB

Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Suriya Ərəb Respublikasının keçid dövrü Prezidentini qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa rəsmi foto çəkdirdilər.

Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirdi.

Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğuladı.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırladı.

O, Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi. O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dedi.

Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğuladı.

Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.

Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi.

Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunuldu, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulandı ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.


X X X


Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə məhdud tərkibdə görüşü keçirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ekspertlər neft qiymətlərinin 140-150 dollara yüksələ biləcəyi barədə xəbərdarlıq edirlər  

12:36
13 Aprel

Sabah Bakı, Sumqayıt və Abşeronda bu ayın pensiyaları ödəniləcək

12:26
13 Aprel

Xınalıq yolundakı “qar divarları” - FOTOLENT

12:16
13 Aprel

Dövlət vəsaitlərinin bərpası istiqamətində 93,9 milyon manat icra olunub  

12:06
13 Aprel

Hesabat: Sudanda milyonlarla insan gündə bir dəfə qidalanaraq həyatda qalır

12:03
13 Aprel

Bu ilin I rübündə ölkədə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib

11:55
13 Aprel

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

11:49
13 Aprel

“Könüllülər Yurdu – Azərbaycan” layihəsi başa çatıb

11:47
13 Aprel

Avstraliyada ordu komandanı təyin edilən ilk qadın  

11:33
13 Aprel

“Atəşkəs” sona çatdı: Rusiya Ukraynaya dron zərbələri endirib

11:28
13 Aprel

Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar  

11:13
13 Aprel

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

11:08
13 Aprel

COVID-19-un ağciyər xərçəngi riskinə mümkün təsiri araşdırılıb

11:01
13 Aprel

Türkiyə 119 ölkədən 2700-dən çox FETÖ terrorçusunun ekstradisiyasını gözləyir

10:54
13 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:43
13 Aprel

Bəzi yerlərdə yağış yağır, Balakən-Şəki bölgəsində yağıntılar intensivdir – FAKTİKİ HAVA

10:38
13 Aprel

Dünya birjalarında neft bahalaşıb

10:32
13 Aprel

Brüssel Macarıstandakı seçkilərin nəticələrini müsbət qiymətləndirib

10:26
13 Aprel

İranın keçmiş vitse-prezidentinin oğlu ABŞ-də saxlanılıb və “yaşıl kart”ı ləğv edilib

09:54
13 Aprel

Tramp: ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır  

09:49
13 Aprel

ABŞ Prezidenti Roma Papası XIV Leonu İran və Venesuela ilə bağlı mövqeyinə görə tənqid edib  

09:48
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!