28 May 2022 17:31
848
SİYASƏT
A- A+
Praqada Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Praqada Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyi tərəfindən qəbul keçirilib. Qəbulda Çexiya parlamentinin deputatları, Çexiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri və üzvləri, bu ölkənin sabiq Baş naziri Petr Neças, Çexiya Xarici İşlər Nazirliyi və digər dövlət strukturlarının, siyasi partiyaların nümayəndələri, habelə Çexiyada akkreditə olunmuş 40-dan artıq diplomatik nümayəndəliyin rəhbərləri və əməkdaşları, ictimaiyyətin görkəmli simaları və soydaşlarımız iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, ümumilikdə 200-dən artıq qonağın iştirak etdiyi tədbirdə, əvvəlcə Çexiya və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Təntənəli şəkildə təşkil olunan qəbul mərasimi rəsmi və bədii hissədən ibarət olub.

Rəsmi hissədə Azərbaycan Respublikasının Çex Respublikasındakı səfiri Adış Məmmədov çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri və dövlət müstəqilliyimizin bərpası barədə geniş məlumat verib. Səfir bu gün Avropanın yüksək demokratik dəyərlərin hakim olduğu əksər dövlətlərinin o dövrdə qadınlara parlament seçkilərində iştirak hüququ vermədiyi halda, Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara bu hüququ təmin etdiyini qeyd edib və Azərbaycan cəmiyyətinin çoxmillətli və fərqli dinlərin mövcud olduğu tolerant bir cəmiyyət olduğunu diqqətə çatdırıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbənin dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını ifadə edən səfir, Cənubi Qafqazda sülhün və sabitliyin tərəfdarı olan Azərbaycanın yeni dövrdə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətləri üçün yeni səhifə açmaq istəyini qeyd edib. Azərbaycan hökumətinin artıq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması layihələri üzərində işlədiyini vurğulayan A.Məmmədov, işğal müddəti ərzində Ermənistan tərəfindən dağıdılmış Azərbaycana aid yüzlərlə mədəni və dini irs nümunələrinin bərpa edildiyini, yeni infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Səfir A.Məmmədov Azərbaycan və Çexiya arasındakı münasibətlər haqqında da danışıb. İki ölkə arasındakı münasibətlərin qarşılıqlı hörmət və qarşılıqlı faydalı əməkdaşlığa söykəndiyini qeyd edən səfir, Azərbaycanın Cənubi Qafqazda Çexiyanın ən böyük ticarət tərəfdaşı olduğunu, 2015-ci ildə Prezident Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə iki ölkə arasındakı münasibətlərin yeni bir müstəviyə - strateji tərəfdaşlıq müstəvisinə keçdiyini vurğulayıb. Sonda A.Məmmədov bu ilin iyul ayından başlayaraq Çex Respublikasının Avropa İttifaqı Şurasına sədrlik edəcəyini xatırladaraq, Çexiya tərəfinə uğurlar arzulayıb və Çex hökumətinin Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu ifadə edib.

Tədbirdə dövlət müstəqilliyimizin bərpası tarixinə dair, habelə 44 günlük Vətən müharibəsi və ölkəmizin hərbi qüdrətini tərənnüm edən, eləcə də Azərbaycanın zəngin mədəniyyətini və görməli yerlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Rəsmi hissədən sonra mərasim rəngarəng bədii proqramla davam edib. Azərbaycandan dəvət edilmiş caz ifaçıları, əməkdar artist, bəstəkar Rain Sultanov (saksafon) və pianoçu Əfqan Rəsul, Plzen Konservatoriyasında təhsil alan, gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli tərəfindən ifa edilən musiqi nömrələrinin sədaları altında qonaqlara Azərbaycan milli mətbəxinin nemətləri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!