06 Mart 2026 15:30
746
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 

Azərbaycan Prezidenti İlham Əliyevin martın 5-də İranın Naxçıvana dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasında sərt çıxışı dünyanın aparıcı media orqanlarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, Almaniya mediası dövlətimizin başçısının çıxışından əsas məqamları işıqlandırıb. “Morgenpost”, “Börsen News”, “FLZ. News”, Tagesspiegel”, “Frankfurter Rundschau”, “Wirthschau Woche”, “Die Zeit”, “Ad Hoc News”, Cash”, Sarganserlander”, “Ostfriezen Zeitung” qəzet və portallarının materiallarında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında aeroportun, məktəb binasının və digər mülki obyektlərin dron hücuma məruz qaldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bu hücum sərt şəkildə pislənilib, həmçinin İran səfiri insidentlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan lideri İranın hücumunu “terror aktı” adlandırıb və onun göstərişi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına gətirilib.

Britaniya mediası Azərbaycan Prezidenti İlham Əliyevin İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumu barədə səsləndirdiyi fikirləri işıqlandırıb.

Britaniyanın “The Independent” nəşri yazır ki, Azərbaycan Prezidenti dron hücumlarından sonra ölkənin təhlükəsizliyinə təhdid yaradan qüvvələrə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini bəyan edib.

Nəşr Prezident İlham Əliyevin “Azərbaycanın gücünü sınayanlar “Dəmir yumruq”la əziləcək” sözlərinə yer verib. “The Independent” qeyd edir ki, dronlardan biri Naxçıvanda hava limanı terminalı yaxınlığında partlayıb. Həmçinin məktəb yaxınlığında baş verən partlayış nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Britaniyanın “Daily Mail” isə nəşri yazır ki, İran tərəfindən buraxılan dronlar Azərbaycanın ərazisinə düşərək partlayışlara səbəb olub. Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev hadisəni “terror aktı” kimi qiymətləndirərək Azərbaycanın cavab tədbirləri görmək hüququnu özündə saxladığını bildirib.

Qazaxıstan mediası da Azərbaycan Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb. “Orda.kz” nəşri Azərbaycan Prezidentinə istinadla Naxçıvan ərazisinə edilən dron hücumunun mülki obyektlərə zərər verdiyini bildirib.

“Ulysmedia.kz” yazır ki, dövlət başçısı İrandan izahat və üzr istəməyi tələb edib. Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycana qarşı terror hücumunu Bakının bundan əvvəlki bütün addımları fonunda həddindən artıq nankorluq aktı adlandırıb.

“Arbatmedia.kz” nəşri isə bildirir ki, Azərbaycan Prezidenti İran tərəfindən izahat tələb edib. Məqalədə o da qeyd olunur ki, dövlət başçısı Azərbaycanın İrana qarşı hər hansı əməliyyatda iştirakını istisna edib.

“Nur.kz” yazır ki, Azərbaycan Prezidenti İranın hücumundan sonra təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məqalədə vurğulanıb ki, Prezident İlham Əliyev İran tərəfindən Azərbaycana qarşı terror aktının törədildiyini bildirib.

İsveçin “Dagens Nyheter” nəşri yazır ki, Azərbaycan hakimiyyəti ölkə ərazisinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrə cavab vermək niyyətində olduğunu bəyan edib. Məlumatda qeyd olunur ki, Prezident İlham Əliyevin sözlərinə görə, ordu tam döyüş hazırlığı vəziyyətinə gətirilib və cavab tədbirləri hazırlamaq əmri alıb.

Vurğulanır ki, Bakıda bu hadisə Azərbaycana hücum kimi qiymətləndirilib və İrandan təcili izahat tələb olunub. İranın səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. Həmçinin məlumatda bildirilir ki, hakimiyyət orqanlarının məlumatına görə, insident nəticəsində dörd nəfər yaralanıb, belə ki, bir pilotsuz uçuş aparatı məktəb ərazisinə, digəri isə regionun ən böyük hava limanının yaxınlığına düşüb. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

Norveçin “Aftenposten” nəşri yazır ki, Naxçıvanda pilotsuz uçuş aparatları ilə bağlı insidentdən sonra Azərbaycan izahat vermək üçün İran səfirini çağırıb.

Nəşrdə, həmçinin bildirilir ki, Azərbaycan hakimiyyəti hadisə nəticəsində mülki şəxslərin zərər çəkdiyini, hava limanının binalarından birinin zədələndiyini açıqlayıb. Xarici İşlər Nazirliyində vurğulanıb ki, ölkə baş verənləri hücum kimi qiymətləndirir və “müvafiq cavab tədbirləri” görmək hüququnu özündə saxlayır. “Bildirilib ki, bu hadisə beynəlxalq hüquq normalarına ziddir və regionda gərginliyin artmasına səbəb olur”, – deyə məlumatda vurğulanır.

