Prezident hər şeyi vaxtında və məharətlə edir
İlham Əliyev 200 illik erməni avantürasını məhv etdi
İkiəsrlik erməni avantürası cəmi üç ilə diz çökdürüldü!
Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrildi...
Onilliklərin ardından Qarabağ və Şərqi Zəngəzura yeni həyat qayıtdı, viran qoyulmuş yurdlarımız cənnətə çevrilməyə başlandı, didərgin sakinlərimiz qayıdış köçləri ilə dədə-baba torpaqlarına üz tutdular.
Təcavüzkar Ermənistan "Qarabağ Azərbaycandır!" həqiqətini etiraf etməyə, ölkəmizin suveren ərazilərinin dəqiq ölçülərini dilə gətirməyə məcbur edildi.
Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bütün sərhədlərimiz boyu üçrəngli bayrağımız dalğalandırıldı.
Beynəlxalq Ədalət Məhkəməsinin Laçında Azərbaycana məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Ermənistanın tələbini yekdilliklə rədd etməsi ölkəmizin hüquq platformasında da təcavüzkar üzərində qələbə qazanması deməkdir.
Qarabağda aparılan antiterror tədbirləri nəticəsində isə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi.
Hər biri barədə cild-cild kitablar yazılacaq və xalqımızın milli maraqlarının təmini istiqamətində ardıcıllıqla qazanılan bu misilsiz zəfərlər, qalibiyyətlər, uğurlar cəmi üç il ərzində əldə olundu.
Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən qalib lider İlham Əliyevin əzmlə, qətiyyətlə, müdrikliklə, məharətlə və təmkinlə apardığı siyasətin nəticəsində Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də çıxdığı haqq yürüşünü 2023-cü il sentyabrın 20-də tarixin, hüququn, ədalətin təmin olunduğu zirvəyə çatdırdı.
Əski parçanızı da götürüb haradan gəlmisinizsə, oraya qayıdın
"İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi".
Bəli, 2023-cü il sentyabrın 20-də xalqa müraciətində Prezident İlham Əliyevin bəyan etdiyi kimi, illərdir sürdürülən sərsəm "Böyük Ermənistan" planları "dəmir yumruğ"un qətiyyətli zərbələri ilə alt-üst edildi.
Cari il sentyabrın 19-20-də Qarabağda uğurla həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi.
Qanunsuz xunta rejiminin "bayraq" adlandırdığı əski parçası isə xuntaçıların qoltuğuna verildi ki, haradan gəliblərsə, götürüb oraya getsinlər. Çünki Qarabağ Azərbaycan ərazisidir və burada kriminal rejim at oynada bilməz.
10 noyabr üçtərəfli Bəyanatında Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən biri silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarması ilə bağlıdır. Lakin 44 günlük Vətən müharibəsindən ötən müddət ərzində Bakının da dəfələrlə bu məsələ ilə bağlı narazılığını dilə gətirməsinə baxmayaraq, Ermənistan bəzi xarici havadarlarının dəstəyi ilə bu öhdəliyini yerinə yetirməkdən yayınırdı.
Ermənistan "dəmir yumruğ"un zərbəsini "unutduqca", Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığını da "yadından çıxarır", ölkəmizə qarşı siyasi, hərbi və digər təxribatlarını intensivləşdirirdi.
Hətta sarsaq ideologiyalı erməni lobbisinə, bəzi riyakar xarici ölkə və təşkilatlara güvənən İrəvan İkinci Qarabağ müharibəsi başa çatandan sonra, cari il sentyabrın 9-da Qarabağda qondarma "prezident seçkiləri"nə dəstək göstərmək kimi axmaq cürət nümayiş etdirmişdi.
Sentyabrın 19-da səhər saatlarında erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində mülki vətəndaşlarımızın və hərbçilərimizin mina terrorunun qurbanına çevrilməsi isə səbrimizi daşıran son damla oldu.
Cəmi 23 saat ərzində Ermənistana başa salındı ki...
Dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandıran Azərbaycan lokal xarakterli antiterror tədbirləri zamanı cəmi bir gün ərzində terrorçuları cəzalandırdı, xuntaçılara "ağ bayraq" qaldırtdırdı.
23 saat ərzində Ermənistana başa salındı ki, istənilən təxribatlarının Azərbaycan tərəfindən layiqli cavabı veriləcək və yerlərinə otuzdurulacaqlar.
Antiterror tədbirləri nəticəsində igid döyüşçülərimiz böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş Ermənistanın ordu bölmələrinin böyük hissəsini tamamilə məhv etdilər. Eyni zamanda hərbi texnika məhv edildi və sıradan çıxarıldı.
Xüsusi vurğulayaq ki, lokal xarakterli antiterror tədbirləri zamanı hərbçilərimiz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı.
Qarabağda aparılan antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu, bütün kommunikasiyalar, yollar, yüksəkliklər nəzarətə götürüldü. Bundan sonra bütün Qarabağ ərazisində Azərbaycan qanunları və siyasi hakimiyyəti təmin olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə görüş keçirildi.
Artıq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükü göndərilib.
Heç kim bizimlə ultimatum dilində danışa bilməz!
Prezident İlham Əliyevin böyük əzm və səylə milli maraqlarımızın təmini istiqamətində apardığı qətiyyətli siyasət xalqımıza ardıcıl qələbələr qazandırdı.
Qalib lider iki əsrdir ki, ermənilərin və havadarlarının arxasınca düşdükləri sərsəm "Böyük Ermənistan" planını, 200 illik erməni avantürasını darmadağın etdi.
Zəfər sərkərdəsi tarixi ərazilərimizə göz dikərək iki əsrdir xalqımızın qanına susayan faşizm xislətli erməni millətçilərinə və onların havadarlarına başa saldı ki, Azərbaycan heç zaman suveren ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.
Necə ki bunu sentyabrın 20-də xalqa müraciətində Müzəffər Ali Baş Komandan
İlham Əliyev qətiyyətlə bəyan etdi: "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!"
Yasəmən MUSAYEVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti sülhə xidmət etmir...
01 Dekabr
ABŞ Maliyyə Nazirliyi anti-Rusiya sanksiyalarını genişləndirib
01 Dekabr
İran "COP28" sammitində iştirakdan imtina edib
01 Dekabr
“Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak olub
01 Dekabr
Zambiya mədənində
01 Dekabr
“Ariane-6” raketi bu tarixdə uçacaq
01 Dekabr
İqlim dəyişikliyi nədir?
01 Dekabr
2 tona yaxın narkotik ələ keçirildi - ƏMƏLİYYAT
01 Dekabr
"Ukrayna ordusunun imkanlarını azaltmışıq" - Şoyqu
01 Dekabr
Daun sindromlu uşaqların bacarıqlarının təkmilləşdirilməsi
01 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!