10 İyul 2026 17:47
190
SİYASƏT
A- A+
Politoloq: Prezident İlham Əliyevə yüksək etimadın əsasında milli maraqlara söykənən siyasət dayanır

Politoloq: Prezident İlham Əliyevə yüksək etimadın əsasında milli maraqlara söykənən siyasət dayanır


Müasir siyasi sistemlərdə dövlət hakimiyyətinin dayanıqlılığı təkcə idarəçilik institutlarının mövcudluğu ilə deyil, həm də həmin institutlara və siyasi rəhbərliyə olan ictimai etimadla müəyyən olunur. Siyasi nəzəriyyədə legitimlik anlayışı xalqın dövlət hakimiyyətini qəbul etməsi, onun qəbul etdiyi qərarlara etimad göstərməsi və dövlətin milli maraqları müdafiə etmək qabiliyyətinə inanması ilə sıx bağlıdır. Bu baxımdan ictimai rəy sorğuları cəmiyyətdə formalaşan siyasi münasibətlərin, vətəndaşların dövlət idarəçiliyinə baxışının və hakimiyyətlə xalq arasında mövcud olan etimadın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevə yüksək etimadın əsas səbəblərindən biri onun dövlət siyasətində milli maraqları prioritet hesab etməsi ilə əlaqəlidir. Hazırkı beynəlxalq münasibətlər sistemində dövlətlərin qarşılaşdığı əsas problemlərdən biri qlobal siyasi və iqtisadi proseslərlə milli maraqlar arasında düzgün balansın qorunmasıdır. Azərbaycanın enerji siyasəti, nəqliyyat layihələri, regional əməkdaşlıq təşəbbüsləri və beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi mövqe göstərir ki, ölkə xarici siyasətini hər hansı güc mərkəzinin təsiri altında deyil, öz milli maraqları çərçivəsində formalaşdıra bilib.

Siyasi elmdə qəbul olunmuş əsas prinsiplərdən biri də odur ki, hakimiyyətin əsas legitimlik mənbəyi xalqdır. Azərbaycan Konstitusiyasında da hakimiyyətin yeganə mənbəyinin xalq olduğu təsbit edilib. Bu prinsip dövlət-vətəndaş münasibətlərinin hüquqi əsasını təşkil edir. Hakimiyyətlə xalq arasında qarşılıqlı etimadın mövcudluğu dövlət idarəçiliyinin səmərəliliyini artırır. Vətəndaşların dövlət rəhbərinin qəbul etdiyi qərarların milli maraqlara xidmət etdiyinə inanması sosial sabitliyi möhkəmləndirir, dövlət institutlarına inamı artırır və milli həmrəyliyi gücləndirir.

"Prezident İlham Əliyevin müxtəlif çıxışlarında dəfələrlə vurğuladığı kimi, həyata keçirilən siyasətin əsas dayağı Azərbaycan xalqının dəstəyidir. Dövlətimizin başçısının regionlara müntəzəm səfərləri, vətəndaşlarla birbaşa ünsiyyəti, sosial layihələrin həyata keçirilməsi və ictimai əhəmiyyət kəsb edən məsələlərə operativ münasibət göstərilməsi xalq-hakimiyyət münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Tarixdən bizə məlumdur ki, dövlətlərin uğuru, həmçinin onu idarə edən rəhbərin liderlik potensialı ilə də çox bağlıdır. Liderin siyasi iradəsi, strateji baxışı, diplomatik bacarığı və böhran şəraitində düzgün qərarlar qəbul etmək qabiliyyəti də dövlətin inkişafına birbaşa təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, müxtəlif beynəlxalq platformalarda ölkənin maraqlarının müdafiəsi, çoxtərəfli diplomatiyada fəal iştirakı və regional təşəbbüslərin irəli sürülməsi onun liderlik keyfiyyətlərinin siyasi aspektdən qiymətləndirilməsinə əsas verir.

Dövlətin siyasi nüfuzu həm də onun iqtisadi potensialı ilə müəyyən olunur. Güclü iqtisadiyyat olmadan nə müasir ordu qurmaq, nə sosial rifahı yüksəltmək, nə də müstəqil xarici siyasət həyata keçirmək mümkündür. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi dövründə iqtisadi təhlükəsizliyin dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi ictimai etimadın formalaşmasına təsir göstərən mühüm amillərdəndir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadi güc hərbi gücün əsasını təşkil edir. Bu prinsip Azərbaycanın müdafiə siyasətində də öz əksini tapıb. Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsi, maddi-texniki bazasının daha da gücləndirilməsi, müasir silah sistemlərinin alınması və hərbi infrastrukturun yenilənməsi dövlətin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb", - deyə Y.Hacızadə vurğulayıb.

Politoloq qeyd edib ki, müasir beynəlxalq münasibətlər sistemi dərin geosiyasi dəyişikliklər dövrünü yaşayır. Dünyanın müxtəlif regionlarında silahlı münaqişələrin, terror təhlükəsinin, transmilli cinayətkarlığın, iqtisadi böhranların və enerji təhlükəsizliyi problemlərinin artması dövlətlərin daxili sabitliyinin qorunması hər bir ölkənin strateji məqsədidir. Belə bir şəraitdə Azərbaycanda ictimai-siyasi sabitliyin qorunması, dövlət institutlarının fasiləsiz fəaliyyəti və milli təhlükəsizliyin təmin olunması vətəndaşların dövlətə olan inamını gücləndirir.

“İctimai etimad təsadüfi və ya qısamüddətli proses nəticəsində formalaşmır. O, uzun illər ərzində həyata keçirilən siyasi, iqtisadi, sosial və təhlükəsizlik siyasətinin cəmiyyət tərəfindən qiymətləndirilməsi nəticəsində yaranır",- deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İqtisadi Şuranın iclası keçirilib

21:55
10 İyul

Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub 

21:52
10 İyul

Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib

20:57
10 İyul

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib

20:54
10 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib

19:53
10 İyul

Rəcəb Tayyib Ərdoğan: Türkiyə yeni münasibətlər sisteminin qütblərindən birinə çevrilməyi hədəfləyir

19:49
10 İyul

Hüseyn Cavidin ev-muzeyində ədibin həyat və yaradıcılığına aid 10 mindən çox eksponat qorunur

19:27
10 İyul

Tramp: İran bizdən danışıqları davam etdirməyimizi istəyib

19:24
10 İyul

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

19:21
10 İyul

Azərbaycan ilə Latviya arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir

18:43
10 İyul

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları ölkələrinə təhvil veriliblər

18:30
10 İyul

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:28
10 İyul

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında səkkiz məsələyə baxılıb

18:25
10 İyul

Bu ilin 6 ayında Azərbaycan kinoteatrlarında 18 yerli film nümayiş olunub

18:23
10 İyul

Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan yığmalarının heyəti açıqlanıb

18:20
10 İyul

Bakıda və İsmayıllıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

18:17
10 İyul

İqtisadiyyat nazirinin birinci müavini Balakəndə vətəndaşların müraciətlərini dinləyib

18:15
10 İyul

Türk ekspert: Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında rolu artır

18:13
10 İyul

Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

18:10
10 İyul

“Qaradağ Şüşə Zavodu” ASC özəlləşdirilib

18:07
10 İyul

Fransada isti hava şəraiti ilə əlaqədar Orsec planı işə salınıb

18:05
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!