Rusiya telekanalları və nəşrləri də Azərbaycan Prezidentinin çıxışını geniş işıqlandırır. RF-nin “Birinci” kanalının saytında dərc olunan “Prezident Əliyev Naxçıvana dron hücumunu “çirkin əməl” adlandırıb” sərlövhəli materialda qeyd olunur ki, dövlət başçısı bu insidentlə bağlı Təhlükəsizlik Şurasının iclasında Azərbaycan dövlətinin bu çirkin terror aktını qətiyyətlə pislədiyini, onu törədənlərin dərhal məsuliyyətə cəlb edilməli olduğunu bəyan edib. Prezident əlavə edib ki, İran Azərbaycan tərəfinə izahat verməli və üzr istəməlidir.

“İzvestiya” qəzetinin “İlham Əliyev qoşunların döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib” sərlövhəli məqaləsində bildirilir ki, İran ərazisindən Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirən Azərbaycan Prezidenti deyib: “Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”. Diqqətə çatdırılıb ki, dövlət başçısı İranın bu addımını “Azərbaycan dövlətinə qarşı terror aktı” adlandırıb və Tehranın məsuliyyət daşıdığını bildirib. Prezident vurğulayıb: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”.

“Komsomolskaya Pravda” qəzeti “Azərbaycan Prezidenti Əliyev Naxçıvanda dron insidentini terror aktı adlandırıb” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycanın dövlət başçısı bu hücumu edənlərin məsuliyyətə cəlb olunmasını, habelə İranın Azərbaycandan üzr istəməsinin tələb edib. O əlavə edib ki, Müdafiə Nazirliyi və digər güc strukturları bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdır.

“Kommersant” qəzeti isə İranın Naxçıvana dron hücumu ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını dərc edib. Nəşr diqqətə çatdırıb ki, bu bəyanatdan əvvəl Prezident İlham Əliyev insidenti pisləyib, onu “çirkin terror aktı” adlandırıb və İranın Azərbaycandan üzr istəməli olduğunu bildirib.

Rusiyanın NTV, RTR, RT telekanallarının saytında yerləşdirilən videomateriallarda da Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana dron hücumu ilə bağlı fikirləri yer alıb. Materiallarda vurğulanıb ki, dövlət başçısı ölkəsinin İran müharibəsi ilə bağlı mövqeyini ifadə edərək deyib: “Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik”.

Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasında verdiyi bəyanatlar Rusiyanın “Arqumentı i faktı”, “Sputnik”, “News.ru”, “Yamal media”, “Vzqlyad.ru”, “Life.ru”, “Vedomosti.ru”, “Versia.ru”, “360.ru”, “Fontanka.ru”, “Osnmedia.ru”, “TVC.ru”, “VM.ru”, “Radio 1.ru”, “Qovorit Moskva.ru” və digər media orqanlarında geniş işıqlandırılıb.

Dövlətimizin başçısının çıxışı ərəb ölkələri mediasının da diqqət mərkəzində olub. “Dostor” və “Al Masr al Youm” nəşrlərinin dərc etdiyi “İranın Naxçıvana dron hücumundan sonra Azərbaycan Prezidenti bəyan etdi: “Qüvvələrimiz istənilən əməliyyatları həyata keçirməyə hazırdır” sərlövhəli məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın dronlar vasitəsilə Azərbaycana qarşı terror aktı törətdiyini deyib. Materialda vurğulanıb ki, Prezident Əliyev İranın bu insidentlə bağlı Azərbaycana izahat verməli və üzr istəməli olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Azərbaycan İrana qarşı əməliyyatlarda heç vaxt iştirak etməyib və etməyəcək.

Səudiyyə Ərəbistanının “Arab News” qəzetində dərc olunan məqalədə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü dörd nəfərin yaralanması ilə nəticələnən dron hücumlarından sonra İranı “terror aktı” törətməkdə ittiham edib. Materialda deyilir: “Bakı bildirib ki, günorta hücumları Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan anklavına daxil olan ən azı dörd pilotsuz təyyarə ilə bağlı olub. Prezident Əliyev təcili çağırılan Təhlükəsizlik Şurasının iclasında deyib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi”. O bildirib ki, Azərbaycan ordusuna cavab tədbirləri hazırlamaq və həyata keçirmək tapşırılıb”.

“Arab News” Azərbaycan Müdafiə Nazirliyinin İranın dron hücumu ilə bağlı məlumatını və Naxçıvanda yaralıların vəziyyəti haqqında informasiyanı da diqqətə çatdırıb.

