20 May 2025 18:05
562
CƏMİYYƏT
A- A+
Plenar iclasın iştirakçısı: Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir  

Plenar iclasın iştirakçısı: Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir  


Korrupsiya qarşısı alınmalı olan əsas qlobal çağırış olaraq qalır. Bu tədbir korrupsiyaya qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Madaqaskarın Müstəqil Antikorrupsiya Ofisinin Baş direktoru Qabi Nestor Razakamanantsoa deyib.

"Bu tədbirdə iştirak etmək təşkilatımız üçün böyük şərəfdir. Öz adımdan və təşkilatımız adından Qlobal Əməliyyat Şəbəkəsinə və Azərbaycan Prokurorluğuna dərin minnətdarlığımı bildirirəm", - deyə Madaqaskar təmsilçisi vurğulayıb.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!