10 İyun 2026 16:27
292
SİYASƏT
A- A+
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb  

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb  

İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokio şəhərinə rəsmi səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Azərbaycan–Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu çərçivədə iki ölkə arasında siyasi məsləhətləşmələr və iqtisadi əməkdaşlıq komissiyası mexanizmlərinin, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından vacibliyi qeyd olunub.

Yaponiyanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu, habelə 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin Yaponiyaya ilk rəsmi səfərinin Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında mühüm mərhələ təşkil etdiyi, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb.

Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın roluna toxunularaq, Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan–Yaponiya Parlamentlərarası İşçi Qrupu ilə Yaponiya Parlamentində mövcud olan Yaponiya–Azərbaycan Dostluq Liqasının bu istiqamətdə əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində, həmçinin siyasi, iqtisadi, humanitar, ənənəvi və bərpaolunan enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiyanın aparıcı şirkətləri olan “ITOCHU”⁠ və “INPEX”in ⁠Azərbaycanın enerji sektorunda, xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayaraq, ölkəmizin etibarlı tərəfdaşları sırasında yer aldığı xatırlanıb.

Nazir Ceyhun Bayramov keçmiş işğal və münaqişə tarixi, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və ölkəmizin atdığı addımlar, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, eləcə də mina təhlükəsi ilə mübarizə istiqamətində görülən məqsədyönlü tədbirlər barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, habelə Yaxın Şərqdə vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!