“Azadlıq” radiosunun və BBC telekanalının fars dilində xidmətlərinin dərc etdikləri materiallarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumunu “terror aktı”” adlandırıb. Qeyd olunub ki, Azərbaycan liderinin sözlərinə görə, Tehran bu çirkin əmələ görə Bakıdan üzr istəməli və onu törədənləri cinayət məsuliyyətinə cəlb etməlidir.

“Elasoboa” ərəbdilli portalın məqaləsində isə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı qətiyyətli mövqeyini ifadə edib: “...istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar”. O əlavə edib ki, bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. “Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar”, -deyə Azərbaycan lideri vurğulayıb.

“Mc-Doualiya”, Tahia Masr” portallarının materiallarında qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı İranı səbəbsiz terror və təcavüz aktı törətməkdə ittiham edib və orduya cavab tədbirləri hazırlamaq və həyata keçirmək barədə göstəriş verib. Yazılarda Azərbaycan Müdafiə Nazirliyinin məlumatı və İran səfirinin XİN-ə çağırılması da diqqətə çatdırılıb.

“Khabarfoori” portalı dərc etdiyi geniş məqalədə diqqəti Azərbaycan Prezidentinin İranın Naxçıvana dron hücumu ilə bağlı çıxışının əsas məqamlarına çəkib. Müəllif qeyd edib ki, bu hücumu “terror aktı” və “çirkin əməl” adlandıran Prezident İlham Əliyev vurğulayıb: “Bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”.

“Khabarpu.com” saytında dərc olunan materialda diqqətə çatdırılıb ki Azərbaycan Prezidenti ölkəsinin İrana qarşı əməliyyatlarda heç vaxt iştirak etmədiyini və etməyəcəyini bəyan edib. Bununla belə, dövlət başçısı martın 5-də İranın Azərbaycanın Naxçıvan bölgəsinə dronlar vasitəsilə hücumunu qətiyyətlə pisləyib, onu “terror aktı” adlandırıb və bu hadisəni törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

“Alsumaria” portalı, “Mehr” və “Tasnim” xəbər agentliklərinin materiallarında bildirilib ki, Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın İrana qarşı hər hansı hərbi əməliyyatda iştirak etmədiyini və etməyəcəyini bəyan edib. Həmçinin diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasının Naxçıvan hava limanına bir neçə pilotsuz uçuş aparatının hücumundan İranın səfiri Müctəba Dəmirçilu Xarici İşlər Nazirliyinə çağırılıb”.

Türkiyənin “TRT World” beynəlxalq telekanalının saytında dərc olunan materialda qeyd edilib ki, martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Diqqətə çatdırılıb ki, Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

“TRT World”, həmçinin Prezident İlham Əliyevin İranın dron hücumu ilə əlaqədar keçirdiyi Təhlükəsizlik Şurasının iclasındakı çıxışının əsas məqamlarını dərc edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında

01:26
22 Aprel

“Elektron notariat” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 12 oktyabr tarixli 307 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:23
22 Aprel

“Qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Qaz paylayıcısı tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 215 nömrəli Qərarının ləğv edilməsi barədə

01:21
22 Aprel

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların öhdəlik daşıyan şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:20
22 Aprel

“Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli Qərarında dəyişiklik edilməsi və çağrı mərkəzi mövcud olmayan dövlət orqanlarında (qurumlarında) çağrı xidmətlərinin təşkili barədə

01:17
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Əlilliyi olan uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili" (Bakı, Sumqayıt və Abşeron rayonu istisna olmaqla respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:16
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili" (Respublikanın şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir

01:15
22 Aprel

Bahar Muradova: Sosial şəbəkələrin zərərlərinin aradan qaldırılması üçün səyləri birləşdirməliyik

23:09
21 Aprel

“Zirə” Azərbaycan Kubokunda finala yüksəlib

22:36
21 Aprel

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub  

22:19
21 Aprel

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazanıb  

21:29
21 Aprel

Xocalı soyqırımının beynəlxalq arenada tanıdılması məqsədilə yeni tərəfdaşlıq sənədi imzalanıb

21:16
21 Aprel

Dünyada neft qiymətlərində azalma müşahidə olunub

21:14
21 Aprel

Avstraliyada qaz vergisi ilə bağlı müzakirələr genişlənir

21:01
21 Aprel

“PlayStation”da yaş məhdudiyyəti

20:52
21 Aprel

Xarici işlər nazirləri ABŞ və İran arasındakı danışıqları müzakirə ediblər

20:43
21 Aprel

“Titanik”in yadigarı xilasedici jilet rekord qiymətə satılıb

20:31
21 Aprel

Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib

20:24
21 Aprel

Muxtar respublikanın Baş naziri: Naxçıvanda iqtisadi aktivlik və sosial sabitlik qorunub saxlanılıb  

20:01
21 Aprel

Ombudsman Aparatının nümayəndələri HHQ-nin hərbi hissəsində olublar

19:49
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!