20 Dekabr 2025 08:50
159
İQTİSADİYYAT
A- A+
Özünüməşğulluq proqramı köməyə gəlir

Özünüməşğulluq proqramı köməyə gəlir


Təkcə cari ilin 11 ayında 4300-dən çox işaxtaran bu proqram çərçivəsində  aktivlərlə təmin olunub


Prezident İlham Əliyevin apardığı sosial siyasət daha çox insanın rifahının yaxşılaşdırılmasına yönəlib. Bu istiqamətdə icra edilən islahatların əsas məqsədi dövlətin imkanlarından hər bir vətəndaşın faydalanmasına şərait yaratmaqdır. İslahatların şaxələndirilməsi və qanunvericilik bazasının təkmilləşdirilməsi isə vətəndaşlara səmərəli sosial xidmətlərdən yararlanmağa imkan verir.

Dövlətin sosial sahədə həyata keçirdiyi islahatların hədəflərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Çünki bu, insanların sosial rifahının yaxşılaşmasında önəmli rol oynayır. Xüsusən özünüməşğulluq proqramı çərçivəsində şəxsi kiçik biznesin yaradılması daha faydalıdır. Bu imkandan istifadə edən vətəndaş təkcə özünün deyil, ailə üzvlərinin də məşğulluğunu təmin etmiş olur. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərə istehsal və xidmət sahələrində kiçik biznes fəaliyyətinə başlamaq üçün 28 istiqamət üzrə zərflər təqdim edilir. Bu zərflər vətəndaşların müxtəlif sahələrdə peşəkar fəaliyyət göstərmələrinə, peşə bacarıqlarını gəlirli biznesə çevirmələrinə və əmək bazarında öz mövqelərini gücləndirmələrinə şərait yaradır.

Proqram çərçivəsində təqdim edilən zərflərin tərkibi və istiqamətləri əmək bazarının araşdırılması, mövcud tələbatın qiymətləndirilməsi nəticəsində müəyyən edilir və mütəmadi təkmilləşdirilir. Öz biznes ideyasını reallaşdırmaq istəyən şəxslər özünüməşğulluq proqramına müraciət edərək təqdim olunan imkanlardan faydalana bilirlər. Təkcə cari ilin 11 ayı ərzində 4329 nəfər istehsal və xidmət istiqamətləri üzrə aktivlərlə təmin ediliblər.

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra işğaldan azad olunan ərazilərdə nəhəng sosial quruculuq layihələri həyata keçirilir. Doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın geri dönməsi üçün həmin ərazilərdə  şəhər və kəndlər bərpa edilir və yeniləri salınır. Yurdlarına qayıdan soydaşlarımızın məşğulluğunun təmin edilməsi də unudulmur. Bu istiqamətdə dövlət-özəl sektor tərəfdaşlığı proqramlarının icrası xüsusi əhəmiyyət daşıyır. Çünki dövlətin bütün vətəndaşları onun tabeliyində olan qurumlarda işlə təmin etmək imkanı yoxdur və o üzdən özəl sektorla əməkdaşlıq edib maliyyə yükünün bölüşdürülməsi ilə bu məsələni həll etmək mümkündür. 

Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş keçirilib. Vurğulanıb ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində proqramlar daim genişləndirilir və bu məqsədlə işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirilməsi diqqətdə saxlanılır. Nazirlik bölgələrə köçürülən vətəndaşların məşğulluğunun təminatı sahəsində aparılan işləri davam etdirir. Həmin vətəndaşlar hələ köçürülməzdən əvvəl onlarla görüşlər keçirilərək məşğulluq imkanları qiymətləndirilir. Köçürüldükdən sonra isə onlar məşğulluq proqramlarına (işədüzəltmə, özünüməşğulluq proqramı, peşə hazırlığı və s.) cəlb edilirlər.

"Böyük qayıdış" proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərinin təşkilini davam etdirir və bu məqsədlə mütəmadi olaraq əmək yarmarkaları keçirir. Növbəti əmək yarmarkası Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində təşkil olunub. 14 işəgötürənin iştirakı ilə keçirilmiş yarmarkada İT üzrə mütəxəssis, aşpaz, bağ fəhləsi, qaz paylayıcı stansiyanın operatoru, qeydiyyatçı, sürücü, anbardar, gözətçi, çilingər və s. peşələr olmaqla ümumilikdə 103 vakansiya təqdim edilib.

Qarabağ və Gəncə-Daşkəsən Regional Məşğulluq filialları tərəfindən keçirilmiş aktiv məşğulluq tədbirlərində isə 44 işəgötürən tərəfindən ümumilikdə 400-ə yaxın vakansiya təqdim olunub. Vakansiyalara müraciət edən şəxslərə işə qəbul tələbləri barədə məlumat verilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasında beynəlxalq əlaqələrin qurulması və onlarla əməkdaşlıq edilməsi də vacibdir. Belə əməkdaşlıq hesabına beynəlxalq təşkilatlardan və Dünya Bankından müəyyən məbləğdə vəsait cəlb etməklə özünüməşğulluq proqramları ilə əhalinin işlə təminatını yaxşılaşdırmaq mümkündür. Bunun üçün dünyada qəbul edilən müəyyən standartların ölkəmizdə tətbiqi tələb olunur. Belə standartlardan biri də ICO 9001:2015-dir. Odur ki, Dövlət Məşğulluq Agentliyi fəaliyyətinin ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğunlaşdırılmasına başlayıb. Bu, standart qurumda idarəetmənin səmərəliliyinin artırılmasını, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini, vətəndaş məmnunluğunun təmin olunmasını və fəaliyyətin şəffaf, ölçülə bilən göstəricilər əsasında aparılmasını nəzərdə tutur. Artıq İsveçrənin nüfuzlu sertifikatlaşdırma qurumu olan "Swiss Approval" tərəfindən agentlikdə sertifikatlaşdırma auditi keçirilib. Audit çərçivəsində təşkil edilən rəsmi görüşdə qonaqlara məlumat verilib ki, sözügedən standartın tətbiqinin qurumda idarəetmə proseslərinin optimallaşdırılması, xidmətlərin beynəlxalq tələblərə uyğunlaşdırılması və inkişafının sürətləndirilməsi baxımından əhəmiyyətli işlər görülüb.

Xatırladaq ki, bundan əvvəl Dövlət Məşğulluq Agentliyi Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi" standartı üzrə sertifikata layiq görülmüşdür.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti bahalaşıb  

10:11
20 Dekabr

Qrossi: İran uran ehtiyatları və nüvə obyektlərinin vəziyyəti barədə BAEA-ya məlumat verməyib  

10:09
20 Dekabr

Londonda Azərbaycan-Britaniya peşəkarları arasında süni intellekt mövzusunda konfrans keçirilib  

10:08
20 Dekabr

Media: ABŞ Qəzzanın yenidən qurulması üçün 112 milyard dollarlıq layihə hazırlayır  

10:06
20 Dekabr

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

10:02
20 Dekabr

ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb

09:33
20 Dekabr

Bilmək istəyirəm

08:55
20 Dekabr

Özünüməşğulluq proqramı köməyə gəlir

08:50
20 Dekabr

Naxçıvan "yaşıl gələcək" qurur

08:45
20 Dekabr

İqtisadi fayda və sülh mesajı

08:40
20 Dekabr

Azərbaycan sülh və humanizm siyasətini növbəti dəfə nümayiş etdirdi

08:35
20 Dekabr

Aİ-nin Ermənistanla strateji gündəliyi təəssüf doğurur

08:30
20 Dekabr

Avropa İttifaqı "dəyərlərin tənəzzülü" prosesində boğulur

08:25
20 Dekabr

İmzalar içində imza olmağın qüruru

08:20
20 Dekabr

Ermənistanda kilsə-hakimiyyət qarşıdurması gərginləşir

08:15
20 Dekabr

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında

08:10
20 Dekabr

Parlament amnistiya aktını qəbul etdi

08:05
20 Dekabr

Müstəqillik tariximizin ən böyük amnistiyası

08:00
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!