04 Avqust 2024 02:54
542
CƏMİYYƏT
A- A+
"New York Times"da Azərbaycanın COP29-a sədrliyinə həsr olunmuş məqalə dərc edilib

"New York Times"da Azərbaycanın COP29-a sədrliyinə həsr olunmuş məqalə dərc edilib

 

ABŞ-nin nüfuzlu "New York Times" nəşrində Azərbaycana və ölkəmizin COP29-a sədrliyinə həsr olunmuş "Dağlıq kurort, şərab, qoyun kababı və çoxlu iqlim söhbətləri" başlıqlı məqalə dərc edilib.

AZƏRTAC-ın xəbərinə görə, məqalədə bildirilir ki, bir neçə gün əvvəl şərab ölkəsi olan Azərbaycanda, Qafqazın ətəklərinə mənzərəsi olan hoteldə dünyanın aparıcı iqlim diplomatları qlobal istiləşmə ilə mübarizə və onun təsirlərindən ən çox əziyyət çəkən yoxsul və həssas ölkələrə yardım üçün böyük miqdarda pulların necə ayrılacağını müzakirə etmək üçün bir araya gəliblər. Müəllif görüşün noyabrda Bakıda keçiriləcək COP 29 konfransına hazırlıq xarakteri daşıdığını bildirib.

"Əvvəlki sammitlərdə dünya ölkələri var gücləri ilə iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlər, əsasən də bəşəriyyətin mədən yanacağından asılılığının mümkün qədər tez aradan qaldırılması barədə razılığa gəlməyə çalışıb. Ötənilki tədbirdə dünya bu barədə razılıq əldə edib. Lakin bu yalnız kağız üstündədir. Bu nə qədər vəsait tələb edir, kim ödəyəcək?" - deyə müəllif COP 29-da məhz bu məsələlərə aydınlıq gətiriləcəyini əlavə edib.

Müəllif yazır ki, iqlim dəyişikliyinin təsirlərindən əziyyət çəkən daha yoxsul ölkələr zəngin ölkələrdən enerji keçidlərini sürətləndirməyə kömək etmələrini istəyir. On il əvvəl Parisdə keçirilmiş iqlim sammitində imzalanmış razılaşmaya əsasən, bu zəngin ölkələr Avropa ölkələri, ABŞ, Kanada, Yaponiya, Avstraliya və Yeni Zelandiyadır.

"Lakin bu siyahı 1990-cı illərin əvvəllərindəki inkişaf səviyyələrinə əsaslanırdı və o vaxtdan bəri dünya çox dəyişib. Siyahıdakı ölkələr sonradan zənginləşmiş dövlətlərin, o cümlədən Çin, Sinqapur və Səudiyyə Ərəbistanı kimi ölkələrin siyahıda yer almamasını ədalətsizlik adlandırır", - deyə qeyd olunur.

Müəllif əlavə edir ki, Bakıda keçiriləcək sammit zamanı "İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət məqsədi" adlı paketin imzalanması planlaşdırılır.

Müəllif "New York Times"ın qlobal enerji və iqlim siyasətləri və istixana qazı emissiyalarının azaldılması üçün yeni yanaşmalar barədə yazan müxbiri Maks Berakdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!