26 May 2023 17:26
395
Elm və texnika
A- A+

"PlayStation" yeni əl konsolunu təqdim edib

 

Texnologiya nəhəngi "Sony"yə məxsus "PlayStation" konsolunun yeni versiyası təqdim edilib. “Əl konsolu” kimi təqdim edilən model "Steam Deck"ə rəqib olacaq. Model "Sony"nin xüsusi oyun idarəçisi "DualSense"ə oxşarlığı ilə diqqət çəkib. 
Məlumata görə, "Project Q" Wi-Fi vasitəsilə "PlayStation 5"ə qoşula bilər. Bu yolla istifadəçilər əl konsolundan "PlayStation" oyunlarını oynaya bilərlər. 
"PlayStation"ın baş direktoru Cim Ryan yeni əl konsolu ilə bağlı bunları deyib:
"İnnovasiya bizim ehtirasımızdır və bu, təkcə hansı oyunları oynamağınızla deyil, həm də onları necə oynamağınıza bağlıdır. Bu ilin sonunda PS5-dən Wi-Fi vasitəsilə istənilən oyunu yayımlamağa imkan verən cihaz hazırlayacağıq". "Project Q" səkkiz düymlük "HD displey" və "DualSense" simsiz qolunun bütün düymələri və funksiyalarını təqdim edəcək. Biz yaxın gələcəkdə daha çox məlumat paylaşmağı səbirsizliklə gözləyirik."


Səbuhi Bayramov,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video