09 İyul 2026 15:24
151
CƏMİYYƏT
A- A+
Ötən 6 ayda 15 min 420 cinayət qeydə alınıb

Ötən 6 ayda 15 min 420 cinayət qeydə alınıb


İyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib. Beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin etibarlı təmin olunduğunu, qanunla müəyyən edilmiş funksiyaların digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıqla icra edildiyini vurğulayıb. Qarşıda mühüm vəzifələrin dayandığını da diqqətə çatdıraraq onların ətraflı müzakirəsinin, eləcə də xidməti fəaliyyətin təkmilləşdirilməsi məqsədilə əlavə təşkilati tədbirlərin müəyyənləşdirilib həyata keçirilməsinin vacibliyini qeyd edib.

İclasda hesabat məruzəsi və məruzəətrafı çıxışlar dinlənilib.

Hesabat məruzəsində vurğulanıb ki, ötən 6 ayda əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 15 min 420 cinayət qeydə alınıb və onların 95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub, 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növləri təşkil edib.

2025-ci ilin 6 ayı ilə müqayisədə ümumi cinayətlər 8,6, ağır və xüsusilə ağır cinayətlər 6,5, mülkiyyət əleyhinə olanlar 15,3, onlardan oğurluqlar 11,5, dələduzluqlar 16,8, soyğunçuluqlar 8,8, quldurluqlar 44,2, hədə-qorxu ilə tələb etmələr 10,5, habelə xuliqanlıqlar 12,5, yetkinlik yaşına çatmayanların cinayətləri 15,3, ailə münaqişəsi zəminində törədilənlər 3,5, qrup halında baş verənlər 16,6 faiz, odlu silahın tətbiqi ilə törədilənlər 3 fakt, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz, qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı 9 faiz azalıb.

Cinayətlərin açılması 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilənlərin açılması 2,5 faiz, mülkiyyət əleyhinə olanların açılması 4,4 faiz, onlardan oğurluqların açılması 10,7 faiz, dələduzluqların açılması 1,2 faiz yaxşılaşıb, adam oğurluğu və avtonəqliyyat vasitəsinin qaçırılması cinayətlərinin açılması tam təmin edilib.

Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə cinayətlərin 93,9 faizi, o cümlədən prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 218 və görülmüş operativ cavab tədbirləri ilə 3, 013 cinayət açılıb, eləcə də 4474 hüquqazidd əməlin qarşısı alınıb. Müxtəlif cinayətlər törətmiş 6887 şəxs məhkəmə məsuliyyətinə verilib. İstintaqdan və təhqiqat orqanlarından yayınan 4282, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 645 təqsirləndirilən şəxs tutulub. Axtarış işinin nəticələri 3 faiz yaxşılaşaraq 82,7 faizə yüksəlib.

Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, 3088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.

Qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm funksiyaların icrası da davam etdirilərək 3889 şəxsin qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti öz qanuni həllini tapıb. Nazirliyə daxil olmuş müraciətlər operativ araşdırılaraq hər biri təşəbbüskarların hüquqları izah edilməklə yazılı cavablandırılıb.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik Vilayət Eyvazov xidməti vəzifələrin və qarşıya qoyulan tapşırıqların hesabat dövründə bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində əldə olunan müsbət nəticələrin inkişaf etdirilməsi üçün fəaliyyətin effektivliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Həmçinin vətəndaş məmnunluğunun təmin edilməsinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas vəzifələrdən olduğunu vurğulayaraq, cinayətlərin qarşısının alınması, açılması, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, müraciətlərə baxılması və vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq

17:18
09 İyul

Azərbaycan güclü dövlət, qalib xalq və qətiyyətli lider vəhdəti ilə irəliləyir

17:15
09 İyul

Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

17:12
09 İyul

Altı ayda 226,3 milyon manat məbləğində ipoteka krediti verilib

17:08
09 İyul

Qazaxdan Şuşaya uzanan poeziya bayramı: növbəti Vaqif Poeziya Günləri başlayır

17:05
09 İyul

Ankara Afinanı gərginlik ritorikasından çəkinməyə çağırıb

17:00
09 İyul

Hicran Hüseynova: Məqsəd uşaqların müasir texnologiyalardan təhlükəsiz istifadəsi üçün mühit yaratmaqdır

16:56
09 İyul

Qazaxıstanda nəqliyyat və logistika sərgisi keçiriləcək

16:53
09 İyul

Azərbaycan Universitetinin tədris proqramlarına yeni fənlər daxil edilib

16:50
09 İyul

Moldova nümayəndə heyəti “DOST Çağrı Mərkəzi 142”nin fəaliyyəti ilə tanış olub

16:48
09 İyul

“Deepfake” və süni intellektəsaslı dezinformasiya hibrid təhdid arsenalının tərkib hissəsidir

16:45
09 İyul

Deputat: Azərbaycanın strateji mövqeyi fiber-optik dəhlizlərin inkişafı üçün böyük potensial yaradır

16:42
09 İyul

Günay Əfəndiyeva: Azərbaycan diplomatiyası universal dəyərlərə, humanizmə sadiqdir

16:09
09 İyul

İngiltərədə qızılca xəstəliyindən daha bir nəfər həyatını itirib, yoluxmalar artır

16:00
09 İyul

Almaniyada İŞİD-in üzvü olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

15:57
09 İyul

Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb

15:54
09 İyul

Azərbaycan neft-qaz və bərpaolunan enerji təcrübəsini Zimbabve ilə bölüşəcək

15:51
09 İyul

FHN: Balakən və Ağstafada su dolmuş ərazilərdə zəruri tədbirlər davam etdirilir

15:49
09 İyul

MİQ müsabiqəsinə 46 mindən çox müraciət daxil olub

15:30
09 İyul

“AzərEnerji” və Dünya Bankı enerji sahəsində əməkdaşlıq perspektivlərini dəyərləndirib

15:27
09 İyul

Ötən 6 ayda 15 min 420 cinayət qeydə alınıb

15:24
09 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!