29 Aprel 2026 16:36
174
CƏMİYYƏT
A- A+
Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

Əmək münasibətləri və məşğulluq sahəsində rəqəmsal alətlərin tətbiqi son illər əhəmiyyətli dərəcədə genişlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda keçirilən tədbirdə bildirib.

Nazir qeyd edib ki, son illər istifadəyə verilmiş ƏMAS platforması işəgötürənlərlə işçilər arasında elektron əmək müqavilələrinin bağlanılmasını təmin edir, rəqəmsal kadr uçotu sisteminin təşkilinə imkan yaradır. Qüvvədə olan əmək müqavilələrinin artıq 97 faizi elektron qaydada bağlanılıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər aparılan sosial islahatların nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdıran Anar Əliyev özünüməşğulluq proqramının icrası işlərini, indiyədək 112 min nəfərin bu proqramla əhatə olunduğunu deyib. O, nazirlik tərəfindən qeyd edilən dövrdə 175 peşə-ixtisas sahəsi üzrə 59 mindən çox şəxsin peşə hazırlığına cəlb edildiyini bildirib.

Qeyd edib ki, dövlət tərəfindən əmək bazarının inkişafına, habelə sahibkarlığa dəstək məqsədilə 2020-ci ildən icra edilən əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı əsasında 1585 müəssisə ilə əməkdaşlıq qurulub. Bu əməkdaşlıq çərçivəsində 5 mindən çox şəxsin məşğulluğu təmin edilib, onların əməkhaqqının bir hissəsi dövlət tərəfindən maliyyələşdirilib.

2023-cü ildən fəaliyyətə başlayan Əməyin Mühafizəsi Mərkəzi tərəfindən işəgötürənlərlə birlikdə iş yerlərinin attestasiyası həyata keçirilir, əməyin mühafizəsi sahəsində maarifləndirici tədbirlər təşkil olunur. Ölkənin bütün regionlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə keçirilən təlim və maarifləndirmə tədbirləri işəgötürənlərin bu sahədə bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verir. “DOST Müfəttiş” layihəsi üzrə isə işəgötürənlərdə əməyin mühafizəsi və elektron altsistemlərdən istifadə, əmək qanunvericiliyinin tətbiqi və insan resurslarının idarə edilməsi üzrə diaqnostik qiymətləndirmələr aparılır, boşluqlar aşkar edilir, onların aradan qaldırılması üçün tövsiyələr verilir, təlim və konsultasiyalar təşkil olunur.

Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətini qeyd edən Anar Əliyev diqqətə çatdırıb ki, işəgötürənlərin, işçilərin və hökumətin nümayəndələrini bir araya gətirən, mühüm sosial dialoq platforması olan Komissiya əmək və məşğulluq, əmək miqrasiyası, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması və digər tədbirlərin həyata keçirilməsində iştirak edir.

Nazir son illər əmək münasibətlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsi istiqamətində aparılmış mühüm islahatlar çərçivəsində Əmək Məcəlləsinin 150-dən çox maddəsinə, digər normativ hüquqi aktlara 500-ə yaxın dəyişiklik edildiyini deyib.

Bildirib ki, əmək qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində də yeni dəyişiklik layihələri də hazırlanır. Bu layihələr bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının təmin edilməsi, saatlıq əməkhaqqı modeli, əməkhaqqı ödənişlərinin ƏMAS üzərindən həyata keçirilməsi, əmək münasibətlərində ayrı-seçkiliyin qarşısının alınması, məzuniyyət normalarının təkmilləşdirilməsi, əməyin mühafizəsi və təhlükəsizliyinin gücləndirilməsi, eləcə də uşaq hüquqlarının pozulmasına görə məsuliyyətin sərtləşdirilməsi kimi mühüm istiqamətləri əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-də Trampın şəkli olan xüsusi pasportlar hazırlanacaq  

18:01
29 Aprel

Nigeriyada qızılca epidemiyası 15 uşağın həyatına son qoyub

17:41
29 Aprel

Ağdərənin Suqovuşan kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır

17:31
29 Aprel

Monteneqro ombudsmanı: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17:23
29 Aprel

III Çarlzın ABŞ-yə səfəri: Ağ Evdə qəbul və Kralın Konqresdəki tarixi çıxışı

17:12
29 Aprel

Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində  

17:10
29 Aprel

“Yüksəliş” müsabiqəsinin qaliblərinə həssas qruplara göstərilən sosial xidmətlər barədə məlumat verilib  

16:39
29 Aprel

LNG qiymətləri artmağa davam edir

16:39
29 Aprel

Moskvada baş verən yanğınla bağlı beş nəfər saxlanılıb

16:38
29 Aprel

Nazir: Əmək müqavilələrinin 97 faizi e-qaydada bağlanılıb

16:36
29 Aprel

Prezident Ərdoğan: Türkiyə regionda yeni təhlükəsizlik paradiqmasına can atır

16:34
29 Aprel

Yaz allergiyası astmaya çevrilə bilər?

16:33
29 Aprel

Azərbaycanda zərgərlik sənayesi sahəsində yeni dövlət standartı qəbul edilib

16:32
29 Aprel

Azərbaycan ilə Çexiya arasında dostluq və əməkdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir  

16:03
29 Aprel

Zelenski: Ukrayna Rusiyaya zərbələrin məsafəsini artıracaq

15:59
29 Aprel

Azərbaycan avarçəkmə üzrə "Prezident Kuboku"nda ilk medalını qazanıb

15:58
29 Aprel

Vətəndaşların rifahının yüksəldilməsi, təhlükəsizliyi və sosial müdafiəsi həmişə prioritet olub  

15:57
29 Aprel

Aprel: neysandan leysana, bərəkətdən fəlakətə

15:51
29 Aprel

“Neftçi” və “Qarabağ” azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

15:46
29 Aprel

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib  

15:42
29 Aprel

May ayına olan hava proqnozu açıqlanıb

15:35
